DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİB

Şəki, 4 fevral (AzərTAc)



Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq hərracı və müsabiqələr, onların keçirilməsi qaydaları ilə bağlı fevralın 4-də Şəki şəhərində növbəti zona seminar-müşavirəsi keçirmişdir. Müşavirədə komitənin məsul nümayəndələri, Şəki-Zaqatala bölgəsi rayonlarının bələdiyyə orqanları və torpaq şöbələrinin rəhbərləri iştirak etmişlər.
Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Komitənin xətti ilə bölgələrdə keçirilən belə tədbirlərin əhəmiyyətini xüsusi qeyd etmiş, seminarın işinə uğurlar arzulamışdır.
Seminar-müşavirədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Aparatının rəhbəri Rafiq Süleymanov mövzu ilə bağlı təlimatlandırıcı məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin, hərraclarının təşkilatçısı səlahiyyəti verilmişdir. Komitənin xətti ilə bölgələrdə keçirilən belə seminarların əsas məqsədi əlaqədar qurumların rəhbər və mütəxəssislərinə torpaq hərrac və müsabiqələri anlayışı, keçirilmə qaydaları, iştirakçıların hüquqi imtiyazları və digər məsələlər barədə müvafiq təlimat verməkdir.
Müşavirədə torpaq sahələrinin hərraclar, müsabiqələr vasitəsilə icarəyə verilməsi və ya satılmasını tənzimləyən qaydalar geniş təhlil olunmuş, vətəndaşlara verilən üstün hüquqlar, müsabiqə və hərrac komissiyalarının təşkili, tərkibi, qanunvericilikdə nəzərdə tutulan digər normativ sənədlər barədə məlumat verilmişdir.
Müşavirənin sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.



Обновлен 03 ноя 2011. Создан 23 фев 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters