TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSİ KEÇİRİ

ŞƏKİNİN TƏHSİL İŞÇİLƏRİ YENİ DƏRS İLİNİ YÜKSƏK ƏHVAL-RUHİYYƏ İLƏ QARŞILAYIRLAR



AzərTAc xəbər verir ki, sentyabrın 4-də Şəki Dövlət Dram Teatrının zalında rayonun təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə foyedə təşkil edilmiş məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Konfransda şəhər təhsil şöbəsinin müdiri Firədun İbrahimovun 2007-2008-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat məruzəsi dinlənilmişdir. Məruzədə görülmüş işlər geniş təhlil edilmiş, qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur. Məruzəçi Azərbaycanda təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, məktəb tikintisi, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə danışmış, rayonun təhsil işçilərinin ötən tədris ilində qazandıqları uğurları qeyd etmiş, nöqsanlara toxunmuşdur.
Natiq bildirmişdir ki, bu il ali məktəblərə 1250 məzun sənəd vermiş və onlardan 479 nəfəri tələbə adını qazanmışdır. Məruzəçi qəbul imtahanlarında məzunlardan 50 nəfərinin 600-dən çox bal toplamasını pedaqoji kollektivlər tərəfindən aparılan səmərəli işin və müəllimlərin gərgin əməyinin məntiqi nəticəsi kimi qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, qəbul imtahanlarında Şəki liseyinin məzunu Əhmədli Nərmin hamıdan çox - 695 bal toplamışdır.
Məruzəçi bildirmişdir ki, məktəblərdə hərbi-vətənpərvərlik sahəsində aparılan məqsədyönlü işin nəticəsidir ki, cari ildə Şəki məzunlarından 26 nəfəri ali hərbi məktəblərə, 13 nəfəri isə hərbi liseylərə qəbul olunmuşdur.
Məruzədə qeyd olunmuşdur ki, hazırda rayonun ümumtəhsil müəssisələrində yeni dərs ilinə ciddi hazırlıq işləri aparılır. Baş Göynük və Kiçik Dəhnə kəndlərinin hər birində 640, Dərəcənnət və Aydınbulaq kəndlərində isə 220 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir. Tədris ocaqlarının yeni dərs ili başlananadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Şəhərdəki 10 nömrəli orta məktəbin əsas korpusunda aparılan təmir işləri isə artıq başa çatdırılmış və məktəb yeni, müasir avadanlıqla təchiz edilmişdir. Bundan əlavə, 10 məktəb binasında yeni istilik sisteminin quraşdırılmasına başlanılmışdır. Təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə məktəblərə xeyli təzə parta, yazı lövhəsi, inventar və avadanlıq verilmişdir. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, son bir neçə ildə rayonun məktəblərinə 666 ədəd kompyuter dəsti, habelə latın qrafikası ilə çap olunmuş 110 min nüsxə, o cümlədən təkcə 2008-ci ildə 122 adda 28 min nüsxə bədii ədəbiyyat hədiyyə edilmişdir.
Konfransda Milli Məclisin deputatı Məclum Şükürov, şəhər icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə Cavadova, şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərov və başqaları çıxış edərək, son illər respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də geniş islahatların aparıldığını, bu sahənin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən mühüm sərəncamların imzalandığını qeyd etmiş, təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi diqqət və qaygıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmiş, rayonun təhsil işçilərinə yeni dərs ilində müvəffəqiyyətlər arzulamışlar.
Konfransda Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov çıxış edərək, Azərbaycan təhsilinin mövcud vəziyyəti barədə danışmış, kadrların peşə hazırlığının artırılmasının vacibliyini qeyd etmişdir.


Создан 15 сен 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters