REGİONAL GÜBRƏ BAZASI ÜÇÜN XÜSUSİ ANBAR

01 fevral 2008



ŞƏKİDƏ REGİONAL GÜBRƏ BAZASI ÜÇÜN XÜSUSİ ANBAR TİKİLİR

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə Şəki rayonunun Çələbixan qəsəbəsində, dəmiryol stansiyasının yaxınlığında regional logistik gübrə bazası üçün 12 min ton tutumu olan xüsusi anbar inşa edilir.
Şəhər icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Şahin Babayev bildirmişdir ki, regional gübrə bazaları Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlarl ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Sərəncamına uyğun olaraq yaradılır. Kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmaq, məhsul istehsalçılarının mineral gübrələrlə təminatını yaxşılaşdırmaq məqsədi ilə yaradılan logistik bazalar gübrələrin saxlanılması və bölgə rayonları üzrə paylanılmasını təmin edəcəkdir.
Gübrə anbarının bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur.


Создан 05 фев 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters