XƏBƏRLƏR, Mart 2008

AZADİNFORM



Otel biznesi sahəsində təcrübə kursu keçmək üçün 13 nəfər Misirə göndəriləcək

Aprel ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 13 nəfər otel biznesi sahəsində təcrübə kursu keçmək üçün Misirə göndəriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin lisenziyalaşdırma sektorunun Baş məsləhətçisi Bəxtiyar Qılıncov verib. B.Qılıncov bununla bağlı Misirdən ölkəmizə dəvət gəldiyini bildirib. Aprel-may aylarında isə otel biznesində xidmət keyfiyyətinin yüksəldilməsi üçün Türkiyədən Azərbaycana mütəxəssislər dəvət olunacaq. Türkiyəli mütəxəssislər ölkəmizdə otelçilik sahəsində çalışan mütəxəssislər üçün kurslar təşkil edəcəklər,-deyə B.Qılıncov vurğulayıb.

Azərpoçt DM bayram günlərində vətəndaşlara xidmət göstərəcək

Bu barədə məlumatı AZADİNFORM-a RİTN-nin mətbuat xidmətindən veriblər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt Dövlət Müəssisəsinin tabeliyində olan poçt şöbələri martın 20-dən 28-nə kimi Novruz bayramı günlərində növbəli iş rejimində işləyərək əhaliyə bütün növ poçt rabitəsi xidmətləri göstərəcək. Bu barədə məlumatı AZADİNFORM-a RİTN-nin mətbuat xidmətindən veriblər. Vətəndaşlar bayram günləri heç bir narahatlıq çəkmədən həmişə olduğu kimi, bütün poçt xidmətlərindən istifadə edə, o cümlədən məktub, bağlama, pul və s. göndərə, müxtəlif kommunal xidmətlərin haqqını ödəyə biləcəklər.

Toponimiya lüğəti adlı 2 cildlik kitab nəşr olunacaq

Yaxın gələcəkdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda Toponimiya lüğəti adlı 2 cildlik kitab nəşr olunacaq. Bu barədə məlumatı AZADİNFORM-a Dilçilik İnstitutundan Sevinc Məmmədova verib. Hər bir cildi 630 səhifədən ibarət olan lüğət Prezidentin İcra Aparatının təşəbbüsü ilə işıq üzü görəcək. Dövlət hesabına nəşr olunacaq kitabın müəllifləri filologiya elmləri namizədləri Rübabə Əliyeva və Rəna Xalıqovadır.

Fevral ayında mətbuatda 48039 material dərc olunub

Azərbaycan Mətbuat Şurası (MŞ) tərəfindən mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək məqsədilə KİV-də aylıq monitorinq keçirilib. Bu barədə məlumatı AZADİNFORM-a MŞ-dan veriblər. Monitorinq gündəlik və həftəlik nəşr edilən 525-ci qəzet, Azərbaycan, Bakı xəbər, Azadlıq, Yeni Müsavat, Səs, Gün səhər, Xalq qəzeti, Ədalət, Reytinq, EXO, Xalq cəbhəsi, Olaylar, Respublika, Mərkəz, Yeni Azərbaycan, İmpuls, Ekspress, Paritet, Palitra, Şərq, Kaspi, Zerkalo, Xəzər və İki sahil qəzetlərində aparılıb. Monitorinq ümumi səciyyə daşıdığı üçün orada konkret hansı KİV-in necə məlumat dərc etməsi, məlumatları hansı mənbələrdən alması, neçə dəfə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını pozması göstərilməyib. Yalnız ayrı-ayrı müstəsna hallar nəzərə alınaraq MŞ monitorinqini 3 istiqamətdə aparır. Monitorinqə cəlb olunan nəşrlərdə ay ərzində dərc edilən bütün yazılar nəzərdən keçirilib. Qeyd edək ki, tərtib edilən cədvəldə ümumilikdə 48039 material dərc olunub. Ötən ayla müqayisədə həmin rəqəm 4498 dəfə ədəd az olub.

Parisdə Azərbaycan Cumhuriyyətinin 90 illiyinə həsr olunan tədbir keçiriləcək

Aprel ayında Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Cumhuriyyətinin 90 illiyinə həsr olunan tədbir keçiriləcək. Tədbirdə iştirak etmək üçün Azərbaycanın bir qrum incəsənət xadimi Parisə gedəcək. AZADİNFORM xəbər verir ki, bu barədə məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Ə.Qarayev mərasimin Parisin ən böyük teatrlarından birində təşkil olunacağını vurğulayıb. Azərbaycan Cumhuriyyətinin müstəqilliyi Paris konfransında qəbul olnduğu üçün ənənəvi olaraq hər il burada konfrans təkil olunur-deyə nazir əlavə edib.

Bütün ümumtəhsil məktəblərinin 1-ci siniflərində yeni kurrikulumun tətbiqinə başlanılacaq

Bu barədə məlumatı AZADİNFORM-a Təhsil Nazirliyinin mətbuat xidmətindən veriblər. 2008-2009-cu tədris ilindən etibarən ölkəmizin bütün ümumtəhsil məktəblərinin 1-ci siniflərində yeni kurrikulumun tətbiqinə başlanılması və bu işin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı AZADİNFORM-a Təhsil Nazirliyinin mətbuat xidmətindən veriblər. Yeni fənn kurrikulumları əsasında dərslik, müəllimlər üçün vəsait və şagirdlər üçün iş dəftərlərinin hazırlanması, nəşri və çapına dair Dövlət satınalmaları haqqında AR-nın Qanununa uyğun olaraq iki mərhələli tender elan olunub. Hazırlanacaq 13 adda dərslik və müəllimlər üçün 21 adda vəsait dövlət, şagirdlər üçün iş dəftərləri isə nəşriyyatların hesabına çap olunacaq.

Müəllimlər üçün müsabiqə keçiriləcək

Bu barədə məlumatı AZADİNFORM-a Təhsil Nazirliyinin mətbuat xidmətindən veriblər. Yaxın günlərdə Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Həmkarlar İttifaqı Konfederasiyası və informasiya kommunikasiya texnologiyaları (İKT) şirkətləri müəllimlər üçün müsabiqə keçirəcək. Bu barədə məlumatı AZADİNFORM-a Təhsil Nazirliyinin mətbuat xidmətindən veriblər. Elan ediləcək müsabiqəyə yeni tədris ili ərəfəsində yekun vurulması nəzərdə tutulub. Müsabiqədə 50 qalib seçiləcək və onların hər birinə 50 noutbuk hədiyyə veriləcək.

Qrefin Dönhoff təqaüdü almaq üçün respublika vətəndaşı olan jurnalistləri proqramda iştirak etməyə dəvət edilir

Almaniyanın Azərbaycandakı səfirliyi Beynəlxalq Jurnalistlər Proqramına (IJP) əsasən Qrefin Dönhoff təqaüdü almaq üçün respublika vətəndaşı olan jurnalistləri proqramda iştiraka dəvət edir. Bu barədə məlumatı AZADİNFORM-a Almaniyanın ölkəmizdəki səfirliyindən veriblər. Təqaüdçülər iki ay müddətində Almaniyanın media şirkətlərinin birində qonaq-redaktor vəzifəsində çalışacaqlar. Təqaüd sentyabrın 25-də Berlində dördgünlük giriş kursu ilə başlayır. Daha sonra isə səkkiz həftə ərzində bir alman media orqanında təcrübə keçiriləcək. Təcrübənin keçiriləcəyi media orqanı təqaüdçü ilə razılaşdırma əsasında seçiləcək. Təqaüdün vaxtını dəyişmək mümkün deyil. Təqaüdçülər 3.400 avro məbləğində birdəfəlik pul vəsaiti alacaqlar. Qeyd edək ki, tələb olunan sənədlər aprelin 30-na kimi Almaniyanın ölkəmizdəki səfirliyinə təqdim olunmalıdır.

Misir Mərdanov: Bayramla bağlı şagirdlərdən pul alan müəllim və məktəb direktoru vəzifəsindən kənarlaşdırılacaq

Təhsil Nazirliyi Novruz bayramı ərəfəsində bir sıra orta məktəblərdə müəllimlər tərəfindən şagirdlərdən tələb olunan pullardan xəbərsizdir. AZADİNFORM xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. Hazırda müəllimlərin şagirdlərdən pul yığması ilə bağlı əlimizdə konkret faktlar yoxdur. Bu kimi hallara rast gəldikdə isə həmin müəllim və ya məktəb direktoru vəzifəsindən kənarlaşdırılacaq,-deyən M.Mərdanov sözügedən məsələ ilə bağlı mübarizə məqsədi ilə KİV nümayəndələrini köməyə çağırıb. M.Mərdanov jurnalistlərdən rüşvət alan müəllim və məktəbin adını Təhsil Nazirliyinə göstərməyi xahiş etdi. Onun sözlərinə görə, həmin jurnalistlərin adı anonim saxlanılacaq.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 180 otelə lisenziya verilib

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu günə kimi ölkədə fəaliyyət göstərən 180 otel və mehmanxanaya lisenziya verilib. Bu barədə məlumatı AZADİNFORM-a Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin lisenziyalaşdırma sektorunun Baş məsləhətçisi Bəxtiyar Qılıncov verib. B.Qılıncov hazırda nazirlikdə 10-dan çox otelin sənədlərinə baxıldığını bildirib. Onun sözlərinə görə, otellərin lisenziyalaşdırılmasına başlanan müddət ərzində 5-6 mehmanxananın sənədləri qaydasında olmadığı üçün onlara lisenziya verilməyib. B.Qılıncov hesab edir ki, lisenziyalaşdırma otellərin xidmət səviyyəsini artıracaq, onların təhlükəsizlik və sanitariya keyfiyyətlərini yüksəldəcək. Hazırda Azərbaycanda 290-dək otelin və bu kimi obyektin fəaliyyət göstərdiyini diqqətə çatdıran nazirlik rəsmisi prosesin cari ilin sonunadək başa çatdırılacağını düşünür. Qeyd edək ki, ölkədə otellərin lisenziyalaşdırılmasına 2007-ci ilin yanvar ayında başlanıb.


16 2008



         
Email


email
email @
email !
,
 

Welcome to Sheki!

free counters