Mədəniyyət və turizm nazirinin iştirakı ilə mətbuat konfrans

14.03.2008



Martın 14-də YAP-ın qərargahında mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin iştirakı ilə ənənəvi mətbuat konfransı keçirilib

Əbülfəs Qarayev: “Azərbaycan sivilizasiyaların arasında körpü rolunu oynayan, mədəniyyətlərin mübadiləsinə xidmət edən bir məkan kimi İSESCO və Avropa Şurası tərəfindən qəbul olunub”. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə ənənəvi mətbuat konfransı keçirildi. AZADİNFORM xəbər verir ki, Ə.Qarayev rəhbərlik etdiyi qurumun gələcəkdə həyata keçirəcəyi layihələr barədə məlumat verdi. Ə.Qarayev cari ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir neçə beynəlxalq layihənin həyata keçiriləcəyini bildirdi. Ə.Qarayev bu yaxınlarda İngiltərədə və Mərakeş Krallığında səfərdə olduğunu söylədi. “Martın əvvəlində mən mənəniyyyət və turizm naziri kimi ilk dəfə İngiltərədə rəsmi səfərdə oldum. Səfər zamanı İngiltərənin mədəniyyət və turizm naziri ilə səmərəli danışıqlar apardıq. Danışıqlar zamanı iki ölkə arasında mədəniyyət və turizm sahəsində sazişin imzalanmasına dair niyyət protokolu imzaladıq. Müzakirələr zamanı Britaniya muzeylərində Azərbaycanla bağlı saxlanılan əşyaların müəyyənləşdirilməsi, onların Azərbaycana məxsusluğu barədə razılıq əldə etdik”-deyə Ə.Qarayev əlavə etdi. Ə.Qarayev mart ayında 140 nəfərlik digər nümayəndə heyətinin isə Mərakeş Krallığında İSESCO-nun qərargahında keçirilən Azərbaycan mədəniyyətini tanıtma mərasimində iştirak etdiyini söylədi. “Səfər zamanı Mərakeşin həm mədəniyyət, həm də turizm nazirləri ilə ayrı-ayrılıqda görüş keçirdik. Mərakeşdə iki böyük konsert təşkil olundu, Azərbaycan mədəniyyətini tanıdan sərgilər keçirildi”-deyə Ə.Qarayev vurğuladı. Nazir 2009-cu il üçün Bakının İslam öleələrinin mədəniyyət paytaxtı elan olunduğunu qeyd etdi. O, 2009-cu ildə keçirilcək bütün tədbirlər silsiləsinin İSESCO ilə müzakirə olunduğunu da nəzərə çatdırdı.. “2009-cu il Azərbaycanda maraqlı tədbirlərlə zəngin olacaq. Bu ildə Bakı təkcə İslam dünyasının paytaxtı kimi yox, Azərbaycanın sivilizasiyaların arasında körpü rolunu oynamağa qadir olan, mədəniyyətlərin mübadiləsinə xidmət edəcək bir məkan kimi təqdim olunması, həm İSESCO, həm də Avropa Şurası tərəfindən qəbul olunub”-deyə Ə.Qarayev əlavə etdi. Rus Dram Teatrında aparılan təmir-bərpa işlərinin başa çatmaq üzrə olduğunu nəzərə çatdıran Ə.Qarayev teatrın apreldə istifadəyə veriləcəyini bildirdi. Ə.Qarayev Heydər Əliyev adına Sarayda və Dövlət Film Fonudunda aparılan təmir işlərinin isə yay aylarında başa çatdırılacağını söylədi.


Создан 16 апр 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters