Şəkidə avtomobil sərgisi

22 sentyabr 2008-ci il



Şəkidə avtomobil sərgisi

Azərbaycan Avtomobil Dilerlər Assosiyasiyasının, “Akkord ” Şirkətlər qrupunun, Deka Bankın təşkilatçılığı, “Autoqraph” jurnalının, “Lider” TV-nin informasiya dəstəyi ilə keçirilən “İlhamla İrəli” avtomobil yürüşünün iştirakçıları Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz rayonlarında yerli əhali ilə görüşdükdən sonra Şəkiyə gəlmişlər. Onlar burada keçirilən ümumrayon mitinqində iştirak etdikdən sonra idarə etdikləri avtomobilləri şəhərin mərkəzi meydanlarından birində nümayiş etdirmiş, sərgi keçirmişlər. Sərgiyə Amerikanın, Yaponiyanın və Avropa ölkələrinin son dövrlərdə istehsal etdikləri 20-dən artıq minik avtomobilləri çıxarılmışdır.
Avtomobil yürüşünü keçirməkdə əsas məqsəd cəmiyyətin diqqətini mövcud iqtidarın ölkəyə başçılıq etdiyi dövrdə görülən işlərə, həyata keçirilən tədbirlərə cəlb etmək, Azərbaycan Prezidenti İlham Əliyevə dəstək verməkdir.
Şəkidə onun tarixində ilk dəfə keçirilən avtomobil sərgisi şəhərin ictimai həyatında mədəni hadisəyə çevrilmişdir.
Yürüş iştirakçıları Mingəçevir Yevlağ, Ağdaş, Kürdəmir rayonlarında da konsertlər, idman turnerləri, müsabiqələr təşkil etdikdən sonra Bakıya qayıdacaqlar.


Создан 13 окт 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters