POEZIYA. YUSIF SHUKURLU, "QISASDAN QORXUN"

eitx.net web saytindan goturulub.



Qisasdan qorxun

Görən, nərdivanı kim icad etdi,
İnkanı yüksəyə qaldırmaq üçün?!
Ehtiyac azaldı ağaca, daşa...
Quşu yuvasından saldırmaq üçün!

Ox-kamana, qörən, kimdi müəllif?!
İlk dəfə ov üçün gərilib, yəqin...
Sonra insan onu hərbə gətirib,
Özü öz oxu ilə vurulub, yəqin...

Dünya mizan üstə, tərəzi üstə,
Təbiət insançün qurulub, təmiz!
Sayəmizdə, indi, düşübdür xəstə,
Nankor övlad olduq Təbiətə biz!

Kimyanı öyrənib, barıt yaratdıq,
Atom bombasını fizika verdi!
O geniş dünyanı bizlər daraltdıq,
İndi insan olub Dünyanın dərdi!

Gündə bir natəmiz zavod qururuq,
Suyumuz qarışır zəhərli lilə...
Havaya tonlarla tüstü vururuq,
Ozonu deşirik aerozol ilə...

Meşələri qırır, şəhər salırıq,
Tarlalar şorlaşır, dönür səhraya.
Qazanc hərisiyik, fayda alırıq,
Hörmətmi qoyuruq biz bu Dünyaya?!

Demə ki, analar günahdan keçir,
Pis övladı gözdən salır Təbiət!
Onda nə günahlı, günahsız seçir,
Qisası amansız alır Təbiət!

Çalışaq, Təbiət durmasın üzə,
Edilmiş pisliyi vürmasın üzə!
Qisas amansızdır! – Allah qorusun!
O məşəqqət qismət olmasın bizə!

İstər dinsiz ol sən, ya bütpərəst ol,
Musəvi, müsəlman, ya xaçpərəst ol...
Hər kim olursan - ol, sev Təbiəti,
Qoru Dünyamızı, - ona dürüst ol!

Təbiətə ağır zərbədi, Yusif,
Partlayan hər bomba, atılan mərmi!
Onunçün nifrətin hərbədi, Yusif,
Bu gözəl Dünyamız hayıf deyilmi?!


Y.H.ŞÜKÜRLÜ,
“Çahrayı gödəkçə”, Bakı, “Tural” NPM, 2004.


http://qafq-az.net/eitx/index.php?newsid=10


Создан 26 янв 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters