QAÇQINLAR GÜNÜ İLƏ BAĞLI BƏYANAT

Dəyanət Musayev



“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin - 20 iyun Ümumdünya Qaçqınlar Günü ilə bağlı
BƏYANATI


BMT Baş Assambleyası tərəfindən 2000-ci il 4 dekabr tarixdə yekdilliklə qəbul olunmuş qətnamə ilə 20 iyun Ümumdünya Qaçqınlar Günü günü kimi qeyd edilir. O vaxtdan hər ilin bu günü dünya qaçqınlarına dəstək və ehtiram nümayiş etdirilir. 20 iyunda biz dünya qaçqınlarını yada salır, həyata ruhlandırır, onlara mənəvi dəstək və yurd-yuvasından məhrum olmuş insanlara həmrəy oluruq. 20 iyunda qaçqınların və məcburi köçkünlərin cəsurluğu, mətanət və iradəsi qeyd olunmaqla onlara mənəvi dəstək verilir.
Bu gün bəşəriyyət hərəkətdədir və getdikcə daha çox insan yaxşı həyat şəraiti sorağında bir yerdən başqa yerə köçür. Beynəlxalq təşkilatın məlumatına görə, hazırda dünyada 40 milyondan çox qaçqın və məcburi köçkün var.

Dünyada olan qaçqın və məcburi köçkünlərin 1 milyonu Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz torpaqlarından köçkün düşmüş Azərbaycanın payına düşür. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində soydaşlarımız uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum oldular, dədə-baba yurdlarından didərgin düşdülər, çadır şəhərciklərinin ümidinə qaldılar.

Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsindən bildirmişlər ki, hazırda Azərbaycanda 300 min qaçqın, 700 min məcburi köçkün və 3 min nəfər “qaçqın” statusu almaq niyyətində olan sığınacaq axtaran şəxs vardır. Bu gün ölkəmizdə müxtəlif ölkələrdən olan 11 min nəfərdən çox qaçqın var.

Məcburi köçkünlər ölkənin 62 şəhər və rayonunda, 1600-dən çox sıx yaşayış məntəqəsində müvəqqəti məskunlaşmışlar. Xatırladaq ki, məcburi köçkünlərin uzun müddət yaşadığı çadır düşərgələrinin hamısı Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində ləğv edilmiş, yeni qəsəbələr salınmışdır. Bununla yanaşı, məcburi köçkünlərin minimum sosial tələbatları dövlət büdcəsi hesabına ödənilir. Qlobal iqtisadi böhran onların müavinətlərinin məbləğinə təsir etməmişdir.

Hamımız uşaqlarımız üçün daha parlaq gələcək arzulayır, onları xoşbəxt və uğurlu həyat üçün zəruri olan bütün vasitələrlə təmin etməyə çalışırıq. Əfsuslar olsun ki, gənc qaçqınlar bu imkanlardan məhrumdurlar. Lakin hər hansı qaçqın düşərgəsinin bir məktəbinə səfər etsəniz, siz onların nə isə öyrənmək və üstünlük əldə etmək üçün nümayiş etdirdikləri heyranedici iradənin şahidi ola bilərsiniz. Böyük çətinliklər və qeyri-müəyyən gələcəklə üz-üzə qalan bu gənc qaçqınlar dərk edirlər ki, vəziyyətdən yeganə çıxış yolu təhsildir.

Ümumdünya Qaçqınlar Gününü qeyd edərkən unutmamalıyıq ki, bu ailələr, uşaqlar və ahıllar bütün dünyada bir yerdən başqa yerə köçən digər insanlardan fərqlənirlər. Onlar öz evlərinə qayıda bilmirlər. Evlərinə qayıdanadək onlara qayğı göstərmək lazımdır.

Azərbaycanda qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün müxtəlif layihələr həyata keçirilir. Dövlətin uğurlu xarici siyasət, problemin həlli istiqamətində atılan qətiyyətli addımlar ümid verir ki, öz Vətənlərində didərginə, məcburi köçkünə dönmüş bu insanların doğma dədə-baba torpaqlarına qayıdacaqları günə çox qalmayıb.


«Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi BMT-ni, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını, ATƏT üzvü olan ölkə rəhbərlərini, Avropa Şurasını, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarını, Asiya Ombudsmanlar Assosiasiyasını, Beynəlxalq Sülh Bürosunu, Universal Sülh Federasiyasını Ermənistanı BMT-nin qətnamələrinə (Qətnamə 822 - 30 aprel 1993; Qətnamə 853 - 29 iyul 1993; Qətnamə 874 - 14 oktyabr; 1993 Qətnamə 884 - 12 noyabr 1993) riayət etməyi, işğal altında saxladığı Azərbaycan ərazilərini (Dağlıq Qarabağ və ona yaxın 7 rayonu) sülh yolu ilə azad etmək, bir milyona qədər qaçqın və məcburi köçkünün doğma yerlərinə qayıda bilməsi üçün təsirli tədbirlər görməyə çağırırlar.

Dayanat Musayev musayev_d@yahoo.com


Создан 19 июн 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters