ŞƏKİDƏ ÜMUMİ MƏHSUL İSTEHSALI 38,2 FAİZ ARTMIŞDIR

31 yanvar 2009



ŞƏKİDƏ ÜMUMİ MƏHSUL İSTEHSALI 38,2 FAİZ ARTMIŞDIR

Şəhər Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2008-ci ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi məbləği 205 milyon 636 min manat olmuşdur. Bu göstərici keçən ilə nisbətən 38,2 faiz, 2003-cü illə müqayisədə isə 3,8 dəfə çoxdur. Adambaşına düşən məhsul istehsalının məbləği əvvəlki ilə nisbətən 37,3 faiz artaraq, 1.209 manat təşkil etmişdir.
2008-ci ildə rayonda əsas kapitala qoyulan investisiyalar 90,6 faiz, tikinti-quraşdırma işlərinin həcmi 42 faiz, pərakəndə əmtəə dövriyyəsi 41 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 38 faiz artmışdır.
İl ərzində rayonda 245 fərdi yaşayış evi, 51 müxtəlif təyinatlı obyekt, o cümlədən 4 məktəb binası inşa edilmişdir.


Создан 05 фев 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters