KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRƏRİ

02.11.2008



ŞƏKİNİN KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI YÜKSƏK ƏHVAL-RUHİYYƏ İLƏ QARŞILAYIRLAR

Oktyabrın 31-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında Kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş tədbir keçirilmişdir.
Fermerlərin, torpaq mülkiyyətçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldığı tədbirdə Prezident İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 1-nin Azərbaycan Respublikasında Kənd təsərrüfatı işçiləri günü kimi qeyd ediləcəyi bildirilmiş, Şəki rayonunda aqrar sahədə görülən işlərə dair geniş məruzə dinlənilmişdir.
Məruzədə bildirilmişdir ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına yönəldilən tədbirlər respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da öz bəhrəsini verir, aqrar sahənin dinamik inkişafı təmin edilir, məhsul istehsalının artmasına səbəb olur. 2007-ci ildə 2008-ci ilin məhsulu üçün rayonda 70 min 752 hektar sahədə taxıl əkilmişdir ki, bu da əvvəlki ilə nisbətən 22 min hektar artıqdır. Cari ildə Şəkinin tarixində ilk dəfə olaraq 211 min ton taxıl istehsal olunmuşdur. Bu, əvvəlki illə müqayisədə 100 min ton çoxdur.
Qeyd olunmuşdur ki, rayonda ənənəvi sahələrdən olan üzümçülüyün və meyvəçiliyin inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Bu il 3 hektar sahədə yeni üzüm bağı salınmış, 235 hektar bar verən üzüm bağlarında budama və becərmə, 105 hektar bağda isə dərmanlama və digər aqrotexniki qulluq işləri aparılmışdır. Rayonun Çələbixan qəsəbəsi yaxınlığında üzüm emalı müəssisəsinin tikintisi sürətlə davam etdirilir. Cari ildə 410 hektar bar verən və 53 hektar yeni salınan meyvə bağlarında da aqrotexniki qulluq işləri aparılmış, 1337 ton məhsul tədarük edilmişdir. Hazırda meyvə və üzüm bağlarında məhsul yığımı davam edir. Son illər Şəkidə sahibkarlığın inkişafına diqqət xeyli artmış, yeni istehsal sahələri yaradılmışdır. Bu yaxınlarda “Şəki Aqro-İndastrit” MMC tərəfindən rayonun Orta Zəyzid kəndində keçmiş kökəltmə birliyi ərazisində müasir tipli süd emalı müəssisəsi tikilib istifadəyə verilmiş, müəssisəyə Hollandiyadan 660 baş cins inək gətirilmişdir. Ümumi dəyəri 7,28 milyon avro olan bu kompleksdə damazlıq və südçülük sahəsi, pendir zavodu və yem istehsalı sexi fəaliyyət göstərir. Cari ildə rayonun Göynüklər zonasında 3 yeni özəl damazlıq təsərrüfatı, Qızılarx kəndi ərazisində isə donuzçuluq müəssisəsi yaradılmışdır. Tezliklə rayonda 350 min baş quşçuluq kompleksinin tikintisi də başa çatdırılacaq, yeni layihələrin həyata keçirilməsinə başlanılacaqdır.
Məruzə ətrafında çıxışlardan sonra rayonun bir qrup qabaqcıl kənd təsərrüfatı işçisinə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və pul mükafatları verilmişdir.

Yazılıb: 02/11/2008 Saat: 02:58:27


http://sheki-ih.gov.az/news.php


Создан 12 ноя 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters