9 MAY - QƏLƏBƏ GÜNÜ ŞƏKİDƏ GENİŞ QEYD OLUNDU




2009-cu il mayın 9-da Şəki şəhər rəhbərləri, ikinci dünya müharibəsi veteranları və ictimaiyyət nümayəndələri dağüstü parkda müharibə iştirakşılarının şərəfinə ucaldılmış abidənin önündə toplantı keçirdilər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov müharibə veteranlarıni alman faşizmi üzərində qələbənin 64-cü ildönümü münasibətilə tabrik etdikdən sonra bildirdi ki, qarşısında toplaşdığımız abidənin yenidən asaslı təmirə ehtiyacı olduğu üçün Şəki Mədəniyyət və Turizm şöbəsi tərəfindən artıq tamir-barpa işlərinə başlanılıb. İcra başçısı onu da əlavə etdi ki, abidənin bərpasi ancaq daxili imkanlar və imkanlı həmyerlilərimizin hesabına həyata keçiriləcəkdir.

Abidənin önündə keçirilən toplantı başa çatdıqdan sonra iştirakçılar İcra Hakimiyyətinin qarşısına gəldılər və ümummilli lider Heydər Əliyevin burada ucaldılmış heykəlinin önünə qərənfillər düzdülər.

Sonra icra başçısının müavini Zərinə Cavadova İcra Hakimiyyətinin iclas zalında müharibə veteranlarına pul mükafatlarını və hədiyyələri taqdim etdi.


Создан 09 мая 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters