BALTALIDA HESABAT YIĞINCAĞI

22 yanvar 2008



ŞƏKİ RAYONUNUN BALTALI KƏNDİNDƏ HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR

Şəki, 22 yanvar. Şəki rayonunun Baltalı kənd mədəniyyət evinin akt zalında kənd icra nümayəndəliyinin 2008-ci ilin yekunları və 2009-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Azərbaycan Prezidenti İcra Aparatının məsul işçisi Məhərrəm Quliyev, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, habelə kənd sakinləri iştirak etmişlər.
Baltalı kənd icra nümayəndəsi Rəfail Məmmədovun 2008-ci ilin yekunları ilə bağlı hesabat məruzəsində görülmüş işlər geniş təhlil edilmiş, qarşıda duran vəzifələrə, problemlərə toxunulmuşdur. 2008-ci ilin ölkəmiz üçün çox uğurlu keçdiyini bildirən məruzəçi, respublikada ardıcıl həyata keçirilən iqtisadi islahatların Şəki rayonunun sosial-iqtisadi inkişafına da müsbət təsir göstərdiyini, rayonda yeni xidmət sahələrinin, istehsal müəssisələrinin yaranmasına, iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olduğunu xüsusi vurğulamışdır.
Məruzəçi qeyd etmişdir ki, 2008-ci ildə yerli bələdiyyənin vəsaiti hesabına Baltalı kəndində uşaq bağçası əsaslı təmir olunmuş, 7 kilometr uzunluğunda kənd yolu qaydaya salınmış, kəndin ərazisindən keçən 3 kilometr uzunluğunda su arxı kol-kosdan təmizlənmişdir. Kənd sakinləri oktyabrda keçirilən prezident seçkilərində fəal iştirak etmiş, seçicilərin 92 faizi Prezident İlham Əliyevə səs vermişdir. İcra nümayəndəsi Baltalı sakinlərinin Konstitusiyaya ediləcək əlavələr və dəyişikliklərlə bağlı cari il martın 18-nə təyin edilmiş referendumda da fəal iştirak edəcəklərini bildirmişdir.
Yığıncaqda çıxış edən kənd sakinləri dövlət başçısı tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri ürəkdən bəyəndiklərini bildirmiş, eyni zamanda qarşılaşdıqları problemlərə toxunmuşlar. Qeyd olunmuşdur ki, kənd məktəbinin əsaslı təmir olunması və ya yeni məktəb binasının tikilməsi, Qoxmuq və Baltalı kəndlərini birləşdirən 7 kilometr uzunluğunda yolun asfaltlaşdırılması, kənddə 2 artezian quyusunun qazılması, bu yaşayış məntəqəsinin qazlaşdırılması və digər problemlər sakinləri narahat edən ən vacib məsələlərdir.
Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı əlaqədar müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
Rayonun digər qəsəbə və kəndlərində də 2008-ci ilin yekunları ilə bağlı hesabat yığıncaqlarının keçirilməsinə başlanılmışdır.


Создан 05 фев 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters