Şəki bələdiyyəsinin üzvləri

2009-2014




CƏFƏROV FİKRƏT NEYMƏT OĞLU 

Şəki bələdiyyəsinin sədri

    F.N.Cəfərov 1956-cı ildə Şəki şəhərində anadan olmuşdur.
    1973-cü ildə Şəki şəhər 11 saylı orta məktəbi bitirdikdən sonra 5 saylı Səyyar Mexanikləşdirilmiş Dəstədə əmək fəaliyyətinə başlamışdır. 1975-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və həmin institutu 1979-cu ildə müvəffəqiyyətlə bitirdikdən sonra Şəki Tədarük kontorunda mühasib vəzifəsinə işə qəbul edilmişdir.
    1979-1980-ci illərdə Sovet Ordusu sıralarinda hərbi xidmətdə olmuş, əsgərlikdən qayıtdıqdan sonra Azərbaycan Respublikasının Topdan Pərakəndə Mebel Satışı Firmasının Şəkidə yerləşən 35 saylı mebel mağazasının müdiri vəzifəsinə tayin olunmuşdur. 1985-1987-ci illərdə o, Şəki Rayon İstehlak Cəmiyyətində ticarət üzrə sədr müavini, 1987-1989-cu illərdə Şəki Tədarük Kontorunun direktoru, 1989-1999-cu illərdə Şəki Qarışıq Mallar Ticarət İdarəsinin baş direktoru vəzifələrində çalışmış, 1999-2004-cü illərdə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2004-cü ilin dekabrında Şəki Bələdiyyəsinə üzv secilən F.N.Cəfərov, 2005-ci ilin yanvar ayından 2010-cu ilin yanvar ayınadək bələdiyyə sədrinin birinci müavini olmuş, 2010-cu ilin yanvar ayından isə bələdiyyənin sədridir.
    F.N.Cəfərov 1990-1995-ci illərdə Şəki Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
    Yeni Azərbaycan Partiyasının üzvüdür.
    Ailəlidir. Dörd övladi var. 


SALAMOVA GÜLNAZ MUSTAFA QIZİ 

Şəki bələdiyyəsi sədrinin birinci müavini

    G.M.Salamova 1954-cü ildə Şəki şəhərində anadan olmuşdur.
    1971-ci ildə Şəki şəhər Maksim Qorki adına 10 saylı orta məktəbi, 1976-cı ildə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutunu bitirdikdən sonra Şəki şəhər 9 saylı orta məktəbdə ingilis dili müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1981-ci ildə Şəki Şəhər Komsomol Komitəsində təlimatçı, 1982-ci ildən 2005-ci ilin yanvar ayınadək Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri vəzifəsində çalışmışdır. Qabaqcıl maarif xadimidir.
    G.M.Salamova iki çağırış - 1980-1982 və 1990-1995-ci illərdə - Şəki Şəhər Sovetinə deputat seçilmiş, 2001-ci ilin may ayindan 2008-ci ilədək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər konqresində Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
    Azərbaycanda yerli özünüidarəetmə orqanları yarandıqdan sonra – 1999, 2004 və 2009-cu illərdə Şəki bələdiyyəsinə üzv seçilmişdir. 2005-ci ilin yanvar ayından 2010-cu ilin yanvar ayınadək bələdiyyənin sədri olmuş, 2010-cu ilin yanvar ayından isə bələdiyyə sədrinin birinci müavinidir.
    Gülnaz xanım Salamova həm də "Sevil" Qadınlar Məclisinin Şəki təşkilatının sədridir. O, həmçinin Müstəqil Azərbaycan Qadınlarınin 1-ci və 2-ci qurultaylarinin nümayəndəsi olmuşdur.
İngilis, rus və türk dillərində sərbəst danişır.
    30 noyabr 2006-cı il tarixdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təsis yığıncağında G.M.Salamova assosiasiyanın İdarə Heyətinin üzvü seçilmişdir. 

AXUNDOV ABDULƏLİ LÜTVƏLİ OĞLU 
Şəki bələdiyyəsi sədrinin müavini

    A.L.Axundov 10 fevral 1950-ci ildə Qax rayonu, Qax-Muрal kəndində anadan olmuşdur. 
    1967-ci ildə orta təhsilini başa vurduqdan sonra 1970-ci ildə Bakı Yeyinti Sənayesi Texnikumuna daxil olmub 1973-cü ildə oranı bitirib texnik-texnoloq ixtisası qazanmışdır. 1974-80-ci illərdə isə Ümumittifaq Qiyabi Yeyinti Sənayesi İnstitutunda təhsilini davam etdirmiş və mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 
    1969-1970-ci illərdə Bakı 1 saylı şərab zavodunda fəhlə, 1974-75-ci illərdə Şəki Uşaq-Gənclər İdman Məktəbində məşqçi, 1976-79-cu illərdə Şəki üzümçülük sovxozunda texnoloq, 1980-81-ci illərdə Şəki kooperativ ticarətində hesabdar-xəzinədar, 1981-84-cü illərdə Şəki Şərabçılr Aqrar Sənaye İstehsalat Birliyində baş mühəndis, 1984-86-cı illərdə “Daşbulaq” Üzümçülük Sovxozunda sazlayıcı və istehsalat müdiri, 1988-91-ci illərdə Şəki RİC-də plan şöbəsinin rəisi, mühasib, 1991-94-cü illərdə Şəki “Aqrokoop” birliyində sex rəisi, 1994-96-cı illərdə “Rəvan” kiçik müəssisəsində istehsalat müdiri, 1999-2000-ci illərdə “Arzu” istehsalat müəssisəsində sex rəisi vəzifələrində işləmişdir. 2000-ci ildən Şəki “Ləl” firmasının direktorudur. 
    2004 və 2009-cü illərdə bələdiyyə üzvü seçilmiş və 2010-cu ildən bələdiyyə sədrinin müavinidir. 
    Ailəlidir, üç övladı var. 

MƏMMƏDOV NAZİM TACƏDDİN OĞLU 
Şəki bələdiyyəsi sədrinin müavini

    N.T.Məmmədov 1950-ci ildə Şəki şəhərində anadan olmuşdur. 
    1967-ci ildə Şəki şəhəri 12 saylı orta məktəbi bitirdikdən sonra 1968-ci ildə Gəncə şəhərində C.Ağamalıoğlu adına Kənd Təsərrüfatı instituna daxil olmuş və oranı 1973-cü ildə bitirmişdir. 
    1974-79-cü illərdə 10 nömrəli Yol Tikinti İdarəsində mühəndis, 1979-86-cı illərdə 11 nömrəli İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstədə böyük mühəndis, 1986-2000-ci illərdə Təsərrüfatlararası energetika və elektrikləşdirmə üzrə istismar müəssisədində sədr və 2000-2004-cü illərdə Şəki bələdiyyəsində Torpaq üzrə mütəxəssis vəzifələrində işləmişdir. 
    2004 və 2009-cü illərdə bələdiyyə üzvü seçilmiş və 2010-cu ildən bələdiyyə sədrinin müavinidir. 
    Ailəlidir, 1 övladı var. 
MUSAYEV RƏFAEL MƏCİD OĞLU
Bələdiyyə üzvü 

    R.M.Musayev 16 Yanvar 1951-ci ildə Şəki şəhərində anadan olmuşdur. 
    1967-ci ildə Şəki Şəhər 10 saylı orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstituna daxil olmuş və 1972-ci ildə oranı bitirib iqtisadçı ixtisasına yiyələnmişdir. 
    1972-ci ildən 1973-cü ilə qədər Hərbi Xidmətdə olmuşdur. 
    1974-81-ci illərdə Şəki İpək İstehsalat Birliyində, 1981-95-ci illərdə Şəki Təsərrüfatlararası Tikinti idarəsində, 1995-99-cu illərdə Şəki Şəhər İcra Aparatında, 1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə çalışmıdır. 
    2007-ci ildən YAP Şəki Təşkilatının aparat rəhbəri vəzifəsində işləyir. 
    Ailəlidir, 2 övladı var. 

ABDULHƏMİDOV ARZU ƏHMƏD OĞLU 
Bələdiyyə üzvü
    A.Ə.Abdulhəmidov 14 avqust 1956-cə ildə Gəncə şəhərində anadan olmuşdur. 
    1973-cü ildə Şəki şəhər 11 nömrəli orta məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı İnstituna daxil olmuş və 1979-cu ildə oranı bitirib mühəndis mexanik ixtisasına yiyələnmişdir. 
    1979-cu ildə Şəki 2717 saylı avtodəstəyə 3-cü dərəcəli çilingər qəbul edilmişəm, 2012-ci ilə qədər həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmışam. 
    1999, 2004 və 2009-cü illərdə bələdiyyə üzvü seçilmişdir. 
    Ailəlidir, 2 övladı var. 


İSMAYILLI CAVAD MƏMMƏD OĞLU
Bələdiyyə üzvü

    C.M.İsmayıllı 1956-cı ildə Şəki şəhərində anadan olmuşdur. 
    1970-ci ildə Şəki şəhər 1 saylı orta məktəbin 8-ci sinifini bitirib, Şəki Pedaqoji Texnikumunun Əmək və rəsmxət şöbəsinə daxil olmuş, 1974-cü ildə oranı qurtarmışdır. 1975-77-ci illərdə hərbi xidmətdə olmuşdur. 1977-80-ci illərdə Şəki şəhər 14 saylı orta məktəbdə müəllim işləmişdir. 
    1980-85-cı illərdə Rusiya Federasiyasının Xabarovski şəhərində Enorqomoş Zavodunda sınaqçı mühəndis vəzifəsində işləmişdir. 1985-ci ildə Azərbaycana qayıtmış və o vaxtdan Şəki 9 saylı beynəlmilər işləyir. 
    2006-cı ildən Azərbaycan Respublikası Ümid partiyasının Şəki rayon təşkilatının sədridir. 
    Ailəlidir, 1 övladı var.
MUSTAFAYEV QOŞQAR ASİM OĞLU 
Bələdiyyə üzvü

    Q.A.mustafayev 1987-ci ildə Şəki şəhərində anadan olmuşdur. 
    2004-cü ildə Şəki şəhər 20 saylı orta məktəbin XI sinfini bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının “Tarix” fakültəsinə daxil olmuş və 2008-ci ildə ali təhsilini başa vurmuşdur. 2009-cu ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Kompyuter mərkəzində kompyuter mütəxəssisi vəzifəsində işləyir. 
    2009-cü ildə bələdiyyə üzvü seçilmişdir. 
    Ailəlidir, 1 övladı var. 


XASMƏMMƏDOV VÜSAL NATİQ OĞLU 
Bələdiyyə üzvü

    V.N.Xasməmmədov 1988-ci ildə Şəki şəhərində anadan olmuşdur. 
    2005-ci ildə Şəki şəhər 11 saylı orta məktəbini bitirdikdən Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş və 2009-cu ildə həmin universiteti bitirmişdir. 
    2009-cu ildə "MNZ" MMC-nin icraçı direktoru kimi əmək fəaliyyətinə başlamışdır. 2009-cu ilin oktyabr ayından "Küngüt" Kİ MMC- nin idarə heyətinin sədridir. 
    2009-cu ildə bələdiyyə üzvü seçilmişdir. 
    Ailəlidir, 2 övladı var. 

HÜMMƏTOVA ELNARƏ ƏLİHEYDƏR QIZI
Bələdiyyə üzvü 

    E.Ə.Hümmətova 14 may 1984-cü ildə Şəki şəhərində anadan olmuşdur. 
    1990-99-cu illərdə Şəki Şəhər 7 saylı orta məktəbində oxumuş, 1999-cu ildə Şəki Musiqi Kollecinə qəbul olub 2003-cü ildə həmin Kolleci fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına 
    2008-ci ildən YAP-ın üzvüdür. 


BAĞIROV ƏBÜLFƏZ ƏNVƏR OĞLU
Bələdiyyə üzvü 

    Ə.Ə.Bağırov 17 sentyabr 1955-ci ildə Şəki şəhərində anadan olmuşdur. 
    1973-cü ildə orta orta məktəbi bitirdikdən və 1 il istehsalatda işlədikdən sonra 1974-76-cı illərdə hərbi xidmətdə olmuşdur. Əsgərlikdən sonra Bakı Ticarət Məktəbində kurs təhsili alıb, müxtəlif vaxtlarda ictimai iaşə işçisi, Cəfərəbad istehsal cəmiyyətində mağaza müdiri, Şəki 17 saylı STK-da əvvəl mexanik, sonra isə qaraj müdiri vəzifələrində çalışmışdır. 
    Azərbaycan Milli İstiqlal Partiyasının Şəki Təşkilatının sədridir. 
    2004 və 2009-cu illərdə bələdiyyə üzvü seçilmişdir. 
    Ailəlidir, 3 övladı var. 






Обновлен 05 мар 2014. Создан 22 янв 2014



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters