“UŞAQLARIN İNTERNETDƏ TƏHLÜKƏSİZLİYİ”

(AzərTAc)25 Noyabr, 2008



“UŞAQLARIN İNTERNETDƏ TƏHLÜKƏSİZLİYİ” LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR

AzərTAc xəbər verir ki, noyabrın 25-də Park İNN-Azərbaycan mehmanxanasında “Uşaqların internetdə təhlükəsizliyi” pilot layihəsinin təqdimatı keçirilmişdir.

Layihəni “Microsoft-Azərbaycan” şirkəti, Təhsil Nazirliyi və Azərbaycan İnternet Forumu birlikdə həyata keçirir.

“Microsoft-Azərbaycan” şirkətinin baş direktoru Teymur Axundov bildirmişdir ki, layihənin məqsədi ictimaiyyətin diqqətini uşaqların zərərli informasiya təsirindən qorunması üçün onların internetdən təhlükəsiz istifadəsi probleminə yönəltməkdən ibarətdir. T.Axundov qeyd etmişdir ki, internet istənilən məlumatları ani şəkildə əldə etməyə imkan verir. Amma nəzərə alınmalıdır ki, həmin məlumatlar uşaqlar üçün həm faydalı, həm də çox zərərli ola bilər. Ona görə də uşaqlar qlobal şəkildə mövcud olan təcavüzkar xarakterli məlumatlardan qorunmalıdır.

Azərbaycanın təhsil sahəsində reallaşdırılan layihə “Microsoft” şirkətinin bütün dünyada həyata keçirdiyi “Child Safety Online” qlobal proqramının tərkib hissəsidir.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İradə Hüseynova, nazirliyin təhsilin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, İnternet Forumun direktoru Osman Gündüz və başqaları Azərbaycanda son illər informasiya kommunikasiya vasitələrinin təhsil müəssisələrində tətbiqinin geniş vüsət aldığını bildirmişlər. Belə bir şəraitdə uşaqların internetdən təhlükəsiz istifadəsinin daha aktual xarakter aldığı və buna görə də layihənin xüsusən əhəmiyyətli olduğu qeyd edilmiş, onun təhsil ocaqlarında həyata keçirilməsinə böyük ehtiyac duyulduğu vurğulanmışdır.

Tədbirdə uşaqların internetdə təhlükəsiz fəaliyyəti və onların zərərli informasiyalardan qorunması ilə bağlı faydalı məlumatları, habelə bu məqsədlə atılacaq zəruri olan addımları əks etdirən vəsait də təqdim olunmuşdur.


Создан 02 дек 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters