479 ŞƏKİLİ MƏZUN TƏLƏBƏ ADINI QAZANMIŞDIR




Şəki Şəhər İcra Hakimiyyətində builki qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək respublikamızın nüfuzlu ali məktəblərinə daxil olmuş 50 məzun və onların valideynləri ilə görüş olmuşdur.
AzərTAc-ın müxbiri xəbər verir ki, təhsil işçiləri və ictimaiyyət nümayəndələrinin də qatıldığı tədbirdə şəhər icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə Cavadova builki qəbul imtahanlarının Şəki məzunları üçün olduqca uğurlu keçdiyini bildirmiş, tələbə adını qazanmış məzunları təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Qəbul imtahanlarında Şəki məzunlarının göstərdikləri nəticələr barədə məlumat verilmişdir. Bildirilmişdir ki, builki test imtahanlarında iştirak etmiş 1250 məzundan 479 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 50 nəfəri 600-dən çox, o cümlədən Şəki liseyinin məzunu Nərmin Əhmədli 695 bal toplamışdır.
Görüşdə çıxış edən Azərbaycan Tibb Universitetinin tələbəsi Nərmin Əhmədlinin atası İslam Əhmədli övladının qazandığı uğurda müəllimlərin yüksək əməyini xüsusi vurğulamış, təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi diqqət və qayğıya görə valideynlər adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov tələbə adını qazanmış məzunları təbrik etmiş, onların gələcəkdə müstəqil Azərbaycanın daha da çiçəklənməsinə, qüdrətlənməsinə böyük töhfə verəcəklərinə əminliyini bildirmişdir.
Görüşün sonunda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr və pul mükafatları təqdim edilmişdir.


Создан 15 сен 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters