YAY GƏNCLƏR KARYERA MƏKTƏBİ

YAY GƏNCLƏR KARYERA MƏKTƏBİNDƏ 60 GƏNC İŞTİRAK EDƏCƏKDİR



Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qurum “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə “Karyera uğrunda!” Gənclər Təhsil Proqramı çərçivəsində Yay Gənclər Karyera Məktəbi təşkil edəcəkdir.
Sentyabrın 7-dən 12-dək Qubanın Qəçrəş kəndində təşkil olunacaq məktəbdə Bakı, Şəki, Lənkəran, Gəncə və Qubadan 60 gənc iştirak edəcəkdir.
İlk dəfə təşkil ediləcək məktəbdə dərslər professional mütəxəssislər tərəfindən keçiriləcəkdir.
Qeyd edək ki, məktəbdə iştirak edən gənclər “Karyeramı necə qurum?” “Gələcəyimlə bağlı ən doğru addımı necə atım?” və digər suallara ətraflı cavab tapa biləcəklər.


Создан 15 сен 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters