UŞAQLARIN HÜQUQLARINI NECƏ QORUMALI

(AzərTAc), 25 Noyabr, 2008



UŞAQLARIN HÜQUQLARINI NECƏ QORUMALI

AzərTAc xəbər verir ki, noyabrın 25-də “Xəzər – gələcək naminə tərəfdaşlıq beynəlxalq hərəkatı” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Yardım Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Mənim hüquqlarımın dünyası” layihəsinin hesabat konfransı keçirilmişdir.

İctimai birliyin rəhbəri Rüstəm Məmmədov təşkilatın işi barədə qısa məlumat verərək bildirmişdir ki, qurum Xəzər problemləri ilə yanaşı, insan hüquqları məsələləri ilə də məşğuldur. O, son məqsədi cəmiyyətin modelini təkmilləşdirməkdən ibarət olan layihə barədə ətraflı məlumat verərək, bu prosesin məktəblərdən başlanmasının zəruri olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, layihə ATƏT ilə birlikdə üç ilə yaxın müddətdə respublikanın 18 rayonunda həyata keçirilmişdir.

Orta ümumtəhsil məktəblərinin proqramında insan hüquqları üzrə ayrıca fənn nəzərdə tutulmadığından, bu layihə internat məktəblərində “Maariflənmə məktəbdən başlanmalıdır” devizi altında həyata keçirilməyə başlanmışdır. Layihə çərçivəsində Bakı, Sumqayıt, Şəki və Lənkəran şəhərlərində olan internat məktəblərində üçgünlük treninqlər keçirilmişdir. Treninqlər interaktiv formada – psixoloji və intellektual oyunlar şəklində keçirilmişdir. Uşaqlara lazımi materiallar paylanmışdır. “Uşaq hüquqları” adlı kitabça uşaqların xüsusi marağına səbəb olmuşdur. Gələcəkdə də bu cür layihələr keçirilməsinə dair tövsiyələr hazırlanması qərara alınmışdır.


Создан 02 дек 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters