MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLMİŞDİR

Menbe: www.sheki-ih.gov.az



15 İyun- Milli Qurtuluş Günü münasibətilə iyunun 13-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında yığıncaq keçirilmişdir.

Şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin icra hakimiyyəti binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov açmış, şəhər icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının xilaskarıdır” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə ötən əsrin 90-cı illərində respublikamızda baş verən ictimai-siyasi proseslər geniş təhlil edilmiş, ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsindən azad olunduğu xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, 1993-cü ilin may-iyun aylarında respublikada hakimiyyət böhranı son həddə çatmışdı. Ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmış, Azərbaycan dünyanın siyası xəritəsindən silinmək həddinə çatmışdı. Zaman və hadisələr, həyatın özü tələb edirdi ki, kimsə öz xalqının inamını qorusun, ölkəni fəlakətlərdən xilas edə bilsin.

Həmin təlatümlü günlərdə Azərbaycan xalqı qətiyyətlə ayağa qalxaraq dünyanın ən böyük siyasət adamını hakimiyyətə gətirdi. Azərbaycanın o zamankı dövlət rəhbərləri Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməyə məcbur oldular. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Dövlətimizin idarəçilik sükanı dahi dövlət xadiminin əlinə keçdi. Vətən, millət fəlakətdən xilas oldu, qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. Məhz bu baxımdan, 1993-cü il iyunun 15-i Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıc günü olaraq, tariximizə qızıl hərflərlə əbədi həkk olunmuşdur.

Məruzədə qeyd olunmuşdur ki, çox sevindiricidir ki, bu gün ümummilli liderin bizlərə ərmağan etdiyi müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.

Yığıncağın sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Əsrə barabər ömür” sənədli filmi nümayiş etdirilmişdir.



Создан 14 июн 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters