QİÇS-LƏ MÜBARİZƏ.

ŞƏKİDƏ QİÇS-LƏ MÜBARİZƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR. 01 dekabr 2008.



ŞƏKİDƏ QİÇS-LƏ MÜBARİZƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Şəki rayon mədəniyyət evində şəhər gənclər və idman idarəsi, polis şöbəsi və rayonlararası narkoloji dispanserin birgə təşkilatçılığı ilə 1 dekabr- Qazanılmış İmmun çatışmazlığı sindromu (QİÇS) ilə mübarizə gününə həsr olunmuş “Gənclər QİÇS-ə yox deyirlər!” mövzusunda tədbir keçirilmişdir.

Şəkidə fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri tələbələrinin, ümumtəhsil məktəbləri yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərov gənclər arasında sağlam həyat tərzinin təbliğində belə tədbirlərin mühüm əhəmiyyətini qeyd etmişdir. O, bəşəriyyət üçün çox ciddi problemə çevrilmiş QİÇS-ə, habelə narkomanlığın yayılmasına qarşı mübarizədə əlaqədar qurumların səylərinin birləşdirilməsinin vacibliyini söyləmişdir.

Tədbirdə Şəki rayonlararası narkoloji dispanserin həkimi Fərzalı Qasımovun respublikamızda QİÇS-lə mübarizə sahəsində görülmüş işlər barədə məruzəsi dinlənilmişdir.

Məruzə ətrafında çıxışlarda ictimaiyyətin diqqətinin bu vacib problemin həllinə yönəldilməsinin əhəmiyyəti qeyd edilmiş, valideyn və müəllimlərin, gənclər təşkilatlarının, habelə əmək kollektivlərinin üzərinə düşən vəzifələrə toxunulmuşdur.

Tədbirin sonunda gəncləri maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.


Şəki Şəhər İcra Hakimiyyəti


Создан 03 дек 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters