Qapını döyən... poçtalyondur. 14.10.2008




Qapını döyən... poçtalyondur.
Orta nəslin nümayəndələri yaxşı xatırlayırlar. Poçtxananın, poçtalyonların da bir vaxtı vardır. Bir qayda olaraq yaşayış məntəqələrinin mərkəzində yerləşən poçtxanalar həmişə izdihamlı olardı. Başlarına gerbli papaq qoyan poçtxana rəisləri, poçtalyonlar isə küçə və meydanlarda dövlət rəsmiləri kimi şəstlə addımlardılar.
Böyüklər onları görəndə təbəssümlə salam verər, uşaqlar sevinə-sevinə qabağına qaçardılar ki, təzə qəzet və jurnalları alıb evlərinə aparsınlar. Hər evin qapısı onların üzünə geniş açılardı. “Qapını döyən kimdir?” sualına onlar iftixarla “Poçtalyondur!” deyərdilər.
Poçt xidməti bu gün də rabitə sistemində ən geniş yayılmış əlaqə vasitəsidir. Texnikanın, elektronikanın, internet xidmətinin yüksək inkişaf tempi belə poçt xidmətinə olan marağı azaltmamışdır. Müasir dövrdə də elə bir ailə tapmaq olmaz ki, poçt xidmətinin bir və ya bir neçə növündən istifadə etməsin.
“Azərpoçt” DM-nin filialı olan Şəki Poçtamtı idarə, müəssisə və təşkilatlara 30 adda rabitə xidməti göstərir. Poçtamtın tabeliyində 29 kənd, 1 qəsəbə, 8 şəhər poçt şöbəsi var. Bu gün isə şəhərin Qışlaq hissəsində daha bir poçt şöbəsi istifadəyə verilmişdir.

Yeni müəssisənin açılışına ərazidə yaşayan sakinlərlə yanaşı, rayon rəhbərləri də gəlmişdirlər. Tədbiri giriş sözü ilə Şəki Poçtamtının rəisi İsmayıl İmanov açaraq demişdir ki, möhtərəm prezidentimiz cənab İlham Əliyev bütün sahələrə olduğu kimi, poçt sahəsinə də böyük qayğı göstərir. Məhz bu qayğının təzahürüdür ki, rayonumuzda rabitə gün-gündən inkişaf edir, müasir tələblərə cavab verən rabitə obyektləri inşa olunur. Hazırda açılışına toplaşdığımız poçt şöbəsindən başqa şəhərdə daha bir poçt şöbəsi də inşa edilir. Cari ilin axırına kimi əlavə 5 poçt şöbəsinin tikintisi nəzərdə tutulmuşdur.
Həmin qayğının nəticəsidir ki, Şəki Poçtamtı proqnozlaşdırılmış 9 aylıq tarif gəlirini 170% yerinə yetirib. Üçüncü kvartalda da rentabelli işləyərək öz xərcini ödəyib.
Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavinləri Firon Əliyev, Eldəniz Qəhrəmanov, ərazi sakinlərindən Əhmədi-Muxtar Əhmədov, Zeynal Salmanov, Elman Salamov və başqaları çıxış edərək rabitəçiləri təbrik etmişlər. Ərazi sakinləri göstərilən qayğı və diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildirmiş, oktyabrın 15-də seçki məntəqələrinə gedərək respublika prezidentliyinə ən layiqli namizəd olan İlham Əliyevə səs verəcəklərini bildirmişlər.
Yazılıb: 14/10/2008


Создан 28 окт 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters