ŞƏKİ HAQQINDA MƏLUMAT




 

Şəki rayonu haqqında Ümumi məlumat


Şəki Azərbaycanın şimal-qərb coğrafi zonasına, Şəki-Zaqatala iqtisadi rayonuna aiddir

Ərazisi - 2.43 min km2

Əhalisi - 174.1 min nəfər. O cümlədən, kənd əhalisi -107.2 min nəfər, şəhər əhalisi- 66.9 min nəfər. Əhalinin sıxlığı 1 km2, 72 nəfər. Əhalinin ümumi sayından 86.4 min nəfərini və ya 49.6 faizini kişilər, 87.7 min nəfərini və ya 50.4 faizini qadınlar təşkil edir. Əhalinin 38.4 faizi şəhərdə, 61.6 faizi isə kənddə yaşayır.

İnzibati  ərazi vahidlərinin sayı - 1şəhər, 2 qəsəbə, 68 kəndi vardır.

Rayonda 2 qəsəbə və 31 kənd icra nümayəndəliyi, 1 şəhər bələdiyyəsi, 39 kənd bələdiyyəsi mövcuddur.
Rayonda 343 idarə və təşkilat, 17 bank filialı, 14 mehmanxana, 1 rabitə və 1 poçt müəssisəsi fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisə “Şəki-İpək” ASC-dir. 
Hazırda rayon üzrə məşğul əhalinin sayı 88000 nəfərdir ki, bunların da 43600 nəfəri kənd təsərrüfatında, 2900 nəfəri sənayedə, 8840 nəfəri tikintidə, 7946 nəfəri təhsildə, 2436 nəfəri səhiyyədə, 22278 nəfəri digər sahələrdə fəaliyyət göstərir.

İqlimi- alçaq dağlıq zonalarda mülayim, isti, orta və yüksək dağlıq zonalar üçün soyuq iqlim tipi xarakterikdir. Orta illik temperatur dağ ətəyi ərazilərdə 10 dərəcə, yüksək ərazilərdə isə 0 dərəcədən aşağıdır.

Əsas çayları - Kiş, Şin, Daşağıl

Əsas  sənaye sahələri - ipəkçilik , yeyinti, toxuculuq, tikinti materialları

Əsas kənd təsərrüfatı sahələri - taxıl, üzüm, tütün, heyvandarlıq, meyvə və giləmeyvə

Nəqliyyat – Şəkini Azərbyaycanın digər rayonları ilə inkişaf etmiş nəqliyyat şəbəkəsi- dəmir yolu və avtomobil yolları birləşdirir. Şəkidən Bakı şəhərinədək olan məsafə 305 km-dir.

Coğrafi  şəraiti:

Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, zəngin meşə örtüyünə malikdir.
Qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə,boz qonur torpaqlar geniş yayılmışdır.Meşələrdə palıd, fıstıq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir.
Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilmişdir.

 

Şəki şəhəri haqqında Ümumi məlumat

 

Şəki — Azərbaycan Respublikası ərazisində şəhər. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 15 fevral 1968-ci ilə qədər "Nuxa" adlanmışdı. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Prezident səviyyəsində imzalanmış bir rəsmi sənədə əsasən isə Şəki rayonunun ərazisi inzibati cəhətdən Şəki şəhərinin tərkibindədir.

Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sildrım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma- Çaqqaldar və Ottal uşurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür. 2007-ci il məlumatlarına əsasən Şəki şəhərində 62.499 nəfər əhali qeydə alınmışdır ki, bu da Şəki rayonu ilə birlikdə bütün əhalinin 37,33%-inə bərabərdir. 2007-ci il məlumatlarına əsasən Şəki şəhər əhalisinin 48,3%-ni kişilər, 51,7%-ni isə qadınlar təşkil edib.

 

Şəkidə səhiyyə müəssisələri


Şəki Rayon Mərkəzi Xəstaxanası

Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzi

Rayonlararası psixiatriya xəstəxanası

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası

Rayonlararası Ağciyər Xəstəlikləri Xəs.

Göz xəstəlikləri şöbəsi

Dəri-Zöhrəvi xəstəlikləri şöbəsi

R.Endokrinoloji Dispanser

Narkoloji şöbə

Birləşmiş Uşaq Xəstəxanası

Regional Perinatal Mərkəz

 

Şəkidə təhsil müəssisələri

 

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı

Şəki Dövlət Texniki Kolleci

Şəki Musiqi kolleci

Şəki Pedaqoji Kolleci

Şəki Tibb Kolleci

Şəki Şəhər liseyi

Şəki Türk liseyi

Şəki Şəhər internat məktəbi 

1-12, 14, 16-21 saylı tam orta məktəblər

 

Etimologiyası

 

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və s. kimi adlandırılmışdır. 18-ci əsrin ortalarında Şəki şəhərinin yaxınlığındakı Nuxa şəhəri Şəki xanlığının mərkəzi olduqdan sonra köhnə Şəki şəhəri tarix səhənsindən silinib getdi.

Qədim müəlliflərdən Ptolomey, Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd edib. Abbasqulu Ağa Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayilirdi. A. Y. Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Laki XIX əsrin başlanğıcında həmin mülahizənin əlehdarları da var idi. Akademik V. Dorn belə hesab edirdi ki, Niqa İberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz. "Nuxa" sözünün antik dövürdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir. Mülahizələr var ki, "Şəki" adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza,oradan da kiçik Asiyaya hərəkət edən salk tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi.

 

Coğrafiyası

Hal-hazırkı şəhərin sahib olduğu mənzərəli görünüşü, relyef müxtəlifliyi şəhərin tikinliş və quruluş sisteminə öz təsirini göstərmişdir. Şəhərin sol və sağ hissələri arasında 450 m məsafə vardır. 18 ci əsrdə qurulmuş şəhər 19 cu əsrin ortalarına qədər qorunub saxlanmış, strukturunda heç bir dəyişikliklər edilməmişdir. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Əslində isə Şəki şəhəri təbiətin bir hissəsi olub, burda yaradılan arxitektura əsərləri ilə bəzədilib. Bu yalnız möhtəşəm dağ mənzərəsiylə sərhədlənməyib, həm də təbiətlə uyğunluq təşkil edən planlaşdırmaya əsaslanır. Bundan əlavə hər bir ev öz bağı və dəmir hasarı ilə əhatələnmişdir. Şəki küçələri evlərin uyğun düzülüşüylə deyil əksinə özünə xas planlaşdırmaya əsasən qurulmuş və evləri bir bnirdən çəpər və hasarlar ayırır. Sakinlər feodal dövrünə xas, rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə əsasən yerləşmiş, bu isə öz növbəsində Şəkinin planlaşdırılmasında öz əksini tapmışdı. O dövrdən qalma məhəllə, küçə adları indiyə qədər qorunub saxlanmaqdadır. Şəkinin planlaşdırılmasına təsir göstərən əsas amil isə ölkənin sahib olduğu relyef pozuntusu idi. Küçələrin istiqaməti Böyük Qafqaz silsilə dağlarının ətəyinə nisbətən istiqamətləndirilmiş və qurulmuşdu. Küçələrin bir çoxu şimaldakı yüksəkliyin relyefinə paralel olaraq düzəldilmişdi. Mərkəzi rayonun və əsas küçənin formalaşdırılmasında Gürcənçay və Dəyirman-arxı çaylarının istiqaməti nəzərə alınmışdır. Bu və şəhərin planlaşdırılmasına aid digər xüsusiyyətlər 1862 ci həyata keçirilmiş planın tərkibində görmək olar. Bu plana əsasən Şəki aşağıdakı kvartal və məhəllələrə bölünmüşdü: Çaqqal dərəsi, Giləli, Dəmirçi bulağı, Gəncəli, Sarı torpaq, Otaq eşiyi, Ağvanlar, Duluzlar, Dodu, Bağbanlar, Sərkarlar, Dabaqxana, Təzə kənd, Köhnə kənd.

Relyefin çox dağınıq olması burda süni suvarma kanalları sisteminin inkişafını əngəlləmişdir. İçməli su çaylardan götürülür. Şəkini içməli suyla Kiş çayı və Xıncalı-Baxlınnskiy hövzələri təmin edir. Təpəli və dağınıq relyefə sahib olan Şəki, şəhərin bir neçə ayrı hissəyə bölünməsinə və nəticə etibarıyla gözəl bir təbii mənzərənin yaranmasıyla nəticələnmişdir. Şəhərin sahib olduğu dağ mənzərəsi onu daha da 

 

Tarixi

 

Mənbələrin veriyi məlumata görə, vaxtilə indiki Şəki şəhərindən 10-15 km cənubda olmuş köhnə Şəki şəhərini Sasani hökmdarı I Qubad (488—531) tikdirmişdir. Sonradan Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz Şəki şəhəri yaxınlığında yerləşmişdi. Ərəb istilası ərəfəsində Qafqaz Albaniyasının 11 inzibati vilayətindən biri Şəki əyaləti idi. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı. XV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat sülaləsi hakimiyyətə gəldi. 1951-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi. 1747-ci ildə yaranmış Şəki Xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi. 1805-ci il Kürəkçay müqavıləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə İran - başqa sözlə Qacariyyə dövləti, Şəki xanlığı ərazisinin Rusiya imperiyasına birləşdirilməsini rəsmən tanıdı. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. 1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.

Ruslar Şəki xanlığını 1819-cu ildə ləğv etdikdən 5 il sonra - 1824-cü ildə, onun keçmiş ərazisində, yəni Şəki əyalətində, əhalinin ilk siyahıyaalınmasını keçirdilər. Həmin siyahıyaalma nəticələrinə əsasən o vaxt Qışlaq və Çapağan kəndləri də inzibati cəhətdən Nuxa şəhərinin tərkibində idi və bu kəndlərlə birlikdə Nuxa şəhərinin əhalisi 13 min 351 nəfər idi.

Kaptalizmin inkişafı dövründə şəhər inzibati cəhətdən məhəllələrə bölünürdü.

1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen (indiki Oğuz) rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı.

 

Şəkinin tarixi-memarlıq abidələri

 

Şəki Şəhər Dövlət Tarix-memarlıq qoruğu

Şəki şəhərinin qədimliyini, burada tarix-memarlıq abidələrinin çoxluğunu və bunun dünya mədəni irsində xüsusi yeri olduğunu nəzərə alaraq Respublika Nazirlər soveti 24 noyabr 1967-cı il tarixli qərarla şəhərimizin “Yuxarıbaş” hissəsini Tarix –memarlıq Qoruğu elan etmişdir. Memarlıq qoruğu və Şəki Xan sarayı dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.
Ulu babalarımızın bizə yadicar qoyduqları Xan sarayı, Şəki xanlarının evi, dairəvi məbəd, qala divarları qoruğun memarlıq incilərindəndir. Möminlərin ibadət yeri olan Cümə məscidi, Ömər Əfəndi məscidi, Xan məscidindən başqa məhəllə məscidləri də qoruq ərazisindədir. Burada yerləşən 1 və 3 saylı ipək əyirici və burucu fabrikləri də əhalinin ta qədimdən ipəkçilikdə texniki üsullardan istifadə etmələrindən xəbər verir.
O dövrdə tikilmiş beş karvansaraydan ikisi indiyə qədər qorunub saxlanılır. Mehmanxana kimi istifadə edilən Yuxarı Karvansaray indi də səyahətçilərin zövqünü oxşayan yerlərdən biridir.
“Yuxarıbaş”ı iki hissəyə bölən Qurcana çayı üzərində xüsusi memarlıq üslubu ilə tikilmiş tağlı körpülər bu ərazini birləşdirir.
Orta əsrlər memarlığının yadigarı olan Ağvanlar, Dərə və Yeraltı hamamlar bu ərazidə yerləşir.
Xalqımızın milli sərvəti və iftixarı olan diyarşünaslıq, tətbiqi sənət, M.F.Axundovun, R.Əfəndiyevin, S.Rəhmanın ev muzeylərinin və Dövlət Rəsm qalareyasını da qoruq öz qoynuna almışdır.
Xalqımızın and yeri olan Şəhidlər Xiyabanı və 1941-1945-ci il Böyük Vətən müharibəsi illərində həlak olan şəklilərin xatirəsinə ucaldılmış abidələri ziyarət etmək istəyənlər qoruq ərazisinə gəlirlər.

Şəki Qalası – Narınqala

Şəki rayonu ərazisində digər maddi-mədəniyyət abidələri ilə bərabər müdafiə tikililərinin də varlığı bu diyarın böyük strateji əhəmiyyətə, qədim və keşməkeşli tarixə, zəngin tikinti təcrübəsinə malik olduğunu göstərir.
Belə tikililərdən biri də Şəki Narınca qalasıdır. O, şəhərin şimal-şərq hissəsində cənubdan 710 metr, şimaldan 750 metr, dəniz səviyyəsindən yüksəklikdə, səfalı bir ərazidə yerləşir. Qala Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan, Şəki xanı Hacı Çələbinin dövründə (1743-1755) tikilmişdir.
Onun divarlarının xaricdən ümumi uzunluğu 1300 metrdir. Ərazisinin relyefi və müdafiə əhəmiyyəti nəzərə alınaraq qalanın cənubdan hündürlüyü 8 metr olduğu halda, şimala doğru 4 metrə enir. Divarın qalınlığının 2,2 metr olması onun möhtəşəmliyini və davamlılığını bir daha artırır. Qalanın cənubdan və şimaldan 2 tağlı darvazası, bürcləri və 1000-dən artıq mazğaları vardır.
Şəki xanlığının iqamətgahı olan “Xan sarayı” da qalanın şimal şərqində yerləşir.

Şəki Xan sarayı

Dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayı olan bu bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə 1761-1762 –ci illərdə istifadəyə verilmişdir. Hüseyn xan eyni zamanda “Müştaq” təxəllüsü ilə şerlər yazdığından bəzi mənbələrdən bu saray “Müştaq imarəti” kimi də qeyd olunmuşdur.
Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir.
Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadratmetri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkələrdən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir.
Saray divarının ornamentliliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, dağlamalar, müxtəlif naxışlar, gəc üzərində oymalar adamı valeh edir.
Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, sujetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, raflər, güzgülü buxarılar əsl sənət nümunəsidir.
Saraydakı naxışların zənginliyinə, rəng çalarlarına, stalaktit oymalara, kompozisiyalara baxdıqca ata-babalarımız qabiliyyətinə, bacarığına, zövqünə və əsrarəngiz əməyinə heyran olursan. Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqca sonra yazmışdır: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.

Yuxarı Karvansara

Ərazisində böyük İpək yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyildir.
XVIII-XIX əsrlərdə şəhərdə inşa edilmiş karvansara binaların təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.
Özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqaiyada məşhur olan Yuxarı Karvansara dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. Ümumi sahəsi 6000 kvadratmetr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kalorid verir.
Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansaranın 2 giriş darvazası vardır. Bina üç mərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.
Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic tağlı günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.
Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansaranın ümumi kompozisiyasını tamamlayır.
Bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irə malik bir şəhər olmaının bariz nümunəsidir.

Aşağı Karvansara

Şəki Azərbaycanın ən qədim ticarət və sənətkarlıq şəhəri olduğundan burada çoxlu bazar və karvansaralar tikilmişdir.
XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan dövrümüzə qədər yalnız ikisi - Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatmışdır.
Şəki karvansaraları da digərləri kimi karvanların və səyyahların dayanması üçün ayrılmış, özünün funksional xüsusiyyətinə uyğun tikilmişdir. Ancaq bu karvansaralardan da yolüstü karvansaralardan fərqli olaraq istirahət otaqları ilə yanaşı müxtəlif ticarət əməliyyatları aparmaq, mübadilə müqavilələri bağlamaq üçün xüsusi otaqlar da inşa edilmişdir.
Buradakı karvansaralar plan quruluşuna, böyük ölçülərinə, istirahət və ticarət üçün rahatlığına görə Şəki memarlığını xarakterizə edir.
Özünün ümumi sahəsinə görə Yuxarı Karvansaradan bir qədər böyük olan Aşağı Karvansara küçəyə baxan hissədə 12 metr, şərq və qərb tərəfdə isə 10 metr hündürlükdədir.
8000 kvadratmetrlik bir ərazini əhatə edən Aşağı Karvansaranın 242 otağı və dörd giriş darvazası vardır. Bu karvansara da həmçinin şəkili sənətkarlarin özünəməxsus memarlıq üslubu özündə əks etdirir.
Cənub-şərq hissədə üç, həyət tərəfdə isə iki mərtəbəli olan karvansaranın baş fasadı çaya baxır. Bu isə binaya sakitlik və fəravət bəxş edir.
Karvansaranın fasadı horizontal bölümlərlə səciyyələnir, onlar divar müstəvisini tağlı pəncərələrlə tərtib olunmuş üç yarusa ayırır, pəncərələrin tağları şəklinə görə bir qədər fərqlənir.
Tağlı eyvan aşırmaları ilə dövrəyə alınmış heyətin mərkəzində hovuz yerləşir.
Karvansaranın tikintisi zamanı uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, özünün və malının təhlükəsizliyi üçün hər şey nəzərə alınmışdır. Darvazalar qonaqpərvərliklə yolçuların və tacirlərin üzünə açılsa da, bağlandıqda alınmaz bir qalaya çevrilir. Bu isə bir daha Şəki sənətkarlarının nə qədər yüksək dünyagörüşünə, əvəzsiz zövqə, müqayisəsiz memarlıq üslubuna, maddi və mənəvi dəyərlərə malik olduqlarını təsdiqləyir.

Giləhli məscidi

Şəkinin qədim tarixi memarlı abidələrindən biri də Giləhli məscididir. XVIII əsrə məxsus olan bu məccid Şəkinin şimal-şər ucqarında, şəhərin içərisindən axan Qurcana çayının sahilində, onun səthindən təxminən 20-25 metr yüksəklikdə tikilmişdir.
Sadə yaşayış evlərinə məxsus ənənəvi Şəki memarlıq ülubunda tikilmiş mşscid binasının daxili gşrkəmi Şəki xan sarayını xatırladır. Divardakı naqqaşlığa, rəsmlərə, stalaktitlərə nəzər yetirdikdə belə təsəvvür yarnır ki, sarayla məscidin daxili divarı eyni sənətkarın əlindən çıxmışdır.
Giləhli məscidi uzun müddət baxımsız qaldığından və qəza vəziyyətinə düşdüyündən onu bərpa etmək əvəzinə, ateizmin çevrilmiş, analoqu olmayan bu məscid yerlə yeksan edilmişdir.
Xoşbəxtlikdən Giləhli məscidinin minarəsi bu günə kimi gəlib çatmışdır. Qülləyə qədər 13,5 metr olan minarə yüksəklikdə yerləşdiyindən ərazi buradan çox gözəl görünür. Məscidə üfüqi istiqamətdə söykənən istinad divarı onun möhkəmliyinə və dayanıqlığını daha da artırır. Onun istinad divarının qurtaracağına qədər olan hissəsi daşla, ondan yuxarı hissəsi isə bişmiş qırmızı kərpiclə hörülmüşdür. Müəzzinlər üçün nəzərdə tutulan və minarəni tamamlayan sahəyə qalxmaqdan ötrü istinad divarını üzərində iyidmidən artıq daş pilləkən hörülmüş, yağışdan, qardan, çovğundan və günəşdən qorunmaq məqsədi ilə kənarına taxta vurulmuş. Üstü örtülmşdür. Buraya işıq düşmək üçün kiçik pəncərələr də qoyulmuşdur. Pilləkənin qurtaracağında minarəyə daxil olmaq üçün tağlı qapı vardır.

Xan məscidi

Bu məscid 1745-1750-ci illərdə Hacı Çələbi xan tərəfindən tikdirildiyindən xalq arasında “Xan məscidi” adlandırılır.
Məscidin tikintisində yerli inşaat materiallarından –çay daşından, bişmiş kərpicdən, əhəngdən, kirəmitdən, palıd, fıstıq, qovaq ağacından istifadə edilmişdir. Məscidin xarici tağlı qalareyası vardır. Ümumi tutuma daxil edilmiş minarə məscidin memardan simasını daha da gözəlləşdirir. Binanın iç məkanı sadə həll olunduğundan, rəngli şəbəkəli pəncərə-pannolar interyerə, məscidin həyətindəki çinar ağacları və hovuz isə binaya xüsusi rövnəq verir.
Məscidin yanında üstündə yüksək ustalıqla işlənmiş, oyma naxışlarla bəzədilmiş qübirüstü daşlar olan qəbirstanlıq vardır. Burada Şəki xanları, onların ailə üzvləri və yaxın adamları dəfn edildiyindən “Xan qəbirstanlığı” adlanır. Məscid, minarə və qəbirstanlıqda olan günbəzlər, incə və sənətkarlıqla yazılmış, oyma xətkarlıq kitabələri tarixi abidə kimi dövlət tərəfindən mühafizə edilir.

Ömər Əfəndi məscidi

XVIII-XIX əsrlərdə tikilmiş Ömər Əfəndi məscidinin fasadı bişmiş kərpic naxışları ilə diqqəti xüsusilə cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörcü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır.
Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətini özündə əks etdirir.
Binanın tikintisi özünəməxsusluğuna, bədii ifadəliliyinə görə Şəki memarlığı ruhunda yerinə yetirilmişdir.
İnteryerin dekor elementi olan mehrabı xüsusi məharətlə işlənmişdir. Dindarlıq məscidin heyətindəki hovuzun suyu ilə dəstəmaz alır, geniş və işıqlı salonda ibadət edirlər.

Cümə məscidi

XVIII-XIX əsr abidəsi olan Cümə məscidinin tikintisində yerli inşaat materiallarından istifadə edilmişdir. Plan qurluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş və ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan vermişdir.
Alçaq yaşayış evlərinin və yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidin kompozisiyasında mühüm yer tutur. 28,5 metr hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörcülərlə, relyefli naxışlarla bəzədilmişdir. Minarəni tamamlayan şərəfə hissəsi çox məharətlə işlənmişdir.
Məscidin iç məkanı sadə həll olunmuşdur. Buradan ibadət yeri, hücrələrindən isə mədrəsə kimi istifadə olunur. “n” şəklində olan məscid kompleksi iki mərtəbəlidir. Baş fasad kərpic naxışlarla işlənmişdir.

Kiş Alban məbədi

Bu məbəd Kiş kəndinin Maflar məhəlləsində yerləşir. Məbəd ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indidə qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Bütün bunlar onun müqəddəs dini mərkəz olmasından xəbər verir. Məbədin qülləsi, bu qülləyə bitişik divarlar yerli materiallarla- şirin daşla hörülmüş kirəclə suvanmışdır. Qülləə bitişik salonun üstü iri, yonma şirim daşlarla örtülmüşdür. Qüllənin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bunu nəmliklə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi, güllə daxilində hava cərəyanı ilə izah edirlər. Bu cür maqik xüsusiyyətinə görə məbəd ocaq, pir və ziyarət kimi müqəddəs yerlərdən biri hesab olunur.
Məbədin şimal-qərb hissəsində, 4-5 metr aralı həyətdə uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı, tava daş vardır. Yeriməyən, dil açmayan vəya digər şikəstliyi olan uşaqları bu daşın üstündə bir gün otutmaqla onları ruhi və cismani xəstəliklərdən xilas etməyi mümkün sayırlar. Məbədin yerli əhali tərəfəindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki, bu da onun antikliyi ilə üzvü surətdə bağlıdır.
Aparılan kəşfiyat xarakterli arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu sübut etdi. Çox qəribədir ki, misir ehramları da bu cür bünövrə üzərində qurulmuşdur.
Tarixi mənbələrdə olduğu kimi, izahatlarda da dolaşıqlıq olmasına baxmayaraq həqiqəti gizlətmək mümkün deyildir. Qafqaz Albaniyasında xristianlığın yayılma tarixindən bəhs edən VII əsr Alban tarixçisi Moisey Kalankatuklu “Albaniya tarixi” əsərində miladın 50-70-ci illərində baş verən hadisələri təhlilə ehtiyacı olan faktlarla təsvir edir. İsa peyğəmbərin sevimli şagirdlərindən olan Fatdey şərqə xristian təlimini yaymağa göndərilir. Artazda erməni çarının əli ilə öldürülür. Fatdeyin şagirdi müqəddəs Yelisey müəlliminin müşayət etdiyi üçün bu qanlı cinayətin şahidi olur. Qüdsə qayıdıb baş verən hadisələri hamıya söyləyir. İsa peyğəmbərin qardaşı müqəddəs Yakovun(Yaqub) təvsiyyəsi ilə Yelisey müqəddəs ruh naminə şərə şəhid müəllimi Fatdeyin missiyasını davam etdirməyə göndərilir. Müqəddəs Yelisey ermənilərin gğzündən qaçaraq Samur çayının cənubunda yerləşən Maskuta, oradan da Dərbəndə gəlir. Sonra müqəddəs Yelisey Ağdaşın yaxınlığında yerləşən kiçik Surxarın qalasına, buradan da gəlib Kişə çıxır. Albaniya tarixini tədqiq edənlər onun Şəkinin şimalında yerləşən Kiş kəndi olduğunu təsdiq edirlər.
Vurğulamaq yerinə düşər ki, müqəddəs Yelisey Miladın 74-cü ilində şəhid olmuşdur.

“Gələrsən-görərsən” qalası

Kişlilər ona Qız, gah da Qızlar qalası deyirlər. Qız alınmalıq və məğlubedilməzlik anlamını ifadə edir. Bu qala barəsində məlumat verən yeganə mənbələr Kərim ağa Fatehin “Şəki xanlarının müxtəsər tarixi” və Hacı Seyid Əbdülhəmid Əfəndinin “Şəki xanları və onların nəsilləri” əsərində bəhs olunmuşdur. Həmin mənbələrdə bu qala “Qız(lar)” adı ilə deyil, “Gələrsən-görərsən” adı ilə xatırlanır. Hadisələri diqqətlə izlədikdə “Gələrsən-görərsən” adının Qız(lar) qalasına sonradan, daha doğrusu, 1743-cü il hadisələri ilə əlaqədar olaraq verildiyi anlaşılır. Şah Təhmasibin 1551-ci ilindəki məlum hücumundan qorunmaq üçün Şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm də Qız(lar) qalasında müdafiə olunduqlarını hər iki mənbə açıq və aydın şəkildə təsdiq etməkdədir.
Qız(lar) qalası Kiş kəndinin şimal-şərqində Böyük çayın qollarından biri olan Damarçın çayına bitişik, yüksək bir təpə üzərində qurulmuşdur. Arxadan, öndən və çay tərəfdən ona hücum etmək mümkün deyildir. Qız(lar) qalaı ilə Kiş kəndi arasındakı ərazi Qala düzü adlanır. Kiş kəndinin şimal-şərq qurtaracağı ilə Qala düzünü ayıran Doğrunca çayı elə orada da Böyük çaya qovuşur.
Mənbələr göstərir ki, Şəki Xanı Dərviş Məhəmməd xan 1551-ci ildə Qız(lar) qalasında müdafiə olunmuş və Kiş qalasının alındığını görüncə qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Onun kəsilmiş başını Şah Təhmasibin ayaqları altına atmışlar. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın hücumu ilə əlaqədar Qız(lar) qalasının adını kəçir. Dərviş Məhəmməd xanın qətlindən sonra Şəki xanlığı ləğv edilmişdi və artıq 192 il idi ki, Şəki şahın təyin etdiyi məliklər tərəfindən idarə olunurdu. 1743-cü ildə Hacı Çələbi xan oradakı mələyi və onun adamlarını qətlə yetirib Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə üzləşməli oldu. Nadir şahın qoşunları Qız(lar) qalasını fəsilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkili kişilər üçün çətin olsa da nəticə etibarı ilə Xorasanda şah öldürüblər və Hacı Çələbi Şəkini müstəqil xanlığa çevirə bilibdir.
Gələrsən-görərsən adı da bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan-uzağa qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: “O necə qaladır ki, onu almaq olmur?” ona cavab verirlər: “Gələrsən-görərsən”. Elə o vaxtdan etibarən qala iki adla çağrılmağa başlasada, tarixi ədəbiyyatda bir adla - “Gələrsən-görərsən” adı ilə təqdim edilir. Yerli əhali ona Qız(lar) qalası deyir.

 

Şəkidə fəaliyyət göstərən turizm obyektləri



S/s

Adı

Nömrələrin       sayı

 Lüks

Normal

 Nəfər

        Ünvanı

 

 

1.

Şəki Olimpiya İdman Kompleksi

100

100

-

400

Şəki, S.Mümtaz 1.Tel: (024) 245 17 63; (050) 203 77 37; (050) 575 25 25

 

 

 

2.

"Şəki-Saray" Otel

34

3

31

70

M.Ə.Rəsulzadə pr. 187.Tel: (024) 244 81 81; 4 75 71; 4 70 99

 

 

3.

"Şəki" Otel

10

8

2

20

M.F.Axundov pr. 7. Tel: (024) 244 24 88;(050) 318 31 25

 

 

4.

"Sahil" Otel

10

3

7

25

Şəki, S.Mümtaz.Tel: (024) 244 54 91

 

 

5.

"Panorama" Otel

7

-

7

15

Şəki, Dağüstü park Tel (050) 622 90 27

 

 

 

6.

"Şəki-Karvansaray" mehmanxana kompleksi

37

10

27

45

M.F.Axundov pr.183. Tel:(024) 244 48 14;4 31 72;(055) 359 00 44

 

 

7.

"Məkan" motel

4

-

4

8

Şəki Dodu məhəlləsi. Tel: (024) 246 03 72; (050) 356 74 54

 

 

8.

"Marxal" istirahət mərkəzi

11

4

7

51

Şəki Kiş kəndi ərazisi. Tel: 6 12 65; (050) 514 44 20

 

 

 

9.

"Narınqala" istirahət mərkəzi

22

22

-

80

Şəki Kiş kəndi ərazisi. Ofis: (024) 244 53 00

 

 

10.

"Gələrsən-Görərsən" istirahət mərkəzi

12

2

10

50

Şəki Kiş kəndi ərazisi.Tel: (050) 335 79 33

 

 

11.

"Cənnət bağı" istirahət mərkəzi

5

5

-

20

Şəki Kiş kəndi ərazisi.

 

 

 

12.

"Ümid" istirahət mərkəzi

3

3

-

12

Şəki Kiş kəndi ərazisi.

 

 

13.

"Cənnət bağı" istirahət mərkəzi

12

3

9

50

Şəki, S.Mümtaz 8. Tel: (024) 244 01 00; 050 755 01 00

 

 

14.

"Şam bağı" istirahət mərkəzi

5

5

-

18

Şəki Kiş kəndi ərazisi. Tel: (050) 781 33 26

 

Bakı, Neft-Yağ, İstehsalat Birliyinin istirahət Pansionatı


 Pansionat şəhərin Təzə bazar hissəsində, Salman Mümtaz küçəsində yerləşir. Bina 2 mərtəbəlidir, 10 yataq otağı, 1 yeməkxanası və 1 saunası var.
Eyni zamanda 20 nəfərə mehmanxana və iaşə xidməti göstərmək imkanı var.

 

Şəki "Soyuq-bulaq" Turist Bazası


 Turist Bazası Şəki "Soyuq-bulaq" turist ekskursiya birliyinin ərzində yerləşir. Baza bir əsas binadan və 21 kişik evlərdən ibarətdir.
Turbazanın yataq və iaşə xidmətləri 180 nəfər üçün nəzərdə tutulmuşdur.
Hazırda burada Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 1992-ci ilin may ayından Qarabağdan didərgin düşmüş 200 nəfər məcburi köçkün məskunlaşmışdır.

 

"Səadət" istirahət zonası


 "Səadət" istirahət zonası şəhərin "Yuxarıbaş" hissəsində, Güləhli küçəsi 1-də yerləşir. İstirahət zonası 3 əsas binadan ibarətdir. Binaların birində 8 yataq otağı, ikincisində 4 yataq otağı var. Üçüncü bina 4 iaşə xidməti üçün nəzərdə tutulmuşdur. İstirahət zonası eyni zamanda 50 nəfərə mehmanxana və iaşə xidməti göstərə bilir.

 




Создан 27 фев 2014



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters