BƏSTƏKARLAR İTTİFAQININ BÖLGƏ TƏŞKİLATI

ŞƏKİDƏ BƏSTƏKARLAR İTTİFAQININ BÖLGƏ TƏŞKİLATI YARADILMIŞDIR.22 noyabr 2008



ŞƏKİDƏ BƏSTƏKARLAR İTTİFAQININ BÖLGƏ TƏŞKİLATI YARADILMIŞDIR

......Noyabrın 22-də Şəki şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçirilmişdir. Plenumun gündəliyinə bir məsələ - Azərbaycan Bəstəkarlar İttifaqı Şəki təşkilatının yaranması ilə bağlı məsələ daxil edilmişdir.
......Şəki Uşaq İncəsənət Məktəbində keçirilən tədbiri şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq, Azərbaycan incəsənəti və mədəniyyəti tarixində özünəməxsus yeri və rolu olan qədim Şəkidə Bəstəkarlar İttifaqının bölgə təşkilatının yaradılmasının heç də təsadüfi olmadığını bildirmiş, bu qədim sənət məbədgahının musiqi mədəniyyətimizə görkəmli bəstəkarlar, musiqiçilər bəxş etdiyini xüsusi vurğulamışdır. Təşkilatın yaradılmasının Şəkinin musiqi həyatında çox əlamətdar hadisə olduğunu qeyd edən Z.Cavadova, qurumun yaradılmasına göstərdiyi köməyə görə Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirmişdir.
......Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov çıxış edərək Şəkinin musiqi mədəniyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, hazırda Şəkidə bir uşaq incəsənət və 4 uşaq musiqi məktəbi fəaliyyət göstərir. 660 müəllimin çalışdığı bu məktəblərdə 2200 nəfərə yaxın şagird təhsil alır. Bundan əlavə, şəhərdə musiqi texnikumu da fəaliyyət göstərir. Plenumda Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, respublikanın xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək, Şəkinin musiqi mədəniyyətinin özünəməxsus üslubu və ifaçılıq ənənələri ilə seçildiyini bildirmiş, Azərbaycan bəstəkarlıq məktəbinin bir sıra görkəmli nümayəndələrinin - Cövdət Hacıyevin, Şəfiqə Axundovanın, Emin Sabitoğlunun, Cavanşir Quliyevin, xanəndə Ələsgər Abdullayevin və bir çox tanınmış musiqi xadiminin məhz Şəki torpağının yetirmələri olduğunu qeyd etmişdir. Şəki bölgə təşkilatının Naxçıvan, Gəncə, Qarabağ və Lənkəran təşkilatlarından sonra sayca beşinci təşkilat olduğunu nəzərə çatdıran F.Əlizadə, yeni yaranmış təşkilata Şəki Musiqi Texnikumunun direktor müavini vəzifəsində çalışan Fazil Əliyevin sədr təyin edildiyini bildirmişdir. Plenumda Azərbaycan Bəstəkarlar İttifaqının katibləri - sənətşünaslıq doktoru Ramiz Zöhrabov, Eldar Mansurov və başqaları çıxış edərək, bölgə təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışlar.
......Tədbirin sonunda yerli musiqiçilərin və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
......Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov iştirak etmişdir.


Создан 24 ноя 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters