Mədəniyyət və Turizm Nazirliyi Şəkiyə, Kənd Təsərr

04.03.2008



İqtisadiyyat ASK prezidenti: “Mədəniyyət və Turizm Nazirliyi Şəkiyə, Kənd Təsərrüfatı Nazirliyi isə Gəncəyə köçürülsün”
“Yaxşı olar ki, Mədəniyyət və Turizm Nazirliyi Şəkiyə, Kənd Təsərrüfatı Nazirliyi isə Gəncəyə köçürülsün”. AZADİNFORM Gəncə Media Mərkəzinə istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov çıxış edib. Ə.Məmmədovun sözlərinə görə, paytaxta nisbətən respublikamızın müxtəlif bölgələrində sahibkarlıq subyektlərinin fəaliyyəti o qədər də nəzərə çarpmır. Ə.Məmmədov bunun səbəbini mərkəzlə əyalət arasında mövcud disbalansla əlaqələndirib. O, bəzi dövlət qurumlarının əyalətlərə köçürülməsini daha məqsədəuyğun hesab edib. Ə.Məmmədov azad iqtisadi zonaların bölgələrdə yaradılmasını da məqsədəuyğun hesab edib. O, vurğulayıb ki, dövlət başçısının bu haqda lazımi sərəncamları da var. “Hələlik bu paytaxt ətrafı bölgələrdə gerçəkləşir. Lakin yaxın illər ərzində bölgələrdə də bu prosesə başlanılacaq. Əyalətlərdə azad iqtisadi zonalar təsis edilərkən, şəhər və rayonun əvvəlki iqtisadi inkişaf xüsusiyyətləri nəzərə alınmalıdır”,-deyə ASK rəsmisi qeyd edib.


Создан 16 апр 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters