YUNANISTAN HÖKUMƏTİNİN DƏSTƏYİ İLƏ

ŞƏKİDƏ ENDOKRİNOLOJİ LABORATORİYA YARADILACAQDIR. 29-30.10.2008



YUNANISTANLI HƏKİMLƏR YOD ÇATIŞMAZLIĞININ PROFİLAKTİKASI LAYİHƏSİNİN NÖVBƏTİ MƏRHƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR

Oktyabrın 26-da Yunanıstanın Patra Universitetinin əməkdaşlarının ölkəmizə 3 günlük səfəri başlanmışdır. Səfər çərçivəsində yunanıstanlı həkimlərin Azərbaycanda yod çatışmazlığı və zob xəstəliyinin profilaktikası üzrə humanitar layihənin müddətinin uzadılması məsələləri müzakirə ediləcəkdir.
Yunanıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərin əsas məqsədi həmin layihənin 2009-2010-cu illəri əhatə edən növbəti mərhələsinin həyata keçirilməsi məsələlərini müzakirə etməkdir.
Artıq 10 ildir ki, yunanıstanlı mütəxəssislər Azərbaycanda yod çatışmazlığının profilaktikası ilə məşğuldurlar. Onlar ildə iki dəfə ölkəmizə gəlir və Azərbaycanın regionlarında məktəblilər arasında yod çatışmazlığı ilə bağlı sınaqlar aparmaq üçün toplayırlar.
Layihənin növbəti mərhələsində Şəkidə regional endokrinoloji laboratoriya yaradılması nəzərdə tutulur.
Layihənin yeni mərhələsi azərbaycanlı həkimlər və biokimyaçılar üçün Yunanıstanda üç aylıq treninq də nəzərdə tutmuşdur.

Yazılıb: 29/10/2008 Saat: 13:09:02


YUNANISTAN HÖKUMƏTİNİN DƏSTƏYİ İLƏ ŞƏKİDƏ ENDOKRİNOLOJİ LABORATORİYA YARADILACAQDIR

Azərbaycanda yod çatışmazlığı və zob xəstəliyinin profilaktikası üzrə humanitar layihə həyata keçirən Yunanıstanın Patra Universitetinin əməkdaşları ölkəmizə növbəti səfər çərçivəsində oktyabrın 28-də Şəkidə olmuşlar.
Layihənin rəhbəri həkim-endokrinoloq Neoklis Georqopoulos şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovla görüşündə səfərin məqsədinə toxunaraq bildirmişdir ki, yunanıstanlı mütəxəssislər artıq 10 ildir ki, Azərbaycanda yod çatışmazlığının profilaktikası ilə məşğuldurlar. Məlumat verilmişdir ki, Azərbaycanın bəzi regionlarının, xüsusilə şimal-qərb bölgəsi rayonları əhalisinin yod çatışmazlığından daha çox əziyyət çəkdiklərini nəzərə alaraq, yunanıstanlı həkimlər layihənin icra müddətini uzatmağı qərara almışlar. Yunanıstan hökumətinin dəstəyi ilə son illər Şəkidə səhiyyə sahəsi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini, rayonlararası vərəm dispanserinin əsaslı təmir olunduğunu, burada müasir rentgen aparatının quraşdırıldığını nəzərə çatdıran qonaq, sözügedən layihənin ikinci mərhələsində bu şəhərdə regional endokrinoloji laboratoriyanın yaradılmasının nəzərdə tutulduğunu bildirmişdir.
Sonra yunanıstanlı mütəxəssislər Şəki şəhərinin səhiyyə müəssisələri ilə tanış olmuşlar. Regional laboratoriyanın mərkəzi rayon xəstəxanasının binasında yaradılması məqsədəuyğun hesab edilmişdir. Yunanıstan tərəfi mərkəz üçün ayrılmış 3 otağı yüksək səviyyədə təmir etməyi, habelə UZİ aparatı və digər avadanlıqla təchiz etməyi öz öhdəsinə götürmüşdür. Bundan əlavə, mərkəzdə çalışacaq həkimlərin bir neçəsinin 2009-cu ilin sonunda Yunanıstanda təşkil olunacaq treninqlərdə iştirakı da nəzərdə tutulur.

Yazılıb: 30/10/2008 Saat: 05:58:11

http://sheki-ih.gov.az/news.php


Создан 12 ноя 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters