CAFARABADA QAZ VERILDI

ŞƏKİNİN CƏFƏRABAD KƏNDİNƏ TƏBİİ QAZIN VERİLMƏSİ BƏRPA OLUNMUŞDUR.21.noyabr 2008



ŞƏKİNİN CƏFƏRABAD KƏNDİNƏ TƏBİİ QAZIN VERİLMƏSİ BƏRPA OLUNMUŞDUR

......14 illik fasilədən sonra Şəki rayonunun Cəfərabad kəndinə təbii qazın verilməsi bərpa edilmişdir.
......Bu münasibətlə ictimaiyyət nümayəndələri və kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov əhalinin kommunal xidmətlərlə, xüsusilə, təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmiş, bu sahədə rayonda görülən işlər və gələcək planlar barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 2008-ci ildə rayonun daha iki kəndinə qaz verilməşi bərpa olunmuşdur. İlin sonunadək Köbər Zəyzid və Qırxbulaq kəndlərinin də qazlaşdırılması başa çatdırılacaqdır. Ümumiyyətlə, 2009-2014-cü illər ərzində rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulur.
......Kənd sakinləri çıxış edərək əhalinin sosial problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığına görə, dövlət başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
......Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmışdır. Xatırladaq ki, kənd bələdiyyəsinin maliyyə köməyi ilə köhnə qaz xəttinin 2 min metrlik hissəsi əsaslı təmir olunmuşdur. Beləliklə, abonentlərin sayı artırılaraq 360-a çatdırılmışdır. 50 abonent üçün sayğac quraşdırılmışdır.
......Mənzillərin qazlaşdırılması davam etdirilir.


Создан 24 ноя 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters