AZERBAYCAN EDLIYYESININ 90 ILLIK YUBILEYI

YUBILEY SHEKIDE GENISH QEYD EDILMISHDIR. 21 noyabr 2008



ŞƏKİDƏ AZƏRBAYCAN ƏDLİYYƏSİNİN 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

......Noyabrın 21-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında Azərbaycan Ədliyyəsinin 90 illik yubileyi ilə əlaqədar bayram tədbiri keçirilmişdir.
......Şəhər rəhbərliyi, ədliyyə işçiləri, hakimlər əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
......Tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov açaraq, Azərbaycan Prezidentinin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə artıq 9-cu ildir ki, noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunduğunu bildirmiş, ədliyyə işçilərini əlamətdar gün münasibətilə təbrik etmişdir.
......Yığıncaqda Şəki Regional Ədliyyə Şöbəsinin rəisi vəzifəsini icra edən Rəhman Məmmədovun Azərbaycan Ədliyyəsinin yaranmasının 90 illiyinə həsr olunmuş geniş məruzəsi dinlənilmişdir. Məruzədə ədliyyə orqanlarının 90 ildə keçdiyi çətin və şərəfli yola bir daha geniş nəzər salınmış, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatları barədə məlumat verilmişdir. Məruzədə xüsusi vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin və onun sisyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə həyata keçirdikləri ardıcıl tədbirlərin, imzaladıqları fərman və sərəncamların nəticəsi olaraq ölkəmizdə prinsipcə yeni hüquq sistemi yaradılmış, üçpilləli müstəqil məhkəmə sistemi bərqərar olmuş, ədliyyə orqanlarının fəaliyyəti müasir tələblərə uyğunlaşdırılmış, onların səlahiyyətləri genişləndirilmişdir.
......Yubiley tədbirində Şəki Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov, Şəki şəhər prokuroru Rahib Seyidov və digər natiqlər çıxış edərək, dövlətimizin başçısı tərəfindən ədliyyə və məhkəmə fəaliyyətinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirmiş, əlamətdar bayram münasibətilə bütün ədliyyə işçilərini təbrik etmişlər.
......Tədbirin sonunda xidmətdə fərqlənmiş ədliyyə orqanları əməkdaşlarının bir qrupuna mükafatlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.


Şəki Şəhər İcra Hakimiyyəti


Создан 24 ноя 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters