“ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ”

ŞƏKİDƏ “ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ” MÜSABİQƏSİNDƏ QALİB GƏLMİŞ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN RƏHBƏRL&



AzərTAc-ın müxbiri xəbər verir ki, sentyabrın 1-də Şəki şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində bu region üzrə qalib gəlmiş ümumtəhsil məktəbləri nümayəndələrinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəhbərliyi ilə görüşü olmuşdur.
Tədbirdə Mingəçevir şəhərini, Balakən, Zaqatala, Qax və İsmayıllı rayonlarını təmsil edən 8 ümumtəhsil məktəbinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə Cavadova açaraq, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin yekunları ilə bağlı TQDK-nın regionlarda təşkil etdiyi belə görüşlərin əhəmiyyətini xüsusi qeyd etmiş, qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Görüşdə TQDK-nın sədri Məleykə Abbaszadə ali məktəblərə bu il keçirilən qəbul imtahanlarının ilkin nəticələri barədə məlumat vermiş, tədbirdə iştirak edən və müsabiqənin qalibi adına layiq görülmüş məktəblərin məzunlarının göstərdikləri nəticələrin statistik və elmi təhlilini aparmışdır. Xüsusi vurğulanmışdır ki, qəbul imtahanlarında həmin məktəb məzunlarının göstərdikləri nəticələr orta ümumrespublika göstəricilərindən bir neçə dəfə yüksəkdir.
Görüşün sonunda müsabiqənin qalibi olmuş məktəb rəhbərlərinə TQDK tərəfindən hazırlanmış dərs və elektron test vəsaitləri hədiyyə edilmişdir. Eyni zamanda tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, bu təhsil müəssisələri bir il ərzində “Abituriyent” jurnalına pulsuz abunə yazılmaq imkanı əldə edirlər.


Создан 15 сен 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters