Deputatlar bələdiyyələrə inzibati nəzarətin gücləndiril

ŞƏKİ BƏLƏDİYYƏSİ qəzeti, No 02 (44), Fevral 2008-ci il



Deputatlar bələdiyyələrə inzibati nəzarətin gücləndirilməsinin tərəfdarıdırlar

Fevralın 12-də Milli Məclisin növbəti iclası keçirilmişdir. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov iclasın gündəliyinə çıxarılan məsələlər barəsində məlumat verdiкдəн сонра cari məsələlərə бахıлмışдıр.
Parlamentin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov deputatların diqqətini bu günlərdə Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik üzrə beynəlxalq konfransa yönələrək bildirmişdir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan xarici işlər naziri V.Oskanyanın sualına layiqli cavab vermiş, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Е.İбращимов ону да əлавə етmişdir ки, R.Ərdoğan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin prinsipial mövqe tutduğunu birmənalı ifadə etmişdir.
Deputat İqbal Ağazadə Naxçıvan Muxtar Respublikasına həyata keçirilən təyyarə uçuşlarının qiymətinin aşağı salınmasıнıн vacibлийини вурğулайараг, бlokada şəraitində yaşayan Naxçıvana gediş-gəlişин daha da yaxşılaşdırılmaсı мəгсəдилə Tarif Şurasına müraciət olunmasını təklif etmişdir. Deputat Qüdrət Həsənquliyev də həmkarının təklifini dəstəkləйəрəк bu məsələyə baxılmağı əhəmiyyətli щесаб етmişdir.
Deputat Siyavuş Novruzov qarşıdan mühüm seçki kampaniyasının - prezident seçkilərinin yaxınlaşdığını bildirəрəк сeçki qanunvericiliyinin təkmilləşdirilməsi və Seçki Məcəlləsində bir sıra maddələrdə dəyişikliklər edilməsi ilə əlaqədar fikirlərə münasibətini bildirmişdir. S.Novruzovun фикринъə, bunun üçün müzakirələr aparılmalıdır.
Парламентин ъари иъласıнда диэəр мəсəлəлəрə дə бахıлдıгдан сонра ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim etmişdir. О, бildirmişdiр ki, sosial-iqtisadi problemlərin həllində bələdiyyənin rolunun gücləndirilməsi məqsədilə 27 iyun 2007-ci ildə yerli özünüidarəetmə orqanlarının tarixində ilk dəfə olaraq Bakıda bələdiyyə sədrlərinin ümumrespublika toplantısı keçirilmişdir. Tədbirdə bələdiyyələrin fəaliyyəti geniş müzakirə edilmiş, çatışmazlıqlar, görülən müsbət işlər və qarşıda duran vəzifələr müəyyən olunmuşdur. Toplantıda Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının Fəaliyyətinin Əlaqələndirmə Şurasının yaradılması da əhəmiyyətli məsələlərdən olmuşdur. V.Zahirovun sözlərinə görə, yeni yaradılmış bu qurum yerli özünüidarənin daha səmərəli həyata keçirilməsi istiqamətində milli assosiasiyaların işinin koordinasiyasını, hakimiyyət orqanları ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi məqsədini daşıyır. O bildirmişdiр ki, ölkə Prezidenti İlham Əliyev yerli özünüidarənin inkişafına daim diqqət göstərir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin nəticəsidir ki, parlamentdə bu sahədə bir sıra mühüm qanunlar qəbul edilmişdir. Yerli özünüidarə haqqında Avropa Xartiyasına uyğun olaraq bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməsi istiqamətində işlər davam etdirilmişdir.
"Bələdiyyənin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara müvafiq dəyişikliklər edilmişdir. V.Zahirov əlavə etmişdiр ki, "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında" qanun layihəsinin Milli Məclisdə ikinci oxunuşa müzakirəyə çıxarılması nəzərdə tutulub. Bu qanunun qəbul edilməsi bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında yerli əhəmiyyətli sosial-iqtisadi problemlərin həllində əməkdaşlığın yeni forması yaranmaqla yanaşı, onların daha geniş fəaliyyət göstərməsinə imkan yaradacaqdır.
Fasilədən sonra keçirilən iclasda ilk olaraq parlamentin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə illik məruzəyə münasibətini bildirdi. Komissiya sədrinin sözlərinə görə, məruzədən göründüyü kimi, ötən il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində xeyli iş görülmüşdür. Xüsusən bələdiyyələr tərəfindən maliyyə intizamı, torpaq qanunvericiliyinin tələblərinə əməl olunması kimi məsələlərə daha çox diqqət yetirilmişdir. Bir çox bələdiyyələrin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsində də rol oynamağa başladıqlarını diqqətə çatdıran Arif Rəhimzadə konkret olaraq Sumqayıt, Xırdalan, Şəki və Xətai bələdiyyələrinin adlarını çəkdi.
Bununla belə Arif Rəhimzadə bələdiyyələrlə iş sahəsində nöqsanların da olduğunu diqqətə çatdırdı. Bu nöqsanların aradan qaldırılmasına lazımınca diqqət yetirilmədiyini deyən komissiya sədri əlavə etdi ki, bələdiyyələrin fəalyyətinə maneələr yaradan məsələlər məruzədə öz əksini tapmamışdır. Arif Rəhimzadə bələdiyyələrin heç də hamısının inzibati bina ilə təmin olunmadığını, bəzi bələdiyyələrin fəaliyyət göstərdiyi binaların onların mülkiyyətinə verilmədiyini, əvvəlki müzakirələr zamanı deyilən nöqsanların aradan qaldırılmadığını diqqətə çatdırdı. Bələdiyyə sədrlərinin böyük əksəriyyətinin ali təhsilinin olmaması da onların fəaliyyətində müəyyən əngəllər yaradır. Komissiya sədri dedi ki, bələdiyyələrin seçkili orqan olduğu nəzərə alınaraq bu məsələ maarifləndirmə yolu ilə həll olunmalıdır.
Sonra məruzə ətrafında müzakirələr başladı. Bələdiyyələrin fəaliyyətində olan ciddi nöqsanların əsasən maliyyə ilə bağlı olduğunu deyən deputat Əkrəm Abdullayevin sözlərinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət kifayət etmir. Məruzənin adının dəyişdirilməsi təklifi ilə çıxış edən deputat Siyavuş Novruzov bildirdi ki, bələdiyyələr onlara verilən səlahiyyətləri ancaq torpaqları satmağa və icarəyə verməyə yönəldirlər. "Bələdiyyələr yalnız bundan ötrümü yaradılıb?" deyə müraciət edən Siyavuş Novruzov əlavə etdi ki, onların səlahiyyətləri çoxdur, amma istifadə etmirlər. Verdikləri sərəncamlar yalnız torpaqla bağlıdır. Deputat Fəzail İbrahimli məruzəni qənaətbəxş hesab edərək bələdiyyələrin fəaliyyətinə nəzarətin daha da gücləndirilməsini vacib bildi. Deputatlardan Əli Məsimov, Qüdrət Həsənquliyev, Fuad Muradov, İltizam Əkbərli, Nizami İsgəndərov, Astan Şahverdiyev və Nizami Xudiyev də məruzəyə münasibət bildirdilər. Ümumilikdə məruzəni qənaətbəxş qiymətləndirən deputatlar bələdiyyələrin fəaliyyətindəki nöqsanları qeyd etməklə yanaşı, onların aradan qaldırılması ilə bağlı təkliflərini səsləndirdilər. Deputatlardan Rafael Cəbrayılov və Vasif Əliyev onları maraqlandıran suallar verdilər.
Müzakirələr başa çatdıqdan sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdi, sualları cavablandırdı. Onun sözlərinə görə, məruzə bələdiyyələrin fəaliyyətinə sırf inzibati nəzarətin həyata keçirilməsi, bələdiyyələrin qanunçuluğa əməl etməsi baxımından hazırlanmışdır. Məruzədə qeyd olunan məsələlər göstərir ki, görüləsi işlər hələ çoxdur.
İъласда бələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə (2007-ci il) səsə qoyularaq nəzərə alındı.

Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsi


Создан 29 фев 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters