28 - MAY RESPUBLIKA GÜNÜ QEYD OLUNMUŞDUR

“Yuxarı Karvansaray” mehmanxana kompleksində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.



Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar barədə məruzəsi dinlənilmişdir. Natiq 28 May gününün Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil olduğunu bildirərək qeyd etmişdir ki, 94 il bundan əvvəl, 1918-ci il mayın 28-də Azərbaycan xalqının tarixində çox əlamətdar bir hadisə baş vermişdir. Məhz həmin gün İstiqlal bəyannaməsi qəbul olunmuş, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir.

Artıq 21 ildir ki, xalqımız müstəqil və azad şəraitdə ilk demokratik dövlətin yaranması gününü böyük təntənə və iftixar hissi ilə qeyd edir. Əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddət, cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olmuşdur.



Tədbirdə çıxış edən natiq 1991-ci ildə yenidən öz dövlət müstəqilliyinə qovuşan Azərbaycanın daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkmiş, müstəqil respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar barədə danışmışlar.

Tədbir şəhərimizin incəsənət ustalarının çıxışları ilə davam etdirilmişdir.



Создан 14 июн 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters