ƏDLİYYƏ NAZİRLİYİNİN RƏSMİ EMBLEMİ

(AzərTAc) 21 noyabr 2008



AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN RƏSMİ EMBLEMİNİN TƏSVİRİ

Azərbaycan Respublikası Prezidentinin
2008-ci il «21»noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

.....Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi qızılı çalarlı olmaqla, dairəvi şərq
qalxanının təsvirindən ibarətdir. Qalxan aşağı hissəsindən hər iki kənarı boyunca mərkəzədək
mətinlik və dözümlülük rəmzi olan çarpazlaşdırılmış palıd budaqları ilə haşiyələnmişdir. Qalxanın
yuxarı hissəsində iti ucları yuxarı yönəldilmiş aypara və daxilində səkkizguşəli ulduz yerləşdiril-
mişdir.
.....Qalxanın üzərində, mərkəzdə qanunları təcəssüm etdirən kitab açıq şəkildə təsvir edilmişdir.
Kitabın üzərində, vərəqlərinin birləşdiyi hissədən keçən, düz xətt boyunca şaquli yerləşdirilmiş
tiyəsi aşağı baxan qılıncın dəstəyinə ədalət və tarazlıq rəmzi olan tərəzi bərkidilmişdir.
.....Qılıncın uzunluq və kitabın en ölçüləri qalxanın diametrinin 3/5 hissəsini, tərəzinin eni üzrə
ən uzaq nöqtələr arasında məsafə isə qalxanın diametrinin 3/4 hissəsini təşkil edir.
.....Qalxanın dövrəsinin palıd budaqları ilə örtülməyən, qabartma üsulu ilə haşiyələnmiş yuxarı,
görünən ətrafı üzərinə altı düymə bərkidilmişdir.
.....Emblemin palıd budaqlarının çarpazlandığı aşağı hissəsində qabartma üsulu ilə təsvir olun-
muş dalğavari lentin üzərində «ƏDLİYYƏ» sözü həkk edilmişdir.
.....Palıd budaqlarının qalxanın arxasına keçən uc hissəsi isə budaqların uzunluğunun 1/3 his-
səsini təşkil edir.
.....Emblemin bütün elementləri qabartma üsulu ilə həkk edilmişdir (şəkil əlavə olunur).


Создан 02 дек 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters