Milli Məclisdə Azərbaycan hökumətinin 2007-ci ilin nəticələr

14.03.08



Milli Məclisdə Azərbaycan hökumətinin 2007-ci ilin nəticələrinə həsr olunmuş hesabatı dinlənilib

Martın 14-də Milli Məclisdə Azərbaycan hökumətinin 2007-ci ilin nəticələrinə həsr olunmuş hesabatı dinlənilib. AZADİNFORM xəbər verir ki, hesabatı baş nazir Artur Rasizadə təqdim edib. A.Rasizadə 2007-ci ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına əsas kapitala 6 837,9 mln. manat və ya 2006-cı illə müqayisədə 17,8% çox investisiya yönəldildiyini bildirib. O, qeyri-dövlət sektoru üzrə əsas kapitala 3 559 mln. manat (ümumi investisiyaların 52%-i), dövlət müəssisələri üzrə isə 3 278,9 mln. manat investisiya yatırıldığını nəzərə çatdırıb. Onun sözlərinə görə, hesabat dövrüundə əsas kapitala yönəldilmiş xarici investisiyalar 2 736,1 mln. manat, daxili investisiyalar isə 4 037,8 mln. manat təşkil edib. A.Rasizadə son 4 ildə sənayenin real həcminin 4 dəfə artdığını söyləyib. “Ötən il sənaye müəssisələrində, fərdi təsərrüfatlar tərəfindən 20,3 mlrd. manat dəyərində məhsul istehsal edilib. Sənayedə mədənçıxarma sektorunun payı 72,2%, emal sənayesi 21,9%, elektrik enerjisi, qaz və suyun istehsalı, bölüşdürülməsi sektorlarının payı isə 5,9% təşkil edib”-deyə hökumət başçısı vurğulayıb Baş nazir ötən il əhalinin gəlirlərinin 40% artaraq 14 305,6 mln. manata, adambaşına düşən həcmin isə 38,6% artaraq 1 690,3 manata çatdığını vurğüulayıb. A.Rasizadə ötən il əhalinin sosial müdafiəsi sahəsində bir sıra tədbirlərin həyata keçirildiyini, müavinətlər və pensiyaların artırıldığını, 78 mindən çox ailənin ünvanlı sosial yardımla əhatə olunduğunu da qeyd edib. “Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə son 4 ildə 16 fərman və sərəncam imzalanıb. Nazirlər Kabineti tərəfindən isə bunun icrası ilə bağlı 60-dək qərar və sərəncam qəbul edilib. Ötən il sonuncu çadır düşərgəsi ləğv olunub”-deyən A.Rasizadə hesabat ilində dövlət büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə 54,3%, xərcələri isə 59,1% artdığını bildirib. A.Rasizadə il ərzində fiziki şəxslərin banklardakı əmanətlərinin 80%-ə qədər artaraq 1,5 mlrd. manat təşkil etdiyini, milli valyutada qoyulan əmanətlərin xarici valyutalardakı əmanətləri 2 dəfəyə yaxın üstələdiyini söyləyib. O, 2007-ci ildə bankların məcmu kapitalının həcmi 485 mln. manatdan 1 mlrd. manata çatdığını da xatırladıb. Hökeumət başçısı son 4 ildə dövlət büdcəsindən 600 mindən artıq sahibkara 236,6 mln. manat güzəştli kredit ayırıldığını, həmçinin 830-dan artıq layihəyə 90 mln. manat kredit verildiyini vurğulayıb. A.Rasizadə müdafiə xərclərinin 2006-cı il ilə müqayisədə 26,7% artaraq 1,3 mlrd. manata çatdığını da əlavə edib. Sonra hesabat millət vəkillərininin müzakirəsinə çıxarılaraq, ətraflı təhlil edilib.

Baş nazir Artur Rasizadə: “Ölkədə istehlak qiymətləri indeksinin 16,7%-ə çatması Azərbaycan hökumətini ciddi narahat edir”

Ötən il ölkədə istehlak qiymətləri indeksinin 16,7%-ə çatması Azərbaycan hökumətini ciddi narahat edir. AZADİNFORM xəbər verir ki, bu fikirləri Milli Məclisdə hökumətin hesabatını təqdim edən baş nazir Artur Rasizadə səsləndirib. A.Rasizadə bunun ilk növbədə son illər dünyada gedən iqtisadi proseslər, xam neftin və ərzaq məhsullarının, eləcə də bəzi idxal malların bahalaşması ilə bağlı olduğunu söyləyib. R.Rasizadə bildirib ki, inflyasiyanın hazırki həddə çatmasında ölkədə çox sayda sosial və infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində dövriyyədəki pul kütləsinin artması müəyyən rol oynayıb. Onun sözlərinə görə, bütün bunlarpla belə əhalinin gəlirlərinin artım tempi 2007-ci ildə inflyasiyanı 2,4 dəfə qabaqlayıb.


Создан 16 апр 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters