ŞƏKİDƏ STOLÜSTÜ TENNİS ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLADI

Şəki, 17 fevral (AzərTAc)



Şəki İdman-Sağlamlıq Mərkəzində kişi və qadınlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı başlamışdır.
Yarışlarda 8 kişi və 5 qadın komandası mübarizə aparır. Hər komandanın tərkibinə 3 əsas və bir ehtiyat oyunçu daxil edilmişdir. Kişilərin yarışında Bakının iki, Sumqayıt və Şəki şəhərləri, habelə Salyan, Quba, Gədəbəy və Balakən rayonlarının, qadınların yarışında isə paytaxtın iki komandası, həmçinin Sumqayıt, Şəki və Salyan rayonlarının təmsilçiləri mübarizə aparırlar.
Tennisçilər həm komanda, həm də şəxsi birincilikdə öz qüvvələrini sınayacaqlar. İdmançılar arasında dünya və Avropa çempionatlarının iştirakçıları, dəfələrlə respublika birinciliyinin qalibi olmuş Xəyalə Qiyasova, Billurə Eminova, Səbinə Əhmədova, Fərhad İsmayılov, Ramil Cəfərov və digərlərinin adlarına rast gəlmək olar.
Çempionatın açılışına həsr olunmuş təntənəli mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Rəfail Mənəfov, şəhər cənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərov, Gənclər və İdman Nazirliyinin məsul nümayəndəsi Orxan Kərimov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışlar.
Çempionat fevralın 20-dək davam edəcəkdir. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, habelə Stolüstü Tennis Federasiyasının pul mükafatları təqdim olunacaqdır.
Yarışın baş hakimi Zaur Mikayılov bildirmişdir ki, birincilik bu il aprelin 28-dən mayın 5-dək Yaponiyada keçiriləcək növbəti dünya çempionatına son hazırlıq məqsədi daşıyır. Çempionatın yekununa əsasən, ölkəmizi dünya çempionatında təmsil edəcək yığma komandanın tərkibi müəyyənləşəcəkdir.



Обновлен 03 ноя 2011. Создан 23 фев 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters