DTXK-da kollegiya iclası keçirilib.

Vüsal, ƏDALƏT, 15 yanvar 2009



Yanvarın 14-də Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanının icrası və bir sıra digər tədbirlər barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində kollegiya iclası keçirilmişdir.

Kollegiyani giriş sözü ilə açan Komitə sədri Qərib Məmmədov bildirmişdir ki, Azərbaycan dövlətçiliyinin memarı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizin inkişafında iqtisadi və siyasi əhəmiyyət kəsb edən torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qanunvericiliklə ona verilmiş səlahiyyətləri çərçivəsində təxirəsalınmaz tədbirləri həyata keçirməkdədir.

Komitə sədri çıxışında həmçinin bildirmişdir ki, Heydər Əliyevin dövlətçilik kursunu ardıcıl davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin digər siyasi-iqtisadi məsələləri ilə yanaşı, aqrar sektoru da, o cümlədən torpaq-hüquq və torpaq-istehsal münasibətlərinin dövlət səviyyəsində tənzimlənməsi məsələsini daim diqqət mərkəzində saxlayır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qarşısında dövlət nəzarəti baxımdan problem yaradan, eləcə də yerlərdən vətəndaşların çoxsaylı ərizə, şikayət və müraciətlərinə səbəb olan amillərdən əsası məhz yerlərdə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsində və alqı-satqısı işlərində digər qanun pozuntuları ilə yanaşı, qanunvericiliklə müəyyən edilmiş növbəliliyə əməl edilməməsi və yaxud vətəndaşların üstün hüquqlarının nəzərə alınmaması olmuşdur. Nəticədə bu kimi hallar torpaqların istər alqı-satqısı və istərsə də icarəyə verilməsi zamanı vətəndaşlar arasında bərabər hüquqi imkanların yaradılmasını lazımi səviyyədə təmin etməmişdir. Baxmayaraq ki, istər "Torpaq icarəsi haqqında" və istərsə də "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanunlarında torpaqların bilavasitə icarəyə və mülkiyyətə verilməsi ilə yanaşı, hərraclar və müsabiqələr vasitəsilə də ayrılması nəzərdə tutulsa da, yerli icra hakimiyyətləri və bələdiyyələr indiyədək yalnız torpaqların bilavasitə ayrılmasına üstünlük vermişlər. Nəticədə yerli icra hakimiyyətləri və bələdiyyələr Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"na müvafiq olaraq torpaqların hərrac və ya müsabiqəyə çıxarılması üçün Təşkilatçı-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməmişlər. Məhz bu kimi halların aradan qaldırılmasını təmin etmək məqsədilə torpaq bazarının təşkili sahəsində dövlətin siyasətinin əsas prinsiplərinə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti 23 noyabr 2007-ci il tarixdə 2523 nömrəli Sərəncam imzalamışdır və müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında 2007-ci il 1 dekabr tarixdən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Fərman və onunla tətbiq olunan Qanundan irəli gələn Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Fərmanı imzalanmışdır.

Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanları ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının təşkilatçısı səlahiyyəti verilmişdir.

Komitə sədri Qərib Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanı ilə edilmiş dəyişikliklər və əlavələrlə birlikdə qüvvədə olan və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"nın 3-cü bəndi ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələri təşkilatçı-Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanaraq təsdiq olunmalıdır. Kollegiya iclasının gündəliyində duran məcələlərdən biri də həmin sənədlərin nümunələrini müzakirə edərək təsdiq etməkdir.

Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarına (rayon və şəhər şöbələrinə) yeni səlahiyyətlər verilmişdir. Belə ki, müsabiqə və ya hərrac komissiyası tərəfindən verilən şəhadətnamə əsasında hərrac və və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslərlə dövlət torpaqlarına dair münasibətdə Komitənin yerli qurumları arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Məlumdur ki, bundan sonra hərrac və və ya müsabiqə predmeti olacaq dövlət mülkiyyətinə aid torpaqlar əvvəllər müvafiq yerli icra hakimiyyətləri tərəfindən bilavasitə icarəyə verilirdi və hüquqi və ya fiziki şəxslərlə müqavilə həmin yerli icra hakimiyyətləri ilə bağlanılırdı.

Azərbaycan Respublikasının bir sıra Qanunlarında da zəruri dəyişikliklər və əlavələr edilmişdir. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında", "Torpaq islahatı haqqında", "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanunlarında edilmiş dəyişikliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün hərbi qulluqçulara bir dəfə pulsuz torpaq sahəsinin verilməsi, icarəyə torpaq ayrılmasına dair münasibətdə isə yalnız hərrac və müsabiqə zamanı onlara üstün hüququn verilməsi nəzərdə tutulmuşdur.

Həmçinin, həmin Qanunlarla bələdiyyə ərazisində daimi yaşamaqla ən azı 5 il yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edə bilərlər. Qanunlarda edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir:

- bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə;

- yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

- sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə;

- müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;

- müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına;

Komitə sədri Qərib Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2008-ci il tarixli 34 nömrəli Fərmanına müvafiq olaraq respublikada torpaq hərrac və müsabiqələrinin tənzimlənməsi üçün bu tədbirin təşkilatçısı olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi aşağıdakı təxirəsalınmaz tədbirləri həyata keçirməlidir.

- Komitənin rayon və şəhər şöbələri, icraçı struktur vahidləri və onların regionlarda fəaliyyət göstərən qurumları, eləcə də digər mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə daha sıx şəkildə fəaliyyət göstərməsinin tənzimlənməsi məqsədilə Komitə Aparatının rəhbərliyi qısa müddətdə təxirəsalınmaz tədbirlər görməlidir.

- Komitənin rayon və şəhər şöbələri bələdiyyə mülkiyyətinə aid torpaqların yeri və ölçüsünü, məqsədli təyinatını, hüquqi rejimini müvafiq bələdiyyələrlə birlikdə yerquruluşu sənədləri əsasında bir daha dəqiqləşdirməlidir.

- Komitənin rayon və şəhər şöbələri öz səlahiyyətləri çərçivəsində müvafiq bələdiyyələrlə birlikdə bələdiyyə mülkiyyətinə aid torpaqların alqı-satqı və icarə predmeti olan hissələrinin yeri və ölçüsünü müəyyən etməli, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılmış torpaqların ərazi planlaşdırılması layihə sənədlərinin hazırlanmasını və aidiyyəti üzrə təsdiqlənməsini təşkil etməlidir.

- Komitənin rayon və şəhər şöbələri öz səlahiyyətləri çərçivəsində "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələrinin sözügedən Qanunun 16-cı maddəsinin 3-cü bəndində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsini müvafiq bələdiyyələrlə birlikdə təşkil etsinlər və həmin torpaqların torpaq vergisinə cəlb edilməsini təmin etsinlər.

- Ümumiyyətlə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti işi gücləndirilməli, qanunsuz istifadə olunan torpaqların geri alınması işləri mərhələli şəkildə təmin edilməli və bu torpaqların torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq müsabiqəyə və hərraca çıxarılmasını Komitənin mərkəzi Aparatının və rayon (şəhər) şöbələrinin müfəttişləri öz səlahiyyətləri çərçivəsində yerli icra hakimiyyəti orqanları və müvafiq bələdiyyələrlə birlikdə təmin etməlidirlər.

- Komitə Aparatının Hüquq və Torpaq bazarının təşkili sektorları torpaq hərrac və müsabiqələrinə dair normativ-hüquqi aktların toplusunu hazırlamalı və rayon (şəhər) şöbələrinin bu sahədə instusional hazırlıqlarının və biliklərinin artırılması istiqamətində onlara mütəmadi şəkildə metodiki tövsiyələr verməlidirlər.

- Komitənin Torpaq hərrac və müsabiqələrinin təşkili komissiyası rayon və şəhər Torpaq hərrac və müsabiqə komissiyalarının yaradılması üçün onların tərkibi barədə təkliflərini qısa müddətdə Komitə sədrinə təqdim etməlidir.

- Torpaq hərrac və müsabiqələri anlayışı, onun keçirilməsi qaydaları, iştirakçıların hüquqi imtiyazları, yalnız torpaq hərrac və müsabiqələri vasitəsilə torpaq bazarında hüquqların dövriyyəsinin şəffaflığı və subyektlər arasında bərabər hüquqi imkanların yaradılmasının mümkünlüyü istiqamətində yerlərdə güclü təbliğat-izahat işləri aparılmalı və Komitədə "Heydər Əliyev torpaq islahatı məktəbi"ndə müvafiq kurslar təşkil edilməlidir.


Создан 15 фев 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters