CƏNUBİ KOREYA MİLLİ ALƏTLƏR ANSAMBLININ ÇIXIŞI MARAQLA QARŞILANMIŞDIR




Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 1-də Cənubi Koreyanın “Buyoqun Cunqnam” milli alətlər ansamblının konserti olmuşdur.

“Çələbixan” sarayında keçirilən tədbirdə festivalın təşkilat komitəsinin rəhbərləri, üzvləri, ziyalılar, sənət adamları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak etmişlər.

Ansamblın rəhbəri Lee Guq Do əvvəlcə konsertdə ifa olunacaq milli musiqi alətləri barədə məlumat vermişdir.

Lee Guq Donun piri (nəfəs aləti), Oh Younq Jinin isə zərb alətlərində ifa etdikləri melodiyalar, “kayaqim” milli musiqi alətinin ifaçısı və vokalçı Ko Ae-Limin məlahətli səsi, rəqqasə Kim Bo Younqun milli rəqsləri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanmışdır.

Qeyd edək ki, Cənubi Koreyanın Cunqnam şəhər əhalisinin geniş rəğbətini qazanmış bu ansambl 1994-cü ildə yaradılmışdır. “Buyoqun Cunqnam” ansamblının iştirakı ilə hər il yüzdən artıq yüksək səviyyəli konsertlər təşkil olunur. Bu konsertlərdə Koreya milli musiqisinin nümunələri təqdim olunur. Cunqnam şəhərində qədim dövrlərə aid milli musiqi ənənələri bu gün də qorunub saxlanmaqdadır. Kollektiv milliliyi özündə əks etdirərək bütün dünyada tamaşaçıları heyran edəcək fərqli musiqi təqdim edir. Ansamblın ifaçılarının qəlbi və ruhu yeni musiqinin yaradılmasına, bu musiqini yeni tərzdə ifa etməklə onu dünya səviyyəsinə yüksəltməyə yönəlmişdir.

 

Mənbə: www.sheki-ih.gov.az

Konsertin sonunda Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha çıxış edərək festivalın xalqlar arasında dostluq və mədəni əlaqələrin genişlənməsində mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Səfir qeyd etmişdir ki, Cənubi Koreya Azərbaycandan məsafə baxımından uzaq olsa da, xalqlarımızı dərin köklər birləşdirir.

Sonda şəhər icra hakimiyyəti adından ansamblın üzvlərinə xatirə hədiyyələri təqdim olunmuşdur.



Создан 02 июл 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters