..........SHEKI BELEDIYYESININ FEALIYYETI VE STRUKTURU




..... ŞƏKİ BƏLƏDİYYƏSİ – yerli özünüidarə orqanı kimi 1999-cu ildən fəaliyyət göstərir. 17 üzvü var. Şəki Bələdiyyəsinin strukturunu şəkildəki sxemdəki kimi göstərmək olar.
.....Sxemdən göründüyü kimi bələdiyyə sədrinin birinci müavini maliyyə və tikinti, müavinləri isə müvafiq olaraq sosial və ekologiya məsələlərinin həlli ilə məşğul olur.
.....Şəki Bələdiyyəsi öz inkişaf səviyyəsinə, kadr potensialına, həyata keçirdiyi layihələrin aktuallığına, eləcə də, ölkənin ictimai – siyasi həyatında oynadığı əhəmiyyətli roluna görə respublikada önəmli yerlərdən birini tutur.
.....Bələdiyyə səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə verilmiş qərarların həyata keçirilməsinə yardım göstərməsi, bələdiyyənin tabeçiliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün beş daimi komissiya yaratmışdır. Bu komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınmışdır. Кomissiyaların əsas vəzifələri bunlardır:
.....- müvafiq statusla əlaqəli funksiyalarla bağlı yerli əhəmiyyətli proqramlar hazırlayaraq bələdiyyənin iclasına və ya yerli əhalinin müzakirəsinə çıxarmaq;
.....- yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;
.....- bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;
.....- seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkili və yoxlanılmasına kömək etmək.
.....Şəki Bələdiyyəsinin icra aparatı sədrdən və yeddi struktur bölmələrdən ibarətdir. İcra aparatının fəaliyyətinə sədr rəhbərliк edir.
.....Bunlardan başqa, bələdiyyə ayrı – ayrı fiziki və hüquqi şəxslərin xidmətlərindən müqavilə əsasında istifadə edir.
.....Bələdiyyə öz işini Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və bələdiyyələrlə bağlı qəbul edilmiş digər normativ sənədlər əsasında qurmuş və inkişaf etdirmişdir.
.....Bələdiyyədə qərarlar bələdiyyə iclası tərəfindən verilir. Bələdiyyə sədri ayda bir dəfədən az olmayaraq iclas çağırır. Bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir və iclas protokollaşdırılır. Qərarı bələdiyyə sədri imzalayır.
.....Şəki Bələdiyyəsinin idarəetmə işinin operativ qurulması Şəki Şəhər İcra Hakimiyyəti ilə belə problemlərin yaranmasına imkan vermir. Şəki Bələdiyyəsinin yerli sosial müdafiə və sosial inkişaf məsələlərinin həllində şəhər icra hakimiyyəti ilə birlikdə məqsədyönlü iş aparır və Azərbaycan Respublikasının Prezidentinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini verir.
.....Şəki Bələdiyyəsi kənd – qəsəbə bələdiyyələri ilə münasibətlərini də yüksək səviyyədə qurmuşdur. Belə ki, kənd – qəsəbə bələdiyyələrinin fəaliyyətinin təşkilinə, onlarda audit yoxlamalarının aparılmasına, maliyyə işlərinin qurulmasına, yaranmış problemlərin həllinə yaxından köməklik göstərir. Bundan başqa bələdiyyələrin fəaliyyət və inkişafı ilə bağlı treninq və seminarlarda onların iştirakına şərait yaradılır.
.....Şəki Bələdiyyəsində əhali ilə olan münasibətlərin effektivliyinə, yaranan problemlərin tez və operativ həllinə çox böyük önəm verilir.
.....Bələdiyyənin sədri, eləcə də onun müavinləri və digər bələdiyyə üzvləri vətəndaşların qəbul edilməsini təşkil edir. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilir.
.....Vətəndaşların təklif, ərizə və şikayətləri mütləq kargüzarlıqda qeydiyyatdan kexçirilir. Sənədlərə daxil olma tarixini və nömrəsini göstərən ştamp vurulur. Vətəndaşların tələbi ilə təklifin, ərizə və şikayətlərin qeydiyyata alınma nömrəsi və tarixi ona bildirilir.
.....Вətəndаşlаrın müraciətinə 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə isə ən geci 15 gün ərzində baxılır.
.....Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək gəldiyi halda bələdiyyə sədri və ya onun müavinləri müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu 1 ay uzada bilərlər. Bu barədə müraciət edənə məlumat verilir.
.....Ümumi və kadrlar şöbəsinin müdiri hər yarımillikdə və ilin sonunda vətəndaşların təklif, ərizə və şikayətlərinin təhlili və ümumiləşdirilməsi üzrə analitik arayışlar hazırlayıb, onları bələdiyyə sədrinə təqdim edir.
.....Bunlardan başqa vətəndaşların hər hansı bir məsələ ilə bağlı müraciəti zamanı ona lazım olan sənədlərin siyahısı verilir.
.....Şəki Bələdiyyəsində əhali ilə ünsiyyətin təmin edilməsi bələdiyyənin qarşısına qoyduğu vacib məsələlərdən biridir. Bələdiyyənin 2005-ci ildə yаrаdılmış Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi əhali arasında ictimai rəyin öyrənilməsi, bələdiyyənin fəaliyyətində və üzvlərinin seçicilərlə təmasda olmasının təmin edilməsi məqsədilə ardıcıl iş aparır. Вə 2005-ci ilin аvqust аyındаn şöbə tərəfindən mütəmаdi оlаrаq hər аy 16, yахud 24 səhifə həcmində "ŞƏKİ BƏLƏDİYYƏSİ" qəzeti burахılır. Qəzеtdə bələdiyyənin fəaliyyəti, şəhərin вə еləcə də rеspubliкаmızın sosial - iqtisadi, ictimai - mədəni həyatı geniş işıqlandırılır. “Şəki Bələdiyyəsi” qəzetinə müraciət edən və qəzetə yazılar təqdim edən insanlarla mütəmadi olaraq görüşlər keçirilir, bələdiyyənin fəaliyyəti ilə maraqlanan şəhər sakinləri qəbul edilərək, onları maraqlandıran məsələlərə aydınlıq gətirilir.


Şəki Bələdiyyəsinin üzvləri və aparat işçiləri haqqinda müfəssəl məlumatlar saytin digər bölmələrində.


Создан 16 ноя 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters