PEDAQOQUN TRIBUNASI, FIRADUN IBRAHIMOV

Şəkidə ümumi təhsil davamlı inkişaf yolunda



Şəkidə ümumi təhsil davamlı inkişaf yolunda

Ilham Əliyev: Təhsil Azərbaycanda davamlı inkişaf strategiyasınınən öncül istiqamətlərindən biridir.

Gerçəyi dərk etməyin müxtəlif üsulları vardır. Bunlardan biri də sistemstruktur yanaşma və ya sistem təhlili üsuludur. Sistemlər biri digərinə nəzərən daha mükəmməl olur, biri digərinə nəzərən, elmi ədəbiyyatda göstərildiyi kimi, böyük sistemdir, biri digərinə ehtiva edir. Böyük sistem ehtiva etdiyi sistemə nəzərən emercent xassələrə malik olur. Bu emercentliyə altsistemlər tabe olmasa, məhz həmin xassələri böyük sistem diktə edə bilməsə, o, başqa sistemə çevrilir.

Azərbaycanda təhsil sisteminin ehtiva etdiyi Şəki orta ümumi təhsil sistemi özünə nəzərən daha geniş olan sistemin emercentliyinə həssasdır, eyni zamanda özünəməxsus, özəl keyfiyyətlərə də malikdir. Şəkidə orta ümumi təhsilin davamlı inkişafını Azərbaycan təhsil sistemi kontekstində dərk etmək mümkündür. Hansı ki, sözügedən böyük sistem dünya standartlarına uyğun dəyişikliklərə can atır və bunun əsasında Azərbaycan dövlətinin uğurlu siyasəti dayanır. Ədalət naminə söyləməliyəm ki, nəticələr insanda nikbin ruh yaradır, sevindirir. Bu yazımda fikrimə əyanilik gətirməyə çalışacağam.

Bəli, Ümummilli rəyi ifadə edərək qəti şəkildə söyləmək olar ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir, Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə Lider ölkəyə çevrilmiş, beləliklə də ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Respublikamızın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısının təhsilə göstərdiyi müntəzəm diqqət və qayğı nəticəsində mümkün olmuşdur.

Hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Bütün dövrlərdə cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirmiş, elmitexniki tərəqqi isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoymuşdur.

Qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində sosialiqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə zaman ötdükcə təbii resursların azaldığı müasir dövrdə təhsilin rolu artmaqdadır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri təhsil əsri elan etmişdir. Qətiyyətlə demək olar ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu indiki qədər heç vaxt aktual olmamışdır.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Respublikamızın maliyyə imkanlarının müxtəlif mənbələrdən, xüsusilə neftdən gələn gəlirlər hesabına ilbəil artması nəticəsində təhsilə ayrılan vəsait hər il davamlı olaraq artır. Ölkə büdcəsində çəkisinə görə təhsil ikincidir. Təhsilin maliyyələşməsinin inkişaf dinamikası diqqətiçəkən səviyyədədir. Təhsil xərcləri 2003cü ildə 243, 2 milyon manat olduğu halda 2007ci ildə 757, 0 milyon manata yüksəlmişdir, 2008ci ildə bu göstərici milyardı ötmüşdür. Investisiya xərcləri 2004cü ildə 5851800 manatdan, 2007ci ildə 106300000 manata çatmışdır.

Müstəqil Azərbaycanda keyfiyyətli biliyə söykənən təhsil sisteminin təməli ulu öndər Heydər Əliyev tərəfindən 1999cu ildə təsdiq olunmuş Azərbaycan Resublikasının təhsil sahəsində İslahat Proqramı ilə qoyulmuşdur. Cəmiyyətin tərəqqisinin başlıca amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşdırılması, gənc nəslin yüksək hazırlıq səviyyəsinin təmin edilməsi müddəaları Proqramın ideya istiqamətinə çevrilməklə təhsil sistemimizin ən zəruri vəzifəsini müəyyənləşdirmişdir.

Sözügedən İslahat Proqramının təsdiqindən sonra keçən dövrə nəzər salsaq, müəyyən problemlərə baxmayaraq, təhsil sistemində yenilik axtarışlarının, təşəbbüskarlıq və yaradıcılıq meyllərinin güclənməsini, məzmun, maliyyələşmə və idarəetmə üzrə islahatların dönməz xarakter almasını, yeni dərslik siyasətinin yaradılmasını, mütərəqqi dünya təcrübəsinin öyrənilib tətbiqini, inkişafyönümlü layihə və proqramların, müasir ideya və yanaşmaların reallaşmasına istiqamətləndirilmiş eksperimentlərin həyata keçirilməsini ötən illərin ən əlamətdar nailiyyətləri hesab etmək olar.

Təlim keyfiyyətinin təmin edilməsi birtərəfli məsələ deyildir, problemə kompleks yanaşılmalıdır. Bu bir həqiqətdir ki, yararsız bina şəraiti, pedaqoji kadrların çatışmaması, madditexniki bazanın zəifliyi, texniki vasitələrin yoxluğu və nəhayət, təlimin dünya təcrübəsində qəbul edilməyən yüklənmiş məzmunu təhsilin keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərən obyektiv amillərdir. Əlbəttə subyektiv səbəblər də vardır. Bunlar ilk növbədə, idarəetmə sahəsində səriştəsizlik, vəzifə məsuliyyətinə laqeyd münasibət peşakarlıq səviyyəsinin aşağı olması, qeyrisağlam mənəvipsixoloji mühit və digər bu kimi hallarla əlaqədardır.

Azərbaycan dövlətinin, ən başlıcası, dövlət rəhbərinin ümumi təhsilin inkişafı naminə gördüyü işlər orta məktəb sisteminin uğurlu gələcəyinə, məktəblərimizin, sözün əsl mənasında, biliksavad mərkəzlərinə çevrilməsinə cəmiyyətdə böyük inam yaradır.

Bu gün Azərbaycanda məktəb tikintisi geniş vüsət almışdır. Hörmətli Prezidentimizin dörd illik fəaliyyəti dövründə inşa olunmuş yeni məktəblərin və əlavə korpusların sayı 1200dən çoxdur. 250 məktəbin istilik sistemi bərpa olunmuşdur. 325 məktəb müasir avadanlıqla təchiz olunmuşdur. Prezidentimiz belə tələb qoymuşdur: Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondun əvəzsiz xidmətlərini də xüsusi qeyd etmək lazımdır və bunu özümə borc bilirəm.

Araşdırmalardan aydın olmuşdur ki, 600 məktəb üçün yeni binanın, 700 məktəb üçün əlavə korpusların tikintisinə, 1500 məktəbin əsaslı təmirinə, 80 % məktəbin istilik sisteminin yenidən qurulmasına, 60 %dən çoxunun müasir avadanlıq, laboratoriya və əyani tədris vasitələri ilə təminatına ciddi ehtiyac vardır. Həmin problemlərin həlli üçün ölkə Prezidentinin tapşırığına əsasən müvafiq proqram hazırlanmışdır. Bu proqramın əsas hədəfi ölkənin bütün məktəblərinin bir növbədə və beşgünlük iş rejimində fəaliyyətinin təmin olunması əlverişli mühitinin yaradılmasıdır.

Azərbaycanın bütün regionlarında olduğu kimi, Şəkidə də ümumtəhsil məktəbləri, yeni bina və əlavə tədris korpuslarının tikintisinə, əsaslı təmirə xüsusi diqqət verilmişdir. Şəki şəhərində 1 və 6 saylı, Vərəzət, Kiş 1 saylı, Qozlubulaq, İnçə-Zunud, Oraban, Böyük Dəhnə 2 saylı, Çayqaraqoyunlu kənd məktəbləri şəhər 10 saylı orta məktəbi üçün 240 şagird yeri və 17 saylı orta məktəb üçün 160 şagird yeri olan əlavə tədris korpusu tikilmiş, Orta Zəyzid 1 saylı Köbər Zəyzid, Turan qəsəbə orta məktəbləri, Kiş kənd 4 saylı orta məktəbin yardımçı binası əsaslı təmir olunmuşdur. Yeni inşa olunan məktəb və tədris binaları müxtəlif müasir avadanlıqlarla təmin olunmuşdur. Hazırda Baş Göynük 2 saylı, Kiçik Dəhnə 2 saylı, Aydınbulaq və Dərəcənnət kənd məktəblərində ümumi həcmi 1760 şagird yeri olan ən müasir məktəblər tikilir. Şəki şəhərində 3 saylı orta məktəb əsaslı təmir olunur.

20082012ci illər üzrə qəbul olunmuş inkişaf layihəsində Şəki ümumtəhsil məktəblərinin 14nün yenidən tikilməsi, 42 məktəbin əsaslı təmiri nəzərdə tutulur. Bu sırada vaxtı ilə ulu öndər Heydər Əliyevin min bir zəhməti, diqqət və qayğısı ilə tikilmiş müasir standartlara cavab verə bilən Şəki şəhər 8, 9, 19, 20 saylı, Aşağı Göynük, Baş Layısqı, Şəki kənd, Böyük Dəhnə 1, Kiçik Dəhnə 1 saylı, Qayabaşı, Baş Zəyzid, Aşağı Küngüt, Daşüz kənd məktəblərinin əsaslı təmiri ön plana çəkilmişdir. Şəki şəhərində 640 şagird yeri olan iki müasir məktəb (12 və 17 saylı məktəblər üçün nəzərdə tutulur), Aşağı Layısqı, I Biləcik, Öryət, Çeşməli, Qoxmuq, Bolludərə, Qaratorpaq, Göybulaq kəndlərində tələbata uyğun həcmli məktəb binaları 20082009cu illərdə inşa olunacaqdır. Bəli, hər bir məktəbli və hər bir müəllim özünəlayiq arzuolunan məktəblərdə bəşər mədəniyyətinin mənimsənilməsi, qorunması və yaradıcılıqla inkişaf etdirilməsi təcrübəsinin daşıyıcısı və ötürücüsü kimi dəyərli fəaliyyətin subyektinə çevriləcəklər!

9 orta ümumtəhsil məktəbində bu il istilik təminatı sisteminin yenidən qurulması həyata keçiriləcəkdir. Məktəblərimizin təhsil xidməti tələblərinə bu səviyyədə diqqət heç zaman olmamışdır. Prezidentimizin təhsilə həssas münasibətini ağıllı hər kəs yüksək dəyərləndirir. Inanırıq ki, Prezidentimiz sonrakı beş illik fəaliyyəti dövründə respublikamızda bütün məktəblərin müasir standartlara uyğunluğu üçün nə mümkündürsə edəcəkdir.

Bu gün müasir dünyamız nəhəng informasiya məkanına çevrilmişdir. Informasiyakommunikasiya texnologiyalarına praktik cəhətdən dərindən yiyələnmədən bu ümmanda hərəkət etmək, ondan bəhrələnmək mümkün deyildir. Hazırda elə bir vəziyyət yaranmışdır ki, elmi informasiyaları yaradanlardan daha artıq bu informasiyalardan vaxtında və yerində çevik istifadə edənlər çox qazanıb inkişaf edirlər. Bütün bu amillər məktəblərimizdə təhsil alan şagirdlərin İKTnin imkanlarını hərtərəfli mənimsəməklə informasiyalarla işləmək qabiliyyətlərinin formalaşmasını, informasiya mədəniyyətinə yiyələnmələrin zəruri edir.

Xüsusi vurğulamaq istərdim ki, informasiya cəmiyyətinin yarandığı bir dövrdə 2004cü ilə qədər ölkəmizin ümumtəhsil məktəblərində təxminən 1000 şagirdə 1 kompüter düşürdü. Ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı bu istiqamətdə atılmış ən əhəmiyyətli addım olmuşdur. Üç illik Proqram çərçivəsində 2007ci ilin sonunadək ölkənin 3693 məktəbinin 31677 kompüter və digər İKT avadanlığı, o cümlədən 1103 məktəbin noutbuk və proyektorla təmin edilməsi başa çatdırılmış, müvafiq treninqlərdən keçmiş müəllimlərin sayı 12232 nəfərə çatmış və yekunda VXI siniflərdə 29 şagirdə nisbəti təmin olunmuşdur.

Yuxarıda adını çəkdiyimiz proqrama uyğun olaraq Şəki ŞTŞ üzrə 59 ümumtəhsil məktəbində 547 ədəd (əlavə 117 ədəd (müxtəlif mənbələrdən əldə olunmuş) kompüter) və digər İKT avadanlığı, proyektor yerləşdirilmişdir. Şəki şəhər 1, 5, 6, 7, 8, 9, 10, 11, 12, 17, 18, 19, 20 saylı, fizikariyaziyyat və humanitar fənlər üzrə lisey, Turan qəsəbə, Cəfərabad, Böyük Dəhnə 1 və 2 saylı, Kiçik Dəhnə 1 və 2 saylı, Baş Göynük 1 və 2 saylı, Orta Zəyzid 1 saylı, Oxud, Qoxmuq, Baş Layısqı, Baş Zəyzid, Vərəzət, İnçəZunud, Köndələn, Kiş H. Əliyev adına orta və başqa onlarla məktəblərimizdə kompüter sinifləri fəaliyyət göstərir. Şəkidə çətin ki, kompüterlə işləməyi bacarmayan məktəbli tapmaq olar. Artıq elektron vəsaitlər həm şagirdlərin, həm də müəllimlərin diqqətini ciddi şəkildə çəkməyə başlamışdır.

Hamıya məlumdur ki, təhsilin keyfiyyəti onun məzmununun tələbata nə dərəcədə uyğun müəyyənləşdirilməsindən birbaşa asılıdır. Əgər məzmun optimal müəyyən edilməzsə, yüksək şəraitdə təşkil edilməsindən asılı olmayaraq, təlim prosesinin nəticələri lazımi səmərəni verməyəcək. O da məlumdur ki, köhnə baxışlar əsasında formalaşan təlimin məzmununda kosmetik dəyişikliklər etməklə mahiyyət etibarı ilə onu yeniləşdirmək mümkün deyil. Odur ki, inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilmiş, Ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulum) sənədi hazırlanmış, Hökumət tərəfindən təsdiq edilmişdir. Bu sənəd əsasında ibtidai təhsil pilləsi üçün fənn kurrikulumları hazırlanıb, onların tətbiqinə 20082009cu dərs ilindən ölkənin bütün ümumtəhsil məktəblərinin I siniflərindən başlanacaq, bununla da orta təhsil sistemi yeni bir dövrə qədəm qoyacaq.

I siniflər üzrə kurrikulumun tətbiqi ilə əlaqədar 2 nəfər Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat fənləri üzrə metodistlər, 8 nəfər ibtidai sinif müəllimi və metodistlər Azərbaycan Müəlimlər İnstitutunda treninqlərdə iştirak etmişlər. I sinifdə yeni fənn kurrikulumlarının tətbiqi ilə əlaqədar həmin siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərinin tərkibi dəqiqləşdirilmiş, onlar 1115 mart 2008ci il tarixlərdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən təşkil edilmiş 5 günlük treninqdə iştirak etmişlər. Respublika Təhsil Nazirliyinin xətti ilə 20082009cu tədris ilində I siniflərdə dərs deməsi nəzərdə tutulan bütün müəllimlərlə 2328 iyun 2008ci il tarixlərdə treninqlərlə əhatə olunmuşlar.

Orta məktəblər üçün dərsliklərin hazırlanması, nəşri və yerlərə çatdırılması üzrə görülən işlər ictimaiyyəti daim maraqlandıran məsələdir. 20082009cu dərs ilindən yeni fənn kurrikulumlarının tətbiq ediləcəyi I siniflər üçün dünya təcrübəsinə uyğun yeni nəsil dərslik komplektlərinin hazırlanması işi başa çatmaqdadır. Komplektə dərsliyin özü, müəllim üçün vəsait, şagird üçün iş dəftəri daxildir. Dərsliklərlə yanaşı, müəllim üçün vəsaitlərin hazırlanması təhsil sistemimizdə yeni hadisə olmaqla dərsliyin müəllim üçün məhz istiqamətləndirici rola malik olduğunu bir daha təsdiq edir. Bir sıra ölkələrdə dərslikdən çox müəllimlər üçün tədris olunan məzmuna aid mümkün qədər artıq sayda metodik vəsaitlərin, didaktik materialların hazırlanmasına ciddi diqqət yetirilir. Bu da təbiidir, çünki təkcə dərslik müəllimin təlimtədris ehtiyaclarını ödəyə bilməz.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004cü il tarixli sərəncamı ilə nəşr olunan 720 adda 138613 nüsxə Azərbaycan, dünya klassik və müasir ədəbiyyat nümunələri məktəb kitabxanalarına bölgü əsasında paylanmışdır.

20052006cı tədris ilində 97 adda 166, 406 nüsxə dərslik, 20062007ci tədris
Ilində Şəki şəhər ümumtəhsil məktəblərinin Təhsil Nazirliyi tərəfindən Azərbaycan bölməsinə 48 adda 88543 nüsxə, rus bölməsinə isə 42 adda 3123 nüsxə, cəmi 90 adda 91666 nüsxə dərslik gətirilmişdir.

20072008ci tədris ilində isə I IV siniflərə 18 adda 29720, V IX siniflərə 4 adda 36519, X XI siniflərə 27 adda 23164 nüsxə, rus bölməsinə IIX sinif şagirdləri üçün 46 adda 2660 nüsxə dərslik, cəmi 133 adda 92990 nüsxə dərslik alınmış və mövcud şagird kontingentinə uyğun olaraq bölgü üzrə dərsliklərin nömrəsi göstərilməklə məktəblərə verilmişdir.

Təhsil Nazirliyinin təşəbbüsü ilə Dünya Bankının vəsaiti hesabına bütün elm sahələrini əhatə edən 18 adda 15822 nüsxə Uşaq ensiklopediyası şagirdlərin istifadəsinə verilmişdir.

Ümumi təhsilin dövlət və cəmiyyət qarşısında ən mühüm vəzifələrindən biri də ayrıayrı sahələr üzrə istedadlı, xüsusi qabiliyyəti ilə fərqlənən şagirdlərin vaxtında aşkara çıxarılması və onların davamlı inkişafı üçün lazımi şəraitin yaradılmasıdır. Istedadlı insanlar hər bir ölkənin əvəzolunmaz intellektual sərvətidir, həm də həmin ölkədəki təhsil səviyyəsinin real göstəricisidir. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, Gələcək bilikli, elmli, istedadlı insanların çiyinləri üstündə qurulur. Məhz ümummilli liderimizin proqram xarakterli bu müddəası, eləcə də XXI əsrdə davamlı insan inkişafına yönəlmiş təhsil siyasəti möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiq etdiyi Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006 2010cu illər) əsasını təşkil etmişdir. Proqramda istedadlı uşaqlar barədə məlumat bankının, internet portalının yaradılmasından, bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilib tətbiqindən tutmuş, yeni tipli təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, lisey və gimnaziyaların madditədris bazasının möhkəmləndirilməsi və istedadın stimullaşdırılmasınadək bütün zəruri məsələlər öz əksini tapmışdır.

Istedadlı şagirdlərlə işə Şəki ümumi orta təhsil sistemində xüsusi önəm verilir. Bütün məktəblər üzrə istedadlı şagirdlərin siyahısı müəyyənləşdirilmiş, onlarla işləyən pedaqoji kadrlar xüsusi kurslardan keçmişdir. Bu qəbildən olan şagirdlərin nəticələri diqqəti çəkir. Elə bir yarışma, müsabiqə yoxdur ki, orada Şəki məktəbliləri öz sözünü deməmiş olsun. 20072008ci tədris ilinin son rübündə şəhər 12 saylı orta məktəbin şagirdləri Tərlan Mustafayev, Rəsul Məmmədov ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq Layihədə iştirak etmiş, bürünc medala layiq görülmüşlər. Şagirdlərimizdən Səbinə Şərifli (18 saylı məktəb), Elşən Məmmədov (18 saylı məktəb), Türkan Cabbarova (11 saylı məktəb), Aynur Hacıyeva (19 saylı məktəb), Kənan Heybətli (18 saylı məktəb), Kamran Vahabzadə (10 saylı məktəb) Amerikada təhsil almaq hüququ qazanmış və onlar bu ölkədə uğurlu şəkildə təhsil nəticələri əldə etmişlər. Ümummilli liderimiz Heydər Əliyevin 85 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsində şəhər 10 saylı orta məktəbin XI sinif şagirdi Gülgəz Salamova Respublika üzrə qaliblər sırasında özünə yer almışdır. Şərqdə ilk demokratik dövlət mövzusunda inşa yazı müsabiqəsində isə Kiş kənd 2 saylı orta məktəbin IX sinif şagirdi Türkan Eyvazovlı Respublika üzrə qaliblərdən olmuşdur. Hamını istedadı ilə heyran qoyan Aytac Abdurahmanlı Avropa çempionatında iştirak etmək hüququnu əldə etmişdir. 5 saylı orta məktəbin şagirdi Gülər İbrahimova (XI sinif) respublika olimpiadasında fizika fənni üzrə qaliblərdən biri olmuşdur. Mən bu barədə arqumentlərimin sayını artıra da bilərəm., amma kifayət sayıram. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, ali məktəbə qəbul imtahanında 650 baldan artıq nəticəsi olan 11 şagirdimiz də xüsusi istedadı (xüsusən də kimya, biologiya fənləri üzrə) ilə diqqəti çəkənlərdən olmuşdur.

Şəki təhsil sisteminin uğurları danılmazdır və davamlıdır. Respublika üzrə ilk on təhsil şöbəsi sırasında qəbul nəticələri ilə özünə yer almışdır. Xüsusən, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, kimya, biologiya fənləri üzrə göstəricilər daha ürəkaçandır. 20072008ci ilin ali məktəblərə qbul nəticələrinə görə 99 nəfər şagirdin biliyi əla qiymətə uyğundur. Belə ki onlar 550 baldan yuxarı nəticə göstərmişdir. 21 nəfər məzun 600 baldan yuxarı nəticə əldə etmişdir.20072008ci tədris ilində XI sinif şagirdləri buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada test üsulu ilə (cavab kartı tətbiq olunmadan) həyata keçirilmiş və 94, 1 % nəticə əldə olunmuşdur. Keyfiyyət göstəricisi xeyli yüksəlmişdir. Şəki şəhər 1, 2, 5, 6, 10, 11, 14, 18, 20, 21 saylı, Orta Zəyzid 1 və 2, İnçəZunud, Aşağı Göynük, Suçma, Kiş kənd 1, Baş Layısqı kənd məktəblərinin göstəricilərində dinamik inkişaf meyli vardır.

Bəli, yuxarıda göstərdiklərim Şəki orta ümumtəhsil sisteminin davamlı inkişaf yolunda olması fikrini söyləməyə mənə əsas verir, bu qənaətə şübhə yeri qoymur.


Firədun İbrahimov,
Şəki Şəhər Təhsil Şöbəsinin müdiri,
Pedaqoji Elmlər Doktoru


23 2009



         
Email


email
email @
email !
,

Welcome to Sheki!

free counters