ŞƏKİ GƏNCLƏRİ RAYONUN İCTİMAİ-SİYASİ HƏY




Şəki, 3 fevral (AzərTAc). Şəki gəncləri 2 fevral - Azərbaycan Gəncləri gününü yüksək nailiyyətlər və bayram əhval-ruhiyyəsi ilə qeyd edirlər.
Bu fikirlər Gənclər günü münasibətilə Şəki şəhərindəki “Ruzi” şadlıq sarayında keçirilən bayram şənliyində xüsusi vurğulanmışdır. Fəal gənclərin, ayrı-ayrı gənclər təşkilatları və ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərov gənclərin 2008-ci ildə qazandıqları uğurlar barədə danışmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə gənclərin I Forumunun keçirildiyini xatırladan idarə rəisi bu tədbirin gənclər təşkilatlarının işinin əlaqələndirilməsində, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynadığını xüsusi vurğulamışdır.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu, onların cəmiyyətimizin fəal qurucularına çevrildiyini bildirmiş, ictimai-siyasi həyatda fəallığın daha da artırılmasının vacibliyini qeyd etmişdir. Gənclər və İdman Nazirliyinin yaradılmasını, Azərbaycan Gəncləri gününün təsis edilməsini ümummilli liderimiz Heydər Əliyevin gənclərə yüksək diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirən Z.Cavadova Prezident İlham Əliyevin dövlət gənclər siyasətinin həyata keçirilməsinə dair imzaladığı fərman və sərəncamların böyük əhəmiyyətini xüsusi vurğulamışdır.
Bayram şənliyinin sonunda Şəkinin ictimai-siyasi həyatında, habelə təhsil, incəsənət, idman və digər sahələrdə fərqlənən gənclərə və gənclər təşkilatlarına fəxri fərmanlar və hədiyyələr təqdim edilmişdir.


Создан 23 фев 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters