HEYVANDARLIQDA DAMAZLIQ-SELEKSİYA İŞLƏRİNƏ DAİR RESPUBLİKA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR

Menbe: www.sheki-ih.gov.az



Müşavirədə kənd təsərrüfatı naziri İsmət Abasov, respublikamızın şəhər və rayonlarını təmsil edən maldarlıq üzrə dövlət və özəl damazlıq təsərrüfatlarının rəhbərləri, icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, ərazi kənd təsərrüfatı idarələrinin rəisləri, zootexniklər, “Aqrolizinq” ASC vasitəsilə damazlıq düyə alan sahibkarlar, habelə Şəki rayonunun yerli icra və bələdiyyə orqanlarının, iri heyvandarlıq təsərrüfatlarının rəhbərləri iştirak etmişlər.
Müşavirə iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Proqrama uyğun olaraq, əvvəlcə “Şəki Aqro İndastris” Məhdud Məsuliyyətli Cəmiyyətinin heyvandarlıq təsərrüfatında seminar-müşavirənin praktiki məşğələsi başlamışdır. Müşavirə iştirakçıları təsərrüfatın tövlələrində istehsalata tətbiq olunan mütərəqqi texnologiyalarla tanış olmuş, inəklərin yemləndirilməsi, buzovların bəslənilməsi, buynuzlarının yandırılması, süni mayalanmanın aparılması, süd sexində qrup halında inəklərin sağılması prosesini izləmiş, pendir emalı sexinə baxmışlar.

Sonra seminar-müşavirə Şəki Olimpiya İdman Kompleksində plenar iclasla öz işini davam etdirmişdir.

Müşavirəni kənd təsərrüfatı naziri İsmət Abasov açaraq, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə yüksək nailiyyətlərin əldə olunduğunu bildirmiş, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışmış, heyvandarlıq sahəsinə ayrılan subsidiyalar barədə məlumat vermişdir.

Nazir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, ölkədə ət istehsalının kəsilmiş şəkildə 340 min tona, süd istehsalının isə 2,4 milyon tona çatdırılmasının əsas vəzifə olaraq qarşıya qoyulduğunu bildirmiş, heyvandarlığın intensiv inkişaf etdirilməsinin, ilk növbədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının vacibliyini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə son 3 ildə və cari ilin 5 ayında respublikaya 4 min 350 baş damazlıq heyvan gətirilmişdir. Son 5 ildə respublika üzrə 230 min 738 baş heyvan süni mayalandırılmış və 133 min 706 baş bala alınmışdır.

“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyi və bu qanunda heyvandarlıqda damazlıq-seleksiya işlərinin əks olunduğu seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.

Nazir respublikada maldarlıq və camışçılıq üzrə 10 dövlət və 53 özəl damazlıq təsərrüfatının fəaliyyətinin qənaətbəxş olduğunu bildirmiş, fermer və sahibkarlara yüksək məhsul əldə etmək üçün damazlıq-seleksiya işlərinə xüsusi diqqət yetirmələrini tövsiyə etmişdir. Bildirmişdir ki, damazlıq-seleksiya işinin əsas məqsədi heyvanlar arasında yüksək məhsul verən mal-qaranı seçmək və onların sayını daha da artırmaqdır. Hazırda respublikamızda 750 min baş cins mal-qara vardır. Bu, ümumi naxırın 28 faizini təşkil edir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları salamlayaraq belə mötəbər bir tədbirin Şəkidə keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürünü bildirmiş, seminar-müşavirənin işinə uğurlar arzulamışdır.
Seminar-müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov “Respublikada damazlıq-seleksiya işlərinin vəziyyəti” mövzusunda məruzə etmişdir. Müşavirədə, həmçinin “Şəki Aqro İndastris” MMC-nin heyvandarlıq təsərrüfatı haqqında”, “Heyvandarlıqda damazlıq-seleksiya işlərinin forma və metodları”, “Şəki Aqro İndastris” MMC-nin heyvandarlıq təsərrüfatında damazlıq-seleksiya işləri”, “Şəki Aqro İndastris” MMC-nin heyvandarlıq təsərrüfatında mal-qaranın mühafizəsinin və süni mayalanmanın təşkili” mövzularında məruzələr dinlənilmişdir.



Создан 14 июн 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters