ŞƏKİDƏKİ 22 SAYLI UŞAQ BAĞÇASININ SAKİNLƏRİ BAYRAM GÜNÜNDƏ DƏYƏRLİ HƏDİYYƏ ALMIŞLAR

http://sheki-ih.gov.az



1 İyun- Uşaqları Beynəlxalq Müdafiə Günü Şəki şəhərindəki 22 saylı uşaq bağçasının balaca sakinləri üçün çox əlamətdar olmuşdur. Bağça əsaslı təmirdən sonra yenidən qapılarını balaca fidanların üzünə açmışdır.

Açılış tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iştirak etmişdir. İctimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilən mərasimdə çıxış edən icra başçısı balacaları əlamətdar bayram münasibətilə təbrik etmiş, ölkəmizdə uşaqlara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, onların sağlamlığının qorunması, təlim-tərbiyəsi sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir. Natiq qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev uşaqlara daim sevgi və məhəbbət bəsləmişdir. Hazırda bu siyasət Prezident İlham Əliyev, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Gələcəyimiz olan uşaqların firəvan və qayğısız böyümələri üçün ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə bütün uşaqlar diqqət və qayğı ilə əhatə olunmuşlar.

Valideynlər çıxış edərək bağçanın istifadəyə verilməsinin balacalar üçün əsl bayram hədiyyəsi olduğunu bildirmişlər.

Rəmzi qırmızı lent kəsildikdən sonra şəhər rəhbərliyi və qonaqlar bağçada yaradılan şəraitlə tanış olmuşlar. Məlumat verilmişdir ki, keçən əsrin əvvəllərində inşa olunan bu bina son illər istifadəyə tam yararsız vəziyyətə düşmüşdü. Bağçada dövlət vəsaiti hesabına əsaslı təmir işlərinə 2011-ci ilin yayında başlanmışdır. Bina müasir standartlara uyğun təmir olunmuş, həyət tam abadlaşdırılmış, yaşıllıq işləri aparılmış, uşaqların açıq havada dincəlmələri üçün beş ədəd istirahət guşəsi yaradılmışdır. Bağça yeni inventar və avadanlıqla, o cümlədən yumşaq yataq dəsti ilə təmin olunmuş, binada müasir istilik sistemi quraşdırılmışdır. Bağçada 5 qrupda yüzdən artıq uşaq tərbiyə alacaqdır.

Mərasim uşaqların hazırladıqları konsert proqramı ilə başa çatmışdır.



Создан 14 июн 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters