Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru

MURAD RUSTAM OGLU NABIBAYOV



MURAD RÜSTƏM OĞLU NƏBİBƏYOV
МУРАД РУСТАМ ОГЛЫ НАБИБЕКОВ

Şəki Bələdiyyəsi Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işisi.

=====================

 

1955-ci il iyunun 4-də  Şəkidə anadan olub. 1961-1969-cu illərdə Şəki şəhər Mirzə Ələkbər Sabir adına 5 saylı səkkizilllik və 1969-1971-ci illərdə Şəki şəhər Maksim Qorki adına 10 saylı məktəbdə orta təhsil almışdır. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Şəki 55 saylı Tikinti-Quraşdırma İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə Ç.İldırım ad. Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) metallurgiya fakültəsinə daxil olmuşdur. 1976-cı ildə institutun rəhbərliyi onu babası polkovnik Hüseyn bəy Qasım bəy oğlu Nəbibəyovun 1930-cu ildə repressiya olunduğuna görə ali məktəbdən xaric etmişdir. 1976-1978-ci illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçdikdən sonra yenidən oxuduğu təhsil müəssisəsinə bərpa edilmiş və 1982-ci ildə oranı bitimişdir.

 

1982-ci ildə ali məktəbi bitirdikdən sonra sonra "Bakı məişət kondisioneri" Elm İstehsalat Birliyinin Bakı Elektrik Ştampları təcrübə zavodunda gənc mütəxəssis kimi mühəndis-texnoloq vəzifəsinə işə qəbul edilmişdir. 1992-ci ilədək həmin zavodda mühəndis-texnoloq, usta, baş usta, sahə və sex rəisi vəzifələrində, eyni zamanda 1988-ci ildə zavodun nəzdində təşkil edilmiş İstehsalat-kommersiya kooperativinin sədri vəzifəsində işləmişdir. 1992-ci ildə kooperativ müstəqillik statusu aldıqdan sonra isə 1997-ci ilədək həmin kooperativin sədri olmuşdur.


1997-ci ildən 2005-ci ilədək "Kriminal" qəzetində baş redaktorun müavini, ""Zaman-Azərbaycan"" və ""Ədalət" qəzetlərində Sosial həyat və iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Eyni zamanda müxtəlif qəzetlərlə ("Mərkəz", "Qol", "Axşam", "Son söz" və s.) əməkdaşlıq etmişdir.


2005-ci ilin mart ayından Şəki Bələdiyyəsində Matbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ""Şəki Bələdiyyəsi" qəzeti" qəzetinin baş redaktoru və 2008-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifələrində işləyir.

 

Bakı Elektrik Ştampları təcrübə zavodunda işlədiyi dövrdə buraxılan məhsulun maya dəyərinin aşağı salınmasına və fəhlə əməyinin yüngülləşdirilməsinə birbaşa təsir göstərən yüzədək səmərələşdirici təklifi istehsalatda tətbiq edilmiş, iki dəfə "Azərbaycanın ən yaxşı gənc səmərələşdiricisi" adına layiq görülmüşdür. Şəkidə işlədiyi müddətdə isə Şəkinin ictimai-siyasi həyatında fəal iştirakına görə 2008-ci ildə "İlin qalibi" mükafatına layiq görülmüşdür.

 

2014-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

İki övladı və bir nəvəsi var. Övladlarının ikisi də ali təhsilli mütəxəssisdir.

 

M.R.Nəbibəyovun müəllifi olduğu www.sheki.io.ua internet səhifəsi DÜNYA TARİXİ ŞƏHƏRLƏR LİQASInın rəsmi internet saytinda  Qədim Şəkini təmsil edir. 

 

WEB səhifələri:

 

http://azerbaijan.io.ua/ - Города Азербайджана

http://sheki.io.ua/ - Сайт города Шеки

http://nmr.io.ua/ - Шеки - Набибековы

http://rem.sheki.ws/ - AMEA Şəki Regional Elmi Mərkəzi

http://rem.sheki.org/ - AMEA Şəki Regional Elmi Mərkəzi

http://shrem.io.ua/ - Шекинский Региональный Научный Центр

http://belediyye.sheki.ws/ - Şəki bələdiyyəsi

http://belediyye.sheki.org/ - Şəki bələdiyyəsi

http://sheki-municipality.narod.ru/ - Муниципалитет города Шеки

http://issuu.com/shekibelediyyesi - Газета "Шекинский муниципалитет" (в PDF)



Обновлен 04 мая 2016. Создан 13 июн 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters