QİSA XƏBƏRLƏR

07-11.09.2008



ŞƏKİ TEATRI YENİ MÖVSÜMƏ HAZIRLAŞIR

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yeni mövsümə hazırlıq işləri davam etdirilir.
Teatrın direktoru Hikmət Nəbiyev AzərTAc-a bildirmişdir ki, sentyabrın 15-nə təyin edilmiş açılış günündə yaradıcı kollektiv teatrsevərlərə rejissor Novruz Cəfərovun “Buna da ... şükür”
ikihissəli komediyasını təqdim edəcəkdir.
Tamaşanın rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur. Əsas rolları Xanlar Həşimzadə, Aydın Əlibalayev, Brilyant Babayeva, Xəyal Abbaszadə və başqaları ifa edirlər.
Teatrda eyni zamanda, Georgi Xuqayevin “Bişmiş yumurta və çiy məhəbbət” komediyası üzərində də məşqlər davam etdirilir. Oktyabrın sonunda isə teatrın yaradıcı kollektivi bu ildə ikinci dəfə Türkiyənin İstanbul şəhərinə qastrol səfərinə yola düşəcəkdir.

07 Sentyabr, 2008

--------------------------------------
ŞƏKİ TAXILÇILARI GƏLƏN İLİN MƏHSUL BOLLUĞUNA İNDİDƏN CİDDİ HAZIRLAŞIRLAR

Şəki Şəhər İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən AzərTAc-a bildirmişlər ki, rayonun taxılçılıq təsərrüfatlarında payızlıq taxıl səpini üçün yay şumu qaldırılır. İndiyədək 15 min hektardan artıq sahədə şum qaldırılmışdır. Hazırda bu iş davam etdirilir...

08 Sentyabr, 2008
--------------------------------------
İSTEHLAKÇILARIN ŞƏKƏRƏ TƏLƏBATI YERLİ İSTEHSAL HESABINA ÖDƏNİLƏCƏKDİR

Yaxın gələcəkdə ölkəmizdə istehlakçıların şəkərə tələbatı yerli istehsal hesabına ödəniləcəkdir.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir. O demişdir ki, ölkəmizin başçısı qarşımıza əhalini əsas kənd təsərrüfatı məhsulları ilə tam təmin etmək barədə vəzifə qoymuşdur. Bu siyahıya şəkər də daxildir. Bir neçə il əvvəl İmişli rayonunda Qafqazda bənzəri olmayan şəkər zavodu tikilmişdir və hazırda ölkəmizdə şəkərə olan tələbatın böyük hissəsi bu müəssisədə istehsal olunan məhsul hesabına ödənilir. Bu məhsulun müəyyən hissəsi idxal olunur. Şəkər çuğundurunun əkin sahələri və məhsuldarlığı ildən-ilə artırılır. Bunu nəzərə alaraq inamla deyirəm ki, yaxın gələcəkdə ölkəmizdə istehlakçıların şəkərə tələbatı yerli istehsal hesabına ödəniləcəkdir.

08 Sentyabr, 2008
--------------------------------------
İSTEHLAKÇILARIN ŞƏKƏRƏ TƏLƏBATI YERLİ İSTEHSAL HESABINA ÖDƏNİLƏCƏKDİR

Yaxın gələcəkdə ölkəmizdə istehlakçıların şəkərə tələbatı yerli istehsal hesabına ödəniləcəkdir.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir. O demişdir ki, ölkəmizin başçısı qarşımıza əhalini əsas kənd təsərrüfatı məhsulları ilə tam təmin etmək barədə vəzifə qoymuşdur. Bu siyahıya şəkər də daxildir. Bir neçə il əvvəl İmişli rayonunda Qafqazda bənzəri olmayan şəkər zavodu tikilmişdir və hazırda ölkəmizdə şəkərə olan tələbatın böyük hissəsi bu müəssisədə istehsal olunan məhsul hesabına ödənilir. Bu məhsulun müəyyən hissəsi idxal olunur. Şəkər çuğundurunun əkin sahələri və məhsuldarlığı ildən-ilə artırılır. Bunu nəzərə alaraq inamla deyirəm ki, yaxın gələcəkdə ölkəmizdə istehlakçıların şəkərə tələbatı yerli istehsal hesabına ödəniləcəkdir.

08 Sentyabr, 2008
--------------------------------------
MİLLİ CİZGİ FİLMLƏRİNİN DVD DİSKİ BURAXILMIŞDIR

AzərTAc xəbər verir ki, milli cizgi filmlərinin DVD disklərinin tirajı hazırlanmışdır.
Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, müxtəlif illərdə çəkilən filmlər Rusiya və Azərbaycan mütəxəssislərinin səyləri ilə Azərbaycan dilində bərpa olunmuşdur. Məcmuəyə kiçik yaşlı uşaqlar üçün 10 animasiya filmi daxil edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun birgə həyata keçirdikləri layihələr arasında ilk uşaq məcmuəsi olan diskli albomlar məktəblilər, eləcə də bağça uşaqları üçün nəzərdə tutulmuşdur.
Filmlər televiziya kanalları ilə də nümayiş etdiriləcəkdir.

09 Sentyabr, 2008
--------------------------------------
TÜRKİYƏDƏ BAŞ VERMİŞ AVTOMOBİL QƏZASINDA 15 İRAN VƏTƏNDAŞI ÖLMÜŞDÜR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Ağrı vilayətinin Doğubəyazit rayonunda İrandan gələn bir avtobusun aşması nəticəsində 15 nəfər ölmüş, 22 sərnişin yaralanmışdır.
Ağrı valisi Məhmət Çətin bildirmişdir ki, İrana məxsus avtobusda ölən və yaralananların hamısı bu ölkənin vətəndaşıdır. O, yaralıların bir neçəsinin vəziyyətinin ağır olduğundan ölənlərin sayının artacağından narahatlığını da ifadə etmişdir.

09 Sentyabr, 2008
--------------------------------------
SUMQAYIT BƏLƏDİYYƏSİNİN KUBOKU UĞRUNDA YARIŞLAR BAŞA ÇATMIŞDIR

AzərTAc xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə təşkil edilmiş Bələdiyyə kuboku uğrunda qapalı şəhər birinciliyinin bağlanış mərasimi keçirilmişdir.
Gərgin idman mübarizəsində qalib gələrək Bələdiyyə kubokuna sahib olmuş 41-ci məhəllənin komandası fəxri dövrə vurmuşdur. Sumqayıt bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev bildirmişdir ki, hər il iyunun 15-də - Milli Qurtuluş günündə məhəllə komitələrinin 11-13 yaşlı yeniyetmələrdən ibarət futbol komandaları arasında birinciliyə start verilməsi artıq ənənəyə çevrilmişdir.
Onun sözlərinə görə, Sumqayıtın bütün yaşayış massivlərində fəaliyyət göstərən 105 məhəllə komitəsi yaradılmışdır. Çempion adı uğrunda iki ay davam etmiş gərgin mübarizədə 20-dən artıq komanda iştirak etmişdir. Ə.Babayev bildirmişdir ki, şəhər bələdiyyəsi yarışların uğurla keçirilməsi üçün hər cür şərait yaratmışdır. Bütün idmançılara pulsuz futbol geyimi verilmiş, komandalara isə toplar hədiyyə edilmişdir.
Güman edirik ki, bu cür birinciliklərin təşkil edilməsi yeniyetmələrin asudə vaxtlarını daha faydalı və maraqlı keçirmələrinə, onları idmana cəlb etməyə imkan verəcəkdir.

09 Sentyabr, 2008
--------------------------------------
“AZƏRDƏMİRYOLBANK” ASC-NİN XALİS MƏNFƏƏTİ 6 MİLYON MANAT TƏŞKİL ETMİŞDİR

“AzərDəmiryolBank” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari ilin yanvar-avqustunda bankın aktivləri 41,4 faiz artaraq, 208,47 milyon manat təşkil etmişdir. Müştərilərə verilən kreditlərin məbləği 64,1 faiz artaraq, 172,27 milyon manata çatmışdır.
Hesabat dövründə bankın öhdəlikləri 47,4 faiz çoxalnış, 174,34 milyon manata bərabər olmuşdur. Müştəri depozitləri 51,59 milyon manat, maliyyə sektoru qarşısında öhdəliklər isə 2,1 dəfə artaraq, 104,5 milyon manat təşkil etmişdir.
Bankın kapitalı ilin əvvəlindən 17,1 faiz çoxalmış və 34,13 milyon manat olmuşdur. Ödənmiş nizamnamə fondu 3 milyon manat artaraq 13,4 milyon manata çatmışdır.
Yanvar-avqustda bankın gəliri 39,1 milyon manat, xərcləri isə 31,4 milyon manat olmuşdur. Balans mənfəəti 7,72 milyon manat, xalis mənfəət isə 5,98 milyon manat təşkil etmişdir.

11 Sentyabr, 2008


Создан 15 сен 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters