MƏHƏBBƏTİN İZHARİ.

FİRƏDUN İBRAHİMOV, Pedaqoji elmlər doktoru



Məhəbbətin izharı

2008ci ilin 15 sentyabrında Azərbaycan Respublikasında keçirilən Prezident seçkisi özəl xüsusiyyətləri ilə tarixə çevrilmişdir. Bu prosesi təhlil edərkən sadə bir ziyalı kimi məni bir sıra suallar çox düşündürür. Bu suallar sırasında biri, bəklə də birincisi belədir:
- Nə üçün Azərbaycan xalqının tam əksəriyyəti prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən verilmiş İlham Əliyevin təbliğatçısı kimi əlindən gələni etməyə çalışırdı, baxmayaraq ki, bu insanların az hissəsi siyasi həmfikir olaraq YAPın üzvüdür...?
Bu suala cavab olaraq qənaətə gəlirəm ki, mənim müdrik xalqım məxsusi şəkildə özünü təsdiqləyə biləndir.
Burada idrakımın alt qatlarından oyanıb gələn və Ulu öndər Heydər Əliyevə məxsus olan Fəxr edirəm ki, mən Azərbaycanlıyam nidanı xatırlayıram, bu hissləri yaşayıram. Əziz oxucu! Bizim Azərbaycanlıların qan yaddaşında daşınan çox gözəl bir əlamət var: hamıya yaxşı olana ehtiram etmək, mənəvi borcu imkan düşəndə ləyaqətli şəkildə qaytarmağa cəhd göstərmək...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20032008ci illər üzrə Prezidentlik dövründə hər bir Azərbaycanlı üçün yaxşı prezident olmuşdur, o, ölkəmizin vətəndaşlarının qəlbində özünə məskən tapmışdır. 20032008ci illər ərzində, bəlkə də, mümkün olmayanları da gerçəyə çevirə bilmişdir.
Müdrik Azərbaycan xalqı bu reallığı dərindən dərk etdiyindən, lham Əliyevə yenidən etimad göstərmək əzmi ilə səfərbər olmuşdur. Bu, İlham Əliyevin müdrik siyasətinin nəticəsi idi. Bunu düşünmək qabiliyyəti olan hər kəs etiraf edir. Axı, həqiqəti danmaq olmaz!
Doğrudan da, 2003cü ilin prezident seçkilərindən ötən beş il Azərbaycanın həyatında mühüm tarixi hadisələrlə zəngin oldu, daxili və xarici siyasətdə, ictimai həyatın bütün sahələrində böyük nailiyyətlərlə yadda qaldı. Bu dövrdə ümummilli lider Heydər Əliyevin siyasi kursu İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirildi. Xalqla birgə olan prezidentimizin müdrik səyi nəticəsində davamlı sosialiqtisadi inkişafa nail olduq. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artdı, müstəqilliyi möhkəmləndi, ölkəmiz regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyini ardıcıllıqla nümayiş etdirə bildi. Dünyanın aparıcı dövlətləri enerji təhlükəsizliyi siyasətinin istiqamətlərini müəyyənləşdirərkən Azərbaycanla strateji əməkdaşlığa önəm verirdilər. Sosialiqtisadi, ictimaisiyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyaları uğurla həyata keçirilirdi.
Milli iqtisadiyyatın dinamik inkişafı ölkəmizi regional əhəmiyyətli güc mərkəzinə çevirmişdir. Keçən beş il ərzində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi 2, 7 dəfə artmışdır. 2008ci ildə dövlət büdcəsinin gəliri 10 milyard 484 milyon manat həcmində nəzərdə tutulmuşdur. Ölkəmizin artan gəlirlərindən hər bir Azərbaycan vətəndaşının bəhrələnməsini təmin etmək, aparılan sosialiqtisadi siyasətin əsas qayəsini təşkil edir. Azərbaycan adambaşına düşən investisiyanın həcminə görə MDBdə birinci yeri tutur. Təkcə 2008ci ilin I yarısında 48 şəhər və rayon üzrə 327 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 40,7 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi aparılmış iqtisadi siyasətin mühüm tərkib hissələrindən biridir. Bu məqsədlə aqrar sektorda sahibkarlığın inkişafına lazımi şərait yaradılmışdır. 2008ci ilin I yarısında aqrar sektorda artım sürəti son illərdə ən yüksək həddə çataraq, 10,7 faiz təşkil etmişdir. 2004cü ildə Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramının (20042008) qəbul olunması ölkəmizin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Regionların inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri səviyyəsinə qaldırıldı, dövlət idarəetmə orqanlarında bu sahəyə münasibət əsaslı şəkildə dəyişdi. Həmin proqramın icrası ilə əlaqədar olaraq, ayrıayrı iqtisadi zonaların sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı təsdiq olundu və yerinə yetirildi. Bakı şəhərinin qəsəbələrinin sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı həyata keçirildi. 20062015ci illəri əhatə edən Azərbaycan Respublikasının avtomobil yollarının genişləndirilməsi və inkişafı və Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafı Dövlət Proqramlarında qarşıya qoyulmuş vəzifələrin ardıcıl yerinə yetirilməsinə başlanıldı. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 20062007ci illər üçün tədbirlər Planı nda müəyyənləşdirilmiş vəzifələr uğurla həyata keçirildi. OğuzQəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi, SamurAbşeron kanalının rekonstruksiyası, BakıAstara, BakıQuba və BakıQazax avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulması üçün dövlət tərəfindən lazımi vəsait ayrılır və intensiv işlər aparılır. Ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları və avadanlıqlarla təmin olunması üçün çoxsaylı dövlət proqramları həyata keçirildi. 20032008ci illər ərzində yeni məktəblərin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair dövlət proqramları reallaşdırıldı. 1400ədək yeni məktəb tikildi, 300ədək məktəb əsaslı təmir olundu. Mədəniyyət abidələrinin qorunması, bərpası və təmiri sahəsində əsaslı tədbirlər görüldü. Çoxcildli Azərbaycan Ensiklopediyasının nəşrinə başlanıldı. Görkəmli Azərbaycan və dünya yazıçılarının əsərləri latın qrafikası ilə yenidən nəşr edildi. Azərbaycan elminin və mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə xalqımızın çoxsaylı tanınmış ziyalılarına və istedadlı insanlarına Prezident təqayüdü verildi. Əhalinin sağlamlığının qorunması dövlətin ümdə vəzifələri sırasında durdu. Müasir dövrün tələblərinə uyğun olaraq, ölkəmizdə səhiyyə sahəsində müəyyən islahatlar aparılmışdır. Yoluxucu xəstəliklərlə mübarizədə müsbət nəticə əldə edilmişdir. Dünya standartlarına cavab verən xəstəxanalar və diaqnostika mərkəzləri tikilərək əhalinin istifadəsinə verilmiş, müasir əczaçılıq sənayesinin yaradılmasına başlanmışdır. Səhiyyənin prioritet istiqamətlərindən biri olan ana və uşaqların sağlamlığının mühafizəsi sahəsində görülən işlər davam etdirilmiş,respubliamızda 30a yaxın Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması mərkəzi yaradılmışdır.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyona yaxın soydaşımızın problemlərinin həlli dövlətin diqqət mərkəzindədir. Bu sahədə mühüm qərarlar qəbul edilmiş, sosial məslələrin həllini təmin etmək məqsədilə Məcburi Köçkünlərin Sosial nkişaf Fondu yaradılmışdır. 2004cü ildə Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramı qəbul edildi. Dövlət Neft Fondundan ayrılan vəsaitin hesabına Azərbaycanda mövcud olan çadır düşərgələrinin hamısı ləğv edildi.
İqtisadiyyatın və əhalinin enerjiyə olan tələbatının tam və etibarlı şəkildə ödənilməsi əsas məqsədlərdən biri olmuşdur. Bunun üçün alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsinə, yanacaqenerji kompleksinin inkişafına dair dövlət proqramları həyata keçirilmişdir. Regionların elektrik enerjisinə və qaza olan tələbatını ödəmək məqsədilə Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasında, Astara, Şəki və Xaçmaz rayonlarında modul tipli elektrik stansiyaları istifadəyə verilmiş, paylayıcı elektrik stansiyaları yenidən qurulmuş və qaz xətləri çəkilmişdir. Bu gün ölkə əhalisinin 80 faizindən çoxu, o cümlədən bütün şəhərlər, habelə rayonlardakı bir çox yaşayış məntəqələri təbii qazla təchiz olunmuş, qəsəbə və kəndlərimizin gələcəkdə tamamilə qazlaşdırılmasını təmin etmək üçün intensiv işlər aparılmışdır.
Son illərdə qeyrineft sektorundakı inkişaf əsas vəzifələrin həyata keçməsi üçün münbit baza yaradır. Belə ki, cari ilin I yarısında sənaye istehsalı bütövlükdə 14 faiz artdığı halda, qeyrineft sektorunda artım 15,6 faiz təşkil etmişdir. Beş il ərzində ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 73 faizdən 84 faizədək yüksəlmişdir. Məncə, söylədiklərim fikrimi əyaniləşdirmək üçün kifayətdir. 15 oktyabr 2008ci ilədək həyata keçirilən işlər hər bir seçicinin həyatında önəmli rol oynamışdı. Təbii ki, qədirbilən xalqımız öz sözünü deməli idi.
Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət daha da möhkəmləndi. Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açdı. Birgə yaşadığımız bu illərdə qazanılmış nailiyyətlərin hamısı xalqın lham Əliyevin mübarizəsində məqsəd Azərbaycanı bütöv, daha müasir, ən zəngin ölkəyə, qüdrətli dövlətə çevirməkdir və onu bu yoldan heç bir qüvvə döndərə bilməz.
15 oktyabr 2008ci il seçkilərində Azərbaycan xalqı bütün dünyaya sübut edə bildi ki, o yalnız sosialiqtisadi inkişafın sürətinə görə lider dövlət deyildir, bu ölkədə siyasi mədəniyyətin səviyyəsi də örnək olacaq durumdadır: Seçki məntəqələrinin hazırlıq səviyyəsi, onun qanunauyğun tərtibatı arzuolunan idi. Seçicilərin fəallığı diqqəti çəkirdi. Insanlar bayram əhvalruhiyyəsində məntəqəyə üz tuturdu. Seçki məntəqəsi üzvlərinin, müxtəlif funksiya daşıyan digər şəxslərin qarşılıqlı ehtiramları, həssas münasibətləri insanın ruhuna dad verirdi... Mənim 57 yaşım var. Seçkilərdə heç zaman müşahidə etmədiyim bir hadisəyə diqqət yönəltmək istəyirəm. 20 saylı məntəqəyə (Şəki şəhəri üzrə 113 saylı dairəyə daxil olan) saat 18 radələrində toy adətlərimizə uyğun bəzədilmiş gəlin maşını yaxınlaşdı... Bəy öz yarımı ilə səsvermə otağına daxil oldu. Bəyaz geyimi və gözəlliyi ilə otağı nurlandıran Azərbaycan xanımı bülleten aldı və qanunun tələblərinə uyğun səs verdi. Ondan kimə səs verdiniz sualı ilə müraciət edən şəxsə Azərbaycanın gələcəyinə səs vermişəm söylədi və əlavə etdi: Yeni seçiləcək Prezidentə Azərbaycan naminə uğurlar diləyirəm. Öyrəndim ki, bu kamil şəxsin yaxınlarından, doğmalarından heç biri vəzifə sahibi deyildir, sadə Azərbaycan ailəsində (Şəki şəhəri, S. Rəhman: 25/9 ünvanında yaşayan) tərbiyə almışdır. Indi mən dünyanın Amerikasına, Avropasına üz tutaraq deyirəm: Cənablar, Siz də hər hansı liderinizin seçkisində belə bir hadisənin şahidi olmuşsunuzmu? Yəqin ki, yox! Onda, nə olar, Allah naminə düşünün, bizim barəmizdə düzgün danışın. Mən görmüşdüm ki, həyatında bircə dəfə bəyaz gəlin donu geyən (bütün qızlarımıza belə məqamlı yalnız bir gün arzulayıram) gənc kəbin sarayına, hansısa müqəddəs ocağa aparılar, sonra şadlıq sarayına gətirilər. 15 oktyabr 2008ci ildə isə təkrarsız gözəlliyin, dövlətə, dövlətçiliyə, qanunlarımıza, xalqın liderinə məhəbbətin, sayqının şahidi oldum. Bax, belə böyük xalqa yalnız lham Əliyev şəxsiyyətli oğul Prezident ola bilər. Sözünə düz oğul!..
...Mən prezidentin andiçmə mərasimində oldum. Beş il sonrakı Azərbaycan lham Əliyevin lakonik, sistemli, anlaşıqlı nitqi ilə gözlərim qarşısına gəldi...
İlham Əliyevin sözü ilə əməli adekvatdır. Prezidentimiz bu beş il ərzində, yəni 20052013cü il zaman kəsiyində uğurların davamlı olmasını qarşıya məqsəd kimi qoyur. Bu, hər kəs kimi məni də məmnun edir. O, andiçmə mərasimində bəyan etdi ki, dövlət gəlirlərindən əhalinin rifahi üçün səmərəli istifadə olunacaq, maliyyə sistemində şəffaflıq artacaq, ölkəmizin iqtisadi təhlükəsizliyi və makroiqtisadi sabitlik təmin olunacaqdır. 20092012ci illər üçün makroiqtisadi çərçivə hazırlanacaq və bununla bağlı çevik siyasət həyata keçiriləcəkdir. Yeni iş yerlərinin yaradılması sahəsində görülmüş tədbirlər davam etdiriləcək və bu sahədə başlıca məqsəd ölkəmizdə hər kəsin işlə təmin olunmasıdır. Yeni iş yerlərinin açılmasına yönəlmiş sahibkarlıq fəaliyyəti stimullaşdırılacaqdır. Təbii ki, gənclərin məşğulluğunun təmin olunması ön plana çəkiləcək, yeni neft strategiyası, təbii sərvətlər xalqın mənafeyinə xidmət edəcək, neft gəlirləri hər bir ailənin rifahını daha da yaxşılaşdıracaqdır. Əhalinin enerjiyə olan tələbatı təmin ediləcək, bütün rayon və kəndlərin qaz infrastrukturu yenidən qurulacaqdır. Qeyrineft sektorunun davamlı inkişafı diqqət mərkəzinə çəkiləcəkdir. Prezident bildirdi ki, Azərbaycan Respublikasının Dövlət nvestisiya Proqramı (20092012) həyata keçiriləcəkdir. Kənd təsərrüfatında islahatın səmərəliliyinin artırılması davam etdiriləcək, Azrbaycanın ərzaq təhlükəsizliyi təmin olunacaqdır.
Regionların sosialiqtisadi inkişafını müasir dövrün tələbləri səviyyəsinə qaldırmaq vəzifəsi qarşıya qoyulmuşdur. Azərbyacan Respublikası regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramı (20092013) həyata keçiriləcək, nəticədə paytaxtla regionların sosialiqtisadi inkişafı arasındakı fərqlər azaldılacaqdır. Təhsil, səhiyyə və mədəniyyət obyektlərinin müasirləşdirilməsi davam etdiriləcəkdir. Vətəndaşlarımızı layiqli həyat şəraiti ilə təmin etmək, yoxsulluğun aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi prezidentin vəzifə kimi formalaşdırdığı prioritetlərdən biri sayılır. Prezident vacib sayır ki, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı davam etdirilməlidir. Onun fikrincə, gənclərin sağlam və hərtərəfli inkişafı əsas məqsədlərdən biri olmalı, idmanın inkişafına diqqət artırılmalıdır. Informasiyakommunikasiya texnologiyalarının inkişafı 20082013cü illərdə də ölkəmizin müasirliyinin göstəricisi kimi qəbul olunacaq və modernləşmə xətti ardıcıl davam etdiriləcəkdir. Əhalinin sağlamlığına qayğı daha da artırılacaq, ehtiyacı olanların hamısına ixtisaslaşmış tibbi xidmət göstəriləcəkdir. Ölkəmizin demokratiya yolu ilə tərəqqisinin təmin olunması əsas vəzifələrdən biri kimi yaxın beşillikdə diqqət mərkəzində saxlanılacaq, bürokratik əngəllərə və korrupsiyaya qarşı mübarizə gücləndiriləcəkdir.
İdarəetmədə şəffaflıq təmin olunacaq, bələdiyyələrin fəaliyyətinə yardım göstəriləcəkdir. Balanslaşdırılmış xarici siyasət kursu davam etdiriləcək, Dağlıq Qarabağ probleminin həlli xarici siyasət xəttində prioritet istiqamət təşkil edəcək, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün bütün imkanlar səfərbər olunacaqdır. Sabitliyin qorunması və daha da möhkəmləndirilməsi işi davam etdiriləcəkdir. Vətəndaş həmrəyliyi və milli birlik ideyası prioritet istiqamət olacaqdır...
Bunları eşitmək nə qədər xoşdur. Bəli, bunları inandığım şəxsin dilindən eşitmək mənim üçün çox xoşdur. Varlığımla inanıram ki, andiçmə mərasimində Prezident lham Əliyevin nitqində özünə yer alan bu böyük işlər həyata keçəcəkdir.
Azərbaycan layiq olduğu günlərini yaşayacaqdır...
Mənim ixtiyar yaşımda övladlarımdan, nəvələrimdən nigarançılığım olmayacaqdır. Bəli, məhz belə olacaqdır... O, güclüdür sözünü əmələ çevirməyə qadirdir. Ona eli, milləti, xalqı boyda məhəbbət vardır. Altmış milyonluq millət ona uğur diləyir. Xalqı ona arxadır. Xalqa arxalanan müzəffər olar. Hamının onun qəlbində də yeri vardır. Bu vahidlik uğurlarımızın rəhni olacaqdır...
Allahın izni ilə belə də olacaqdır.


Firədun İbrahimov
Pedaqoji elmlər doktoru


20 2008



         
Email


email
email @
email !
,

Welcome to Sheki!

free counters