ƏLİCANÇAY SU BƏNDİ MİNLƏRLƏ HEKTAR SAHƏNİ SUVARACAQ




Şəki, 2 fevral (AzərTAc). Şəki şəhərindən 70 kilometr məsafədə, Cəyirli kəndinə yaxın ərazidən axan Əlicançay üzərində inşa edilən su bəndi və 14 kilometr uzunluğunda kanal istismara verilmək ərəfəsindədir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq tikintisinə 2006-cı ildə başlanılan bu nəhəng hidrotexniki qurğunun işə düşməsi nəticəsində rayonun uzun illər quraqlıq problemi ilə üzləşən Trud düzü və Sarıca ərazilərində 4 min hektardan artıq sahənin suvarılması mümkün olacaqdır. Eyni zamanda həmin ərazidə yerləşən Cəyirli, Şəki, Quşçuluq və digər kəndlərin içməli su ilə təchizatı daha da yaxşılaşacaqdır.
Əlicançay üzərində bəndin, habelə suyun anbara ötürülməsini təmin edəcək boru kəməri və beton kanalın bir hissəsinin tikintisi başa çatdırılmışdır. Kanalın qalan hissəsi və su anbarının tikintisində isə son tamamlama işləri görülür.
Qurğunun inşasını “Azərsutikinti” Səhmdar Cəmiyyətinin Şəki Su-Tikinti Törəmə Müəssisəsinin kollektivi həyata keçirir.



Обновлен 03 ноя 2011. Создан 23 фев 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters