AZƏRBAYCAN MUĞAM ÜÇLÜYÜNÜN ÜZVLƏRİ USTAD DƏRSLƏRİ KEÇMİŞLƏR




 

Iyulun 2-də Şəki Musiqi Kollecinin konsert zalında “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində Cabbar Qaryağdıoğlu adına Azərbaycan muğam üçlüyünün üzvləri-Xalq Artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov və Mələkxanım Əyyubova kollecin şagirdlərinə ustad dərsləri keçmişlər.

Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) üzvlərinin və festivala qatılmış xarici ölkə musiqiçilərinin də iştirak etdikləri tədbirdə əvvəlcə kollecin kollektivi konsert proqramı ilə çıxış etmişdir. Orkestr və xorun ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertura”, “Çənlibel xoru” və digər əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə 2010-cu ildə keçirilmiş birinci festivaldan ötən dövr ərzində kollecin şagirdlərinin musiqi bacarığı və qabiliyyətlərinin xeyli artdığını vurğulamışdır. ABİ-nin sədri respublikanın tanınmış xalq artistlərinin iştirakı ilə keçirilən ustad dərslərinin şagirdlərin gələcək inkişafına mühüm təkan verəcəyinə əminliyini bildirmişdir.

Sonra kollecin birinci kurs tələbəsi Leyla Əliheydərli kamançada H.Rzayevin “Çahargah” rapsodiyasını, birinci kurs tələbələri Allahverdi Abdurəhimov və Xəyal Bəkirov tarda A. Dvorjakın “Slavyan rəqsi” əsərini, xanəndəlik sinfinin tələbələri Salatın Qəhrəmanova və Məlahət Mahmudova isə muğam parçaları ifa etmişlər.
İfaçıları diqqətlə dinləyən muğam üçlüyünün üzvləri şagirdlərə tövsiyələrini bildirmişlər.



Создан 03 авг 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters