 F.N.CAFAROV F.N.CAFAROV
 A.R.XALILOV A.R.XALILOV
 A.L.AXUNDOV A.L.AXUNDOV |
..........SHEKI BELEDIYYESI SEDRININ MUAVINLERI (2004-2009)F.N.CAFAROV,A.R.XALILOV,A.L.AXUNDOV
FİKRƏT NEYMƏT OĞLU CƏFƏROV
Şəki Bələdiyyəsi sədrinin 1-ci müavini
......F.N.Cəfərov 1956-cı ildə Şəki şəhərində anadan olmuşdur.
......1973-cü ildə Şəki şəhər 11 saylı orta məktəbi bitirdikdən sonra 5 saylı Səyyar Mexanikləşdirilmiş Dəstədə əmək fəaliyyətinə başlamışdır. 1975-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və həmin institutu 1979-cu ildə müvəffəqiyyətlə bitirdikdən sonra Şəki Tədarük kontorunda mühasib vəzifəsinə işə qəbul edilmişdir.
......1979-1980-ci illərdə Sovet Ordusu sıralarinda hərbi xidmətdə olmuş F.N.Cəfərov əsgərlikdən qayıtdıqdan sonra Azərbaycan Respublikasının Topdan Pərakəndə Mebel Satışı Firmasının Şəkidə yerləşən 35 saylı mebel mağazasının müdiri vəzifəsinə tayin olunmuşdur. 1985-1987-ci illərdə o, Şəki Rayon İstehlak Cəmiyyətində ticarət üzrə sədr müavini, 1987-1989-cu illərdə Şəki Tədarük Kontorunun direktoru, 1989-1999-cu illərdə Şəki Qarışıq Mallar Ticarət İdarəsinin baş direktoru vəzifələrində çalışmış, 1999-2004-cü illərdə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2004-cü ilin dekabrında Şəki Bələdiyyəsinə üzv secilən F.N.Cəfərov, 2005-ci ilin yanvar ayindan bələdiyyə sədrinin birinci müavinidir.
......F.N.Cəfərov 1990-1995-ci illərdə Şəki Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
......Yeni Azərbaycan Partiyasının üzvüdür.
......Ailəlidir. Dörd övladi var.
AYDIN RƏMZİ OĞLU XƏLİLOV
Şəki Bələdiyyəsi sədrinin müavini
......A.R.Xəlilov 1955-ci ildə Şəki şəhərində anadan olmuşdur.
......1972-ci ildə Şəki şəhər Maksim Qorki adına 10 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialina daxil olmuş və 1980-ci ildə həmin institutu bitirib mühəndis-elektrik ixtisasına yiyələnmişdir. A.R.Xəlilov ali təhsil aldığı müddətdə - 1975-1977-ci illərdə həm də Sovet Ordusu sıralarinda hərbi xidmətdə olmuşdur. Həmçinin o, 1981-1983-cü illərdə Marksizm-Leninizm Universitetinin Sumqayit filialını bitirmişdir.
......A.R.Xəlilov əmək fəaliyyətinə 1969-cu ildə Şəki Barama Toxumu Zavodunda mövsümi fəhlə kimi başlamışdır. 1973-cü ildən 1983-cü ilədək Sumqayıt Sintetik Kauçuk Zavodunda müxtəlif peşələrdə çalışdıqdan sonra Şəkiyə qayıdan A.R.Xəlilov 1985-ci ilədək Rayon Aqrar Sənaye Birliyində böyük elektrik mühəndisi, 1985-1988-ci illərdə Şəki Şəhər Xalq Nəzarəti Komitəsində inspektor, 1988-1991-ci illərdə Şəhər Partiya Komitəsində təlimatçı, 1991-1996-cı illərdə İşıqlanma İdarəsində direktor, 1996-2000-ci illərdə Şəki Şəhər İcra Hakimiyyətində şöbə müdiri, 2000-2001-ci illərdə Əmlak Nazirliyinin Şəki şəhər şöbəsinin rəisi, 2001-2002-ci illərdə "Şəki-Bazar" ASC-nin idarə heyətinin sadr müavini, 2002-2004-cü illərdə Şəki Olimpiya-İdman Kompleksinin icraçı direktoru, 2004-2005-ci illərdə Şəki Şəhər İcra Hakimiyyətində ümumi şöbənin müdiri vəzifələrində çalışmışdır. 2004-cü ilin dekabrında Şəki Bələdiyyəsinə üzv secilən A.R.Xəlilov, 2005-ci ilin yanvar ayindan bələdiyyə sədrinin müavinidir.
......Ailəlidir. Üç övladi var.
ABDULƏLİ LÜTVƏLİ OĞLU AXUNDOV
Şəki Bələdiyyəsi sədrinin müavini
 |
Комментарии |
|
|