MİKAYIL MÜŞFİQİN 100 İLLİYİNƏ

12.11.2008



ŞƏKİDƏ MİKAYIL MÜŞFİQİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BƏDİİ-QİRAƏT MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR


Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 8-dən 10-dək Şəki şəhərində Mikayıl Müşfiqin 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” III Ümumrespublika bədii qiraət müsabiqəsi keçirilmişdir.
Müsabiqənin əsas məqsədi Azərbaycan söz xəzinəsinin nadir inçilərindən olan şeir, mənsur şeir, nəsr yaradıcılığını geniş təbliğ etmək, istedadlı, gənc bədii-qiraət ifaçılarını üzə çıxarmaq, aydın tələffüzə və səlis danışıq tərzinə malik gənclərin yetişdirilməsinə, habelə mədəniyyət ocaqlarının bu sahədə fəaliyyətlərinin daha da canlandırılmasına nail olmaqdır. Müsabiqənin münsiflər heyətinin tərkibinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları, xalq artistləri Nürəddin Quliyev, Laləzar Mustafayeva, əməkdar incəsənət xadimi Bəhram Osmanov, habelə Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları daxil idilər.
Şəki Dövlət Dram Teatrının zalında keçirilən və 2 turdan ibarət olan ümumrespublika müsabiqəsinin yekununa əsasən, münsiflər heyətinin yekdil rəyinə görə, 1-ci yerə heç bir iştirakçı layiq görülməmişdir. Goranboy təmsilçisi Asəf Cəfərova 2-ci dərəcəli diplom və 300 manat, Sumqayıtdan olan Sona Həsənovaya isə 3-cü dərəcəli diplom və 250 manat pul mükafatı təqdim edilmişdir. Bundan əlavə, həvəsləndirici yerləri tutan 4 iştirakçının hər birinə- Gəncədən Kəmalə Məmmədova, Neftçaladan Rauf Həsənov, Bakıdan Rada Nəsibova və Şəki təmsilçisi Sona Şabəddinovaya 100 manat pul mükafatı verilmişdir.

Yazılıb: 12/11/2008 Saat: 01:36:03


http://sheki-ih.gov.az/news.php


Создан 12 ноя 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters