ŞƏKİDƏ KOMPLEKS MÜLKİ MÜDAFİƏ TƏLİMİ KEÇİRİLMİŞDİR

Menbe: www.sheki-ih.gov.az



Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunları tərəfindən Şəkidə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirmişdir.

Kompleks təlimə Şəki Şəhər İcra Hakimiyyətinin, rayon fövqəladə hallar komissiyasının, mülki müdafiə xidmətlərinin əməkdaşları, ərazi və obyekt Mülki Müdafiə (MM) qüvvə və vasitələri, həmçinin təsərrüfat obyektləri cəlb olunmuşdur.


Təlimin məqsədi mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının, MM idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılması, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsidir.


Əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilmişdir.

Kompleks təlimdə rayonun mülki müdafiə dəstələrinin 220 nəfərdən ibarət şəxsi heyəti və 31 texnikası iştirak etmişdir.

Sonda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tədbir iştirakçılarını təlimin uğurla başa çatması münasibətilə təbrik etmiş, fövqəladə hadisələr zamanı şəkililərə göstərilən diqqət və qayğıya görə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə və bütün kollektivinə minnətdarlığını bildirmişdir.

Tədbirdə FHN-in Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi Mirzə Əsgərov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.



Создан 14 июн 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters