"MODERNLƏŞƏN İQTİSADİYYAT VƏ REGİONAL İNKİŞAF" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

Menbe: www.sheki-ih.gov.az



9 iyun 2012-ci il tarixdə Şəkidə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti, Şəki Şəhər İcra Hakimiyəti və şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Modernləşən iqtisadiyyat və regional inkişaf” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.

Seminarda dövlət qrumlarının Şəki şəhəri üzrə şöbələri, yerli sahibkarlar, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.



Məlum olduğu kimi, Azərbaycan Dövlət İqtisad Universiteti və Şəki Şəhər İcra Hakimiyyəti arasında 2004-cü ildə bağlanmış əməkdaşlıq protokoluna uyğun olaraq hər il Şəkidə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrasına elmi dəstək vermək məqsədilə bu tipli elmi tədbirlər, seminar-müşavirələr təşkil olunur.



Bugünki seminar “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Şəki şəhəri üzrə nəzərdə tutulmuş tədbirlərinə elmi dəstək vermək məqsədilə keçirilib.



Seminarı giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Firon Əliyev açmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi iqtisadi-siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Kəmaləddin Quliyev, Azərbaycan Dövlət İqtisad Universiteti magistratura mərkəzinin direktoru Həsən İsrafilov seminarın əhəmiyyətini vurğulayaraq regionların sosial-iqtisadi inkişafının yeni mərhələsində qarşıya çıxan vəzifələr haqqında məlumat vermişlər.



Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri “Azərbaycanda regional inkişaf siyasəti: hədəflər və reallaşdırma mexanizmləri”, “Dünya təcrübəsi konteksində Azərbaycanda regional sahibkarlığın inkişafı problemləri”, “Şəkidə kooperasiyanın inkişaf yolları” və “Şəhərlərin markalaşdırılması: dünya təcrübəsi və Şəki” mövzularında təqdimatlar keçirmiş və seminar iştirakçılarının suallarını cavablandırmışlar.



Sonda Azərbaycan Dövlət İqtisad Universiteti və Şəki Şəhər İcra Hakimiyyəti arasında növbəti 5 il üçün əməkdaşlıq protokolu imzalanmışdır.



Создан 14 июн 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters