YUBİLEY TƏDBİRLƏRİNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR

2012-ci il Şəkinin tarixində “yubileylər ili” kimi yadda qalacaqdır.



2012-ci il Şəkinin tarixində “yubileylər ili” kimi yadda qalacaqdır. Cari ildə Şəki xanları sarayının 250 illik, M. F. Axundzadənin 200 illik, şəhər 5 saylı tam orta məktəbin 180 illik yubileylərinin, habelə “İpək yolu” III Beynəlxalq Musiqi Festivalının keçirilməsi, “Şəhər Günü”nün bayram edilməsi nəzərdə tutulur.

29 may 2012-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında “İpək yolu” III Beynəlxalq Musiqi Festivalının və Şəki Xan Sarayının 250 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi ilə əlaqədar müşavirə olmuşdur. Müşavirədə həmin məqsədlə yaradılmış təşkilat komitəsinin üzvləri ilə yanaşı aidiyyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak etmişlər. İclası giriş sözü ilə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açmışdır.



Bildirilmişdir ki, bu gün Şəkidə bəşər sivilizasiyasının möhkəm təməl sütunları, zəngin tarixi-mədəni kökləri vardır. Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən qədim alban abidələri, islam-türk mədəniyyətinin zəngin tarixini özündə əks etdirən tarixi-memarlıq abidələri göstərir ki, Şəki xalqımızın min illərlə yaşatdığı tarixi özündə qoruyub saxlamaqla yanaşı, həm də müasirliyin, mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynayır.



2012-ci ildə Şəki TÜRKSOY-un qərarı ilə “Türk xalqlarının qeyri maddi-mədəni irs paytaxtı” elan edilmişdir. Bu məqsədlə il ərzində şəhərimizdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2012-ci il iyun ayının 30-da Şəki Xan Sarayının 250 illiyinə həsr olunmuş tədbirin, eləcə də Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə cari ilin 30 iyun - 4 iyul tarixlərində şəhərimizdə “İpək yolu” III Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlərin keçirilməsində məqsəd xalqımıza xas olan zəngin tarixi-mədəni irsi təbliğ etmək və bölgənin turizm potensialının genişlənməsinə nail olmaqdır. Tədbirlərə Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçilərinin, millət vəkillərinin, elm, incəsənət nümayəndələrinin, eyni zamanda aparıcı KİV-lərin nümayəndələrinin dəvət edilməsi nəzərdə tutulur.



Yubileylərə hazırlıqla əlaqədar ayrı-ayrı müəsisə rəhbərlərinin məlumatları dinlənilmiş və onlara konkret tapşırıqlar verilmişdir.



Создан 14 июн 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters