YENİ SƏNAYE MÜƏSSİSƏSİ

poliuretan sendviç panelləri istehsal edən özəl sənaye müəssisəsi



ŞƏKİDƏ YENİ SƏNAYE MÜƏSSİSƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR

Dekabrin 24-de Şəkinin Qoxmuq kəndi ərazisində poliuretan sendviç panelləri istehsal edən özəl sənaye müəssisəsi istifadəyə verilmişdir.

Yeni sənaye obyektinin açılışı münasibətilə keçirilən mərasimdə müəssisənin direktoru İlham Hacıyev cəmi 3-4 ay ərzində tikilib istifadəyə verilmiş bu obyektdə tikinti-quraşdırma işlərində çox geniş tətbiq olunan və yüksək standartlara cavab verən metal örtüklərin- sendviç panellərinin istehsal olunacağını bildirmişdir. Bu material zavod və fabriklərin, iritutumlu anbarların, o cümlədən soyuducu anbarların, idman və turizm obyektlərinin, divar və dam örtüklərinin quraşdırılmasında istifadə edilir. Panellərin böyük üstünlükləri vardır. Onlar istiliyi və səsi izolyasiya edir, korroziyaya davamlıdır, yüngül bünövrə üzərində asan və tez quraşdırılır, uzunömürlü və ekoloji cəhətdən təmizdir.

Rəmzi qırmızı lent kəsildikdən sonra şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov və tədbir iştirakçıları obyektdə quraşdırılan avadanlıqla tanış olmuş, istehsal prosesini izləmişlər. Məlumat verilmişdir ki, illik istehsal gücü 2 milyon kvadratmetr olan müəssisədə bir növbəli iş rejimində gün ərzində 2 min kvadratmetr sendviç panelləri istehsal olunacaqdır. Sexdə uzunluğu 120 metr olan ən müasir və tam avtomatlaşdırılmış istehsal xətti quraşdırılmışdır.


Создан 26 дек 2008



  Комментарии       
Всего 1, последний 6 лет назад
Emilio-32 08 фев 2011 ответить
salam mene bu zavodun elaqe nomresi lazimdi nece tapa bilerem mumkunse telefon nomresin mail adresime gonderin
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters